21
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji
Yanaşma
Korrupsiyanı Azaltmaq Üçün Strateji Yanaşma
Bu topluda təklif olunan strateji yanaşma (2.2 Şəkil) müdafi ə sektorunda
korrupsiyanın azaldılmasının aşağıdakı yollarını görür:
• Korrupsiyalı davranışın potensial faydalarının azaldılması (ən yüksək
faydanın azaldılması); və
• Gözlənilən itkilərin artırılması (ən böyük itkilərin artırılması)
Bu hal, ordu rəsmilərinin davranışını dəyişməyə xidmət edəcək, kor-
rupsiya hallarının aşağı salınmasına və korrupsiyanın törətdiyi zərərlərin
ictimaiyyət üçün azaldılmasına aparacaqdır. Bütün bunlar Şəkil 2.2—də
göstərilir.
Bu mexanizm dürüstlük, şəffafl ıq və məsuliyyətə xüsusi diqqət yetirən
yanaşma üzərində qurulmuş qabaqcıl idarəetmə təklif edir:
• Dürüstlüyün təmin edilməsi korrupsiyalı davranışın mənəvi yükünü ar-
tırır və peşəkar davranış kodekslırı, etik tərbiyə, təhsil, mədəni mübadilələrlə
bu yükün artmasında yardımcı olur. Nəticədə korrupsiya əməllərinin gətirəcəyi
potensial qazancları da azaldır.
Şəkil 2.2. Müdafi ə sektorunda korrupsiyanin azaldılması üçün stra-
teji yanaşmanın əsasları
• Şəffafl ığın genişləndirilməsi aşgar olunma ehtimalını artıraraq
gözlənilən cəzanı da artırır, o da öz növbəsində korrupsiya əməlinin zərərını
artırır. Lakin müdafi ə sektorunda qərar qəbul etmə prosesində şəffafl ıq, açıq
rəqabətli təynatlarla ,vəzifə böyüməsi ilə, əmtəə və xidmətlərin təhcizatı
Qazancların
və itkilərin pul
ekvivalenti
Xalq üçün
korrupsiyanın
gətirdiyi itkilərin
azaldılması
Korrupsiyalı dav-
ranışın gözlənilən
xeyrini azaldır
Ən yüksək qazanc
Ən çox itki
Korrupsiyalı davranışın
gözlənilən itkilərini artırır
Korrupsiya halları
Bir neçə korrupsiya halı
22
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
ilə birləşəndə ixtiyari səlahiyyətlərə məhdudiyyət qoyulur və nəticədə kor-
rupsiyadan gələn potensial qazanc azalır. Şəffafl ığın, səmərələliyin və
məhsuldarlığın artırılması fəaliyyətləri müdafi ə institutlarınin qurulmasına,
xüsusilə də müdafi ə siyasəti və strategiyası, planlaşma, büdcə tərtibi və re-
surslarının idarə edilməsinə yönəlməlidir.
• Qanunvericilik və hüquqi islahatlar yolu ilə cavabdehliyin
təkmilləşdirilməsi, şübhələnən şəxsin məhkum edilməsi ehtimalını yuxarıya
qaldırır və korrupsiyalı davranışa görə gözlənilən cəzanı artırır və məhkum
olunursa korrupsiyaya bulaşmanın da hüquqi cəzası artır. Bu həmçinin kor-
rupsiyalı davranışın gətirəcəyi itkiləri artırır və korrupsion əməlin gözlənən
qazanclarını azaldır.
