41
Müdafi ə Sektorunda Dürüstlüyü Təmin Etmək və Korrupsiyanı Azaltmaq Üçün Ölkələrin Yanaşması
çox uzağa gedən ən gözəl nümunədir.
24
Xarici elementlər
Dürüstlük, şəffafl ıq və cavabdehliyin bir çox elementləri müdafi ə struk-
turları üçün kənar elementlər sayılır, amma onların uğurları üçün önəmli rol
oynayır. Müdafi ə inistitutlarının qurulması kampaniyası o vaxt uğurlu olacaq
ki, o müdafi ə strukturlarının xaricində aparılan geniş təhləkəsizlik sektoru
islahatları ilə birləşsin.
2009- cu ilin Fevralında, təhlükəsizlik sektoru islahatı istiqamətləri ilə
bağlı ABŞ hökuməti üçün hazırlanan sənədin unikallığı ondan ibarət idi ki,
o Müdafi ə Nazirliyi, Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentli-
yi (USAİD) tərəfi ndən birgə hazırlanıb təqdim edilmişdir. Bu sənədlərin
əhəmiyyəti ondadır ki, onlar özündə təhlükəsizlik sektorunda islahatla
əlaqədar olan təşkilatları və strukturları, o cümlədən təhlükəsizlik inistitutla-
rından kənarda olan elementləri özündə birləşdirən daha əhatəli yanaşmaya
ehtiyacın olduğunu ortaya qoyur.
Birinci və yəqin ki, ən mühüm xarici konponentlər siyahısında, müdafi ə
sektorunun fəaliyyətini əsaslı hüquqi baza ilə təmin edən parlamentlər və
qanunvericilər durur. Bu qanunlar şəffafl iq tələbləri əsasında məhdudlaşdırıcı
xarakter daşımalı, qanunsuz hərəkətləri müəyyən edərək və cavabdehlik tələb
edərək qadağanedici olmalıdır. Parlament təhlükəsizlik orqanları üzərində
nəzarəti təmin etməli və müdafi ə büdcələməsi və təhcizat işlərində şəffafl iğın
və cavabdehliyin təmin edilməsində xüsusi rol oynamalıdır. Hərbi təşkilatlarda
dürüstlüklə əlaqədar bizim yanaşmamız, seçilmiş qanunvericilərin həlledici
rol oynamasına dəstək verən proqramların olmasıdır.
İkincisi, müdafi ə sektorunda şəffafl ığın və cavabdehliyin səmərəli yolla
təmin edilməsi, ölkədə qanunun aliliyini təmin edən güclü mexanizmlərin
olmasını tələb edir. Məsələn, əgər ölkənin ədliyyə sisteminin işi düzgün
təmin edilmirsə, o zaman hərbi təşkilatların cinayət axtarış qabiliyyətlərinin
güclənməsi üçün edilən təşəbbüslərin mənasız olduğu üzə çıxacaqdır. Ölkənin
təhlükəsizlik siyasəti və təcrübələri qanun aliliyi üzərində qurulmalıdır və ge-
niş ədalət sistemi ilə əlaqədə olmalıdır. Bizim səylər ona yönəlməlidir ki,
hərbi təşkilatlar daxili və beynəlxalq hüququn çərçivəsində hərəkət etsinlər
və bu təşkilatlar qanun aliliyini təmin edən səyləri dəstəkləsinlər və həyata
keçirsinlər.
NATO üzvlüyü məsuliyyətlərinə həm siyasi, həm də hərbi elementlər daxil-
dir. Ölkənin başqa sahələrindəki idarəçiliklə hərbi təşkilatların bir-birinə bağ-
lı olduqları haqdakı konsepsiya ittifaq tərəfi ndən çox yaxşı əsaslandırılmışdır.
24
7, 16 və 17 Fəsillərı Hərbi Dürüstlük Paktları-nın yerinə yetirilməsi ilə bağlı istiqamətlər
və nümunələrlə təmin edir.
