43
Müdafi ə Sektorunda Dürüstlüyü Təmin Etmək və Korrupsiyanı Azaltmaq Üçün Ölkələrin Yanaşması
Kanadanın Əfqanıstanda TSİ -la bağlı işlərindən 7 il ötür. Kanadalı-
lar bu istiqamətdəki işlərində çoxtərəfl i və birləşmiş yanaşmaya üstün-
lük verməyə çalışırlar və digər hökümətləri, o cümlədən- donor və Əfqan
hökümətini də- bu cür hərəkət etməyə sövq edirlər. İdarəçiliyin səmərəliliyini
artırmaq təşəbbüsləri ilə, Əfqan təhlükəsizlik qüvvələrinin ölkə əhalisinin
təhlükəsizliyini qorumaq gücündə olması üçün öz imkanlarını artırmaq
təşəbbüsləri arasında bir tarazlıq yaradılması da axtarılır. Bu cür müsbət
yanaşma Kanada hökümətinin Əfqanistanla bağlı yeni yanaşmasının tərkib
hissəsi idi.
Soyuq müharibə bitəndən bəri, Kanada höküməti iqtisadi inkişafa və
xüsusilə də, problemli ölkələrin iqtisadi inkişafına yönəlmiş 4 punktdan
ibarət əhatəli çərçivə sənədi qəbul etmişdir: insan təhlükəsizliyi,3-D yanaş-
ması, “hökümətin bütövlüyü” yanaşması və təhlükəsizlik sektorunda islahat
işləri. Bu konsepsiyalar müxtəlif zamanlarda siyasi debatların mövzusu olsa
da onlar bir-birini istisna etmirlər.(Şəkil 4.1). Əvəzində, onlar eyni müstəvidə
istifadə olunsa da, fərqli dərəcələrdə Kanadanın Əfqanıstanda fəaliyyətini
səfərbər edən elementlər kimi görünürlər.
Kanadanın 2001-02-ci illərdə Əfqanistana ilk gəlişindən bəri, baxmaya-
raq ki, o zamandan bəri Kanadada üç hökümət dəyişmişdir, məqsədlərində
cüzi dəyişiklik olmuşdur. Əsas məqsədlərdən biri də, Kanadanın gövrək
ölkələrdə əhalinin təhlükəsizliyini təmin etmək strategiyasına uyğun olaraq,
Əfqanistanda stabilliyə və iqtisadi inkişafa təkan verməkdir
27
.
Kanadanın Əfqanistanda hərbi varlığı,Əfqanıstanda təhlükəsizlik sek-
torunda müxtəlif cür islahatlar aparmaq üçün Kanada hərbi kontingentini
əsas elementə çevirmişdir. Bu cür fəaliyyətlər üçün əhatəli çərçivə sənədi
Əfqanıstan Paktında (Afganistan Compact)və daha ətrafl ı Əfqan Milli İnkişaf
Strategiyasında(Afganistan National development Strategy(ANDS) ifadə edil-
mişdir. Bu sənədlər, Əfqan höküməti ilə başqa ölkələr arasında üç istiqamətdə
5-illik proqram həyata keçirməyi planlaşdırır: təhlükəsizlik; idarəcilik, qanun
aliliyi və insan hüquqları; və iqtisadi və social inkişaf (narkotikə qarşı geniş
dördüncü proqram). Kanada hökümətinin Əfqanıstanda fəaliyyət göstərən
əsas idarələri göstərilən proqram sahələrinin ilk üç sahəsi ilə tam uyğunluq
təşkil edir.
Təhlükəsizlik sektorunda islahatlar üçün Əyalət Bərpa Qruplarının işi
həyati məna daşıyır. ƏBQ-ları Əfqanıstan bölqələrində təhlükəsiz bir şərait
27
“Kanadanın Əfqanıstanda gələcək rolu ilə bağlı müstəqil Panel” (
Manley Report kimi
bilinir) (2008), http://dsp-psd.pwgsc.gc.ca/collection_2008/dfait-maeci/FR5-20-1-2008E.
pdf.