Haşiyə 2.4. Seçilmiş Yanaşmaya Dəstək olan Empirik Dəlillər
Hərbi strukturlarda korrupsiyanın azaldılması üçün tətbiq edilən strateji
yanaşma,qabaqcıl idarəetmə sistemində möhkəm empirik sübutlara
əsaslanmışdır. 1996-cı ildən başlayaraq, Ümumidünya İdarəçilik
Göstəriçiləri (Worldwide Governance Indicators project) layihəsi 212
ölkənin və ərazilərin 1996-2008 dövrü üçün, idarəetmənin alti bölümünü
əhatə edən həm ümumi həm də fərdi idarəçilik göstəricilərini bəyan edir:
əhalinin fi kirləri və dövlət strukturlarının məsuliyyəti; siyasi stabillik və
zorakılığın olmaması; hökümətin səmərəliliyi; qanunçuluğun keyfi yyəti;
qanun aliliyi və korrupsiyaya nəzarət.
NATO-ya 2004-ci ildə qəbul olunmuş Bolqarıstan və Slovakiyanın
idarəetmə dəyərlərinin analizi, idarəçilik ilə korrupsiya arasında güclü
qarşılıqlı əlaqənin olduğunu üzə cıxarmışdır. Nümünə kimi, Şəkil 2.3-də
“hökümətin təsirliliyi” və “korrupsiyaya nəzarət” parametrləri üzrə yerləri
göstərilib. Başqa hesablamalarda, korrupsiya dərəcəsi ilə başqa idarəçilik
göstəriciləri arasındakı asılılıq göstərilir: açıqlıq, cavabdehlik, səmərəli
hökümət və qanun alilliyi olan ölkələrdə korrupsiya ardıcıl olaraq aşağıdır.
23
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji
Yanaşma
Şəkil 2.3:Səmərəli Hökümət və Korrupsiyaya Nəzarət arasında
Qarşılıqlı Əlaqə
Ölkələrin məhdud müdafi ə resurslarının olduğuna görə və orduda
dürüstlüyün, şəffafl ığın, məsuliyyətin artırılması xərclər tələb etdiyindən, hər
bir ölkənin, eyni ilə NATO-nun məqsədi silahlı qüvvələrin səmərəliliyini və
məhsuldarlığını saxlamaq şərti ilə, korrupsiyanı minimuma endirən optimal
bir ortaqlıq tapıb dürüstlük,şəffafl ıq və cavabdehliyi təmin etməlidirlər.
Bu cür optimal ortaq hər bir ölkənin mədəniyyətindən, oradakı şəraitdən
və həyata keçiriləcək tədbirlərin gətirəcəyi nəticələrdən asılı olacaqdır.
Bir ölkədə optimal sayılan məqsəd, başqa ölkədə fərqli ola bilər. Nəzərə
almaq lazımdır ki, hər bir ölkədə dürüstlüyün təmin edilməsi, şaffafl ığın
artırılması və cavabdehliyin təkmilləşdirilməsinə yönələn yatırımların
səmərəliliyi həmin ölkənin tarixi ilə müəyyən dərəcədə bağlıdır və zaman
keçdikcə də bu dəyişə bilər.
Ona görə də orduda dürüstlüyün təmin olunması təşəbbüsləri çoxillik
proqramlara əsaslanmalıdır. Bu da öz növbəsində, korrupsiyadan
gözlənilən qazancların azalması və onun itkilərinin ağır olmasını artırır.
Ordunun imkanlarının və korrupsiyaya qarşı gördüyü tədbirlərin daimi
qiymətləndirilməsi, o cümlədən, korrupsiyalı davranışın qarşısının alınması
və işıqlandırılması, həmçinin, uğurlu izahat işləri və uğurlu nəticələrə
aparan tədbirlər bu yanaşmaya daxildir.
Mənbələr: Daniel Kaufmann, Aart Kraay and Massimo Mastruzzi, Governance Matters
VIII: Aggregate and Individual Governance Indicators, 1996-2008 (June 29, 2009), World
Bank Policy Research Working Pa¬per No. 4978; Ilin Stanev, “Daniel Kaufmann: Radical
Transparency is the Best Solution for Reducing Cor¬ ruption,” Capital 29 (25 July 2009),
22–23
Dostları ilə paylaş: |