42
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Beləliklə, hərbi təşkilatlarda dürüstlüyün təmin edilməsi başqa nazirliklərdə
təhlükəsizlik sahəsində islahatlar səyləri ilə üst- üstə düşməlidir.
25
Üçüncüsü, hərbi təşkilatlarda şəffafl ıq və cavabdehliyin təmin
edilməsində vətəndaş cəmiyyətlərinin də rolu var. Peşəkar təşkilatlar,araşdırma
mərkəzləri,qeyri hökümət və müdafi ə qrupları, mətbuat və digər qruplar da
bura daxildir. Hərbi təşkilatda dürüstlüyü təmin etmək kimi ümumi məqsədə
yetmək üçün, məsuliyyətli vətəndaş cəmiyyətlərinə tərəfdaşlar və köməkçilər
kimi baxıla bilər.
Təhlükəsizlik sektoru fəaliyyətinin müşahidəsindən əlavə, hökümətin
bütün səviyyələri və strukturlarında dürüstlük, şəffafl ıq və cavabdehliyin
təmin olunması üçün, xalqın səsinin ifadəçisi kimi, vətəndaş cəmiyyətlərinin
mühüm rolu var. Ölkə rəhbərləri, əlavə olaraq dövlət təşkilatları daxilində
dürüstlük mədəniyyəti tələblərinə riayət etməni təmin etməlidirlər. Bu
mədəniyyət hökümətin bütün strukturlarına bütün səviyyələrdə aid olmalı və
vətəndaş cəmiyyətləri bu mədəniyyətin möhkəmlənməsinə çalışmalıdır. Bi-
zim ümumi işimiz ayrı-ayrı ölkələrə özlərinin təhlükəsizliyini təmin etmək
üçün potensial imkanlar yaratmaq və- müttəfi q və tərəfdaşlar kimi- bizim
ümumi təhlükəsizliyimizə töhvə verməkdir. Bu iş təkcə bacarıqlı təhlükəsiz
qüvvələri qurmaq yox,həmçinin, bu qüvvələri idarə edən və fəaliyyətini təmin
edən hərbi təşkilatların bacarıq və imkanlarını da gücləndirməkdir. Təsirli və
legitim olması üçün bu institutlar dürüstlük nümayiş etdirməli, şəffaf və ca-
vabdeh olmalıdırlar.
ABŞ bu cür institutlar qurmaq üçün kömək edir.
Təhlükəsizlik Sektorunda İslahata (TSİ) Kanada baxışı və
Kanadanın Əfqanıstanda Rolu
26
Əfqanıstanın iqtisadi inkişafı üçün Kanadanın ortaya qoyduğu resursları
və bu münaqişədə özünün ənənəvi sülhpərvər rolundan doğan və üzərinə gö-
türdüyü hərbi məsuliyyətıəri nəzərə alsaq, o zaman Kanadanın Əfqanıstanda
öz imkanlarından daha çox iş gördüyünün şahidi oluruq. Kanada, Əfqanıstanda
çalışan çoxlu sayda başqa ölkələrin və onların sülhməramlı qüvvələrinin, QHT-
lərin,hökümətlərarası təşkilatların, özəl hərbi və təhlükəsizlik şirkətlərinin və
yerli və beynəlxalq medianın yaratdığı geniş koalisiyanın sadəcə bir üzvüdür.
(Əfqan hökümətinin özünün də rolu çox mühümdür).
25
NATO-nun gözləntisi odur ki, bu anlam tərəfdaş ölkənin“Üzvlük Fəaliyyət Planı”-na daxil
ediləcəkdir.
26
Bu bölmə aşağıdakı yazı üzərində qurulmuşdur: David Law, “Canada in Afghanistan:
Concepts, Policies, Actors, and Prospects,”
Connections: The Quarterly Journal 8:3 (Summer
2009): 25–51.