44
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
yaratmaq üçün yaradılmış mülki-hərbi tərəfdaşlıq qruplarıdır. ƏBQ-ların
strukturları da mülki-hərbi tərəfdaşlıqlar üzərində qurulmuşdur. ƏBQ-nın an-
caq hərbi qanadı İSAF-ın komanda strukturuna daxildir. ƏBQ-larının əsas
məqsədlərindən biri, öz imkanları və vəsaitləri çərçivəsində, uyğun şəraitdə
Əfqanıstanda bərpa işlərini irəli aparmaq üçün təhlükəsizlik sektorunda isla-
hat tədbirlərini dəstəkləməkdir.
Şəkil 4.1. Təhlükəsizlik Sistemi və İnkişafın Konsepsiyaları və
Əlaqələri
Menli Hesabatından sonra, “Kanadanın Əfqanıstanda fəaliyyəti ilə bağ-
lı: 2011 üçün Kursun Müəyyən edilməsi” hesabatı Ottava tərəfi ndən elan
edildi
28
. Bu hesabat, Əfqanıstandakı vəziyyətlə bağlı tərəfsiz, açıq analiz və
qiymətləndirmə ortaya qoyur. İdarəçiliklə əlaqədar olaraq, o davam edən ça-
tışmazlıqları Əfqan hökümət strukturlarının zəif iş qabiliyyətlərində, xalqın
28
Kanada höküməti, Kanadanın Əfqanıstanda Fəaliyyəti: 2011 üçün Kursun Müəyyən
edilməsi (Ottawa: Government of Canada, June 2008)
Kim tərəfi ndən?
Necə ?
Nə?
Kim üçün?
45
Müdafi ə Sektorunda Dürüstlüyü Təmin Etmək və Korrupsiyanı Azaltmaq Üçün Ölkələrin Yanaşması
inamının getdikcə azalmasının günahını isə geniş yayılmış korrupsiyada gö-
rür.Hesabat bir necə təşəbbüs irəli sürmüş və onların bir qismi həyata keçmiş-
dir:
• Hökümət daxilində, Əfqanıstan üzrə Kabinetə bağlı xüsusi Komitə
yaradılmış və bu məsələ üzrə Kanada siyasətinin idarələr- arası koordinasi-
yası Baş Nazirin Gizli Şurasının ixtiyarına keçmişdir. Gizli Şuraya rəhbərlik
xarici işlər, müdafi ə, ictimai asayiş və Kanadanın beynəlxalq inkişaf agentliyi
nazirlərinin müavinləri səviyyəsində tam ştatla təmin edilir.
• Hökümət, həmçinin, parlamentə və Əfqanıstan üzrə yeni yaradılmış
Xüsusi Komitəyə rüblük hesabatlar verir və Əfqanıstanda gördükləri işlər
haqda mətbuata və xalqa daha çox məlumatların verilməsi haqda öhdəliklər
götürür. Hökümət, həmçinin Əfqanıstanda təhlükəsizlik, idarəetmə və iqtisa-
di inkişafl a bağlı gördükləri işləri qiymətləndirmək üçün kriteriyalar sistemi-
ni hazirlamağı vəd etmişdir.
• Kanadanın Əfqanıstanda səyləri yenidən düzənlənmişdir. Təhlü-
kəsizlik və iqtisadi inkişaf yardımları Kandahar əyalətınə yönəlmişdir.
Kandaharda yüksək səviyyəli mülki şəxs ƏBQ-ya rəhbər təyin olunmuş və
Kanada vətəndaşlarının ölkədəki sayı əhəmiyyətli dərəcədə artmışdır. Ölkə
içində Kanadalılara yerli şəraiti nəzərə alaraq sərbəst qərarlar verməyə daha
çox azadlıq veriləcək. Bütövlükdə ölkəni götürsək, Əfqanıstanda demokratik
idarəçilik və səmərəli hökümət qərarları qəbul edilməsi üçün və həmçinin,
Əfqanıstanda siyasi barışığın əldə edilməsi üçün Kanada öz səylərini davam
etdirir.
Tövsiyələr
• Müdafi ə sektorunda dürüstlüyün təmin edilməsi təşəbbüslərinə,
əsasən, müdafi ə institutları qurulması kontekstində yanaşılmalıdır.
• Müdafi ə institutlarının,xüsusilə də gövrək ölkələrdə qurulmasına, in-
kişaf yardımı proqramları ilə bilavasitə koordinasiya edilən geniş təhlükəsizlik
sektoru islahatları çərçivəsində baxılmalıdır.