66
Kadr Siyasətləri
kadrlara tələbatın geniş və aydın başa düşülməsini təmin etməyə ehtiyac var.
Bu halda, bütöