15
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji
Yanaşma
2-ci Fəsil
Müdafi ə Sektorunda Dürüstlüyün
Təmin Edilməsi və Korrupsiyanın
Azaldılmasına Yönəlmiş Srateji
Yanaşma
Qabaqcıl idarəçiliyin sınaqdan keçmiş prinsiplərini, mexanizmlərini və
təcrübələrini tətbiq etməklə, 1-ci Fəsildə müzakirə edilən, korrupsiyanın
törətdiyi sarsıdıcı itkilər geniş mənada azaldıla bilər. Korrupsiyanı minimu-
ma endirmək səyləri üçün, hökümətlərin geniş spektrdə seçimləri mövcuddur.
Bunları aşağıdakı üç əsas kateqoriyalara bölmək olar:
• Dürüstlüyün təmin edilməsi;
• Şəffafl ığın artırılması; və
• Cavabdehliyin və məsuliyyətin təkmilləşdirilməsi.
Bizə təklif edilən sadə bir strateji mexanizm nümunəsi bir növü höküməti
təlimatlarla təmin edərək korrupsiyanı aradan qaldırmağa kömək edir. Bu
mexanizm korrupsiyanın fəlsəfi anlamı ilə iqtisadi perspektivini birləşdirir.
Burada fəlsəfi anlam böyük Alman fi losofu Emmanuel Kantın etika ilə bağlı
fi kirləri ilə, 19-cu əsrdə yaşayan İngilis fi losofu Con Styuart Millin (John Stu-
art Mill) utilitar (praqmatik, praktik ) yanaşması ilə birgə hərəkət edir.
Millin utilitar perspektivi Nobel mükafatı laureatı Qari Beker-in ( Gary
Becker) Cinayət və Cəza: İgdisadi Yanaşma (Crime and Punishment: An
Economic Approach) kitabında cinayətin müasir modeli kimi yenidən üzə
çıxmışdır
7
. Q. Beker tərəfi ndən irəli sürülən rasional cinayət nəzəriyyəsi özü-
müzü dövlət işçisinin, bürokratın və ya seçilmiş hökümət rəsmisinin yerinə
qoymağı tələb edir. Bekerə görə, korrupsiyaya bulaşmaq imkanında olan hər
bir fərd öz hərəkətinin potensial qazancının nə olacağını, tutularsa və ya cəza
alırsa itirəcəyinin nə olacağını qiymətləndirir. Beker təxmin edir ki, “...fərdlər
cinayət işindən aldıqları (qanuni işdən fərqli olaraq)daha çox maliyyə və digər
haqqlara görə cinayətgar olurlar, bu zaman tutulmaq və məhkum edilmək və
7
Gary S.Becker, “Crime ad Punishment: An Economic Approach,” Journal of Political
Economy 76(1968):169-217
16
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
cəzanın sərtliyi ehtimalını da nəzərə alırlar”
8
. Onun baxışlar sisteminə sonra-
lar cinayətin etik məsrəfl əri də daxil edildi
9
.
Bu yanaşmaya görə, iki mühüm amil müdafi ə sektorunda çalışan seçil-
miş rəsmilərin, hərbi və mülki hökümət işçilərinin, hərbi podratçıların və
digərlərinin korrupsiyaya bulaşmasının qarşısını alır. Birinci amil, korrup-
siyanın etik tərəfi və mədəniyətlə şərtlənmiş “mənəvi yük”- dür, yəni əgər
fərdlər korrupsiyanı mənəviyyatsız və etikadan kənar sayırlarsa, onlar kor-
rupsiyaya girişmirlər. İkinci, əsas amil “Gözlənilən Cəza” sayılır – əgər
fərdlər öz hərəkətlərini qeyri-qanuni sayırlarsa və onlar özlərinin tutulub həbs
edilə biləcəyini başa düşürlərsə, o zaman belə hal da korrupsiyanın qarşı-
sını alır. Bu baxımdan, korrupsiyaya girmək və ya girməmək praktikasını
dəyərləndirən zaman, fərdlər sakitcə onun iki nəticəsini nəzərdən keçirirlər:
1)qanunsuz hərəkətin etik və mənəvi yükləri; və 2)həbs olunub, cəzalanmaq
ehtimalı. Sonra bu nəticələr, potensial alınacaq məbləğ ilə müqayisə olunur.
Şəkil 2.1- ə baxdıqda görürük ki, korrupsiyadan gələn qazancın az və
korrupsiyanın gətirəcəyi itkinin çox olduğunu qəbul edərək, fürsət gözləyən
hər hansı rəsmi, gələn qazancın gözlənilən itkidən çox olduğu zaman kor-
rupsiyaya girişməyə cəhd edər. Korrupsiyanın gətirdiyi itkilərin cəmiyyətin
mənəviyyatına vurduğu zərəri ilə bərabər, iqtisadiyyatın da pozulmasına
gətirir və nəticədə ölkədəki xidmətlərin qiymətlərini qaldırır və ümumi iqti-
sadi yüksəlişi aşağı salır. Bu baxımdan, korrupsiyalı davranışı azaltmaq iki
yolla başa gələ bilər: hiss edilən ən yüksək faydanı azaltmaq və ya gözlənilən
ən böyük itkini artırmaq yolu ilə.
Şəkil 2.1: Korrupsiya Əməllərinin Gətirdiyi İtkilər və Faydalar
8
lbid.,176.
9
Michael K. Block and John Heineke, “A Labor Theoretic Analysis of the Criminal
Choice”, The American Economic review 63:3(1975):314-25.
Qazanc və
itkilərin pul
ekvivalenti
Ən yüksək qazanc
Ən böyük itki
Korrupsiya hallarının sayı
Korrupsiya halları
17
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji
Yanaşma
Korrupsiyalanmış Davranışın Yaradacağı İtkilərin Miqda-
rının Dəyişdirilməsi
Korrupsiyaya girmək niyyətində olan fərdin itirəcyi, mənəviyyat və
cəzalanmaq ehtimalıdır. Bəs nə üçün kimsə mənəviyyat haqda düşünməlidir?
Bu suala klassik fi losofl ar müxtəlif cür cavablar verirlər
10
.
• Özünün ağıllı təbiətinə sadiq qalma zərurəti (Kant);
• Özünü təkmilləşdirmə və öz imkanlarını ifadə etmə(Aristotel); və ya
• Sosial xaos və müharibənin qarşısını almaq üçün, öz vətəndaşları qar-
şısında götürülən öhdəliklərin yerinə yetirilməsi zəruridir (Hobbes).
Kantın konsepsiyasına görə “mənəviyyat nümunəvi xarakter daşımalı-
dır, elə xarakter ki,o daşıdığı öhdəliklərin rasional tələblərini qəbul etsin və
hətta bu cür davranışa məcbur edən, onu məhdudlaşdıran və ya formasını
dəyişən heç bir xarici stimul və ya məhdudiyyətin olmadığı halda belə”
11
.
Kant “Mənəvi Qanunun daxilimizdə olması” və “zəruri öhdəliklər” haqda da-
nışır.Kanta görə, biz, nəticəsindən asılı olmayaraq öz ohdəliklərimizi yerinə
yetirməliyik”
12
. Kanta görə, biz mənəvi cəhətdən layiqli formada hərəkət edi-
rik və bizim “mənəvi iradəmiz” var və hətta heç bir stimul və ya cavabdeh-
lik formaları olmadığı halda da “bizə arxalanıb bizim bildiyimiz şeylərə və
etməli olduğumuz işlərə” arxalanırlar.
13
Sonda, bizim özümüzü mənəviyyatlı
aparmamız üçün heç bir xarici məcburetmə və ya təşviq forması olmalı deyil.
Jon Stuart-ın “utilitar” məktəbi Kantın etik yanaşması ilə tam ziddiyyət
təşkil edir. O iddia edir ki, “yanılabilən insanlar kimi biz həmişə qanuna
riayət etmək üçün ...mənəvi nədənlərlə hərəkət etmirik”.
14
Tarixə əsaslanmış
mədəniyyət təməlli mənəviyyat haqda müasir düşüncənin, “ədalət, bərabərlik
və qanun aliliyini bərqərar etmək üçün sosial və siyasi öhdəliklərlə qarışması
lazımdır”.
15
Bir tərəfdən, dürüstlük, Kantın etika üzrə fi kirlərini dəstəkləyir.Etik
tərbiyə, mədəni şüurun artırılması, rəsmi və qeyri rəsmi davranış formaları-
nın formalaşdırılması, ad-san, ideyalar və köklü dəyərlərə hörmət edilməsi,
şərəf kimi dəyərlərin yüksək tutulması korrupsiyalı fəaliyyətin “Mənəvi
Yükünü” artırır. Digər tərəfdən, şəffafl ığın artırılması və cavabdehli-
10
George Lucas and William Rubel, eds., The Moral Foundations of Leadership (Boston,
MA: Pearson Education, 2004), 116.
11
İbid., 184.
12
İbid., 133.
13
İbid., 161.
14
İbid., 386.
15
İbid., 159.
Dostları ilə paylaş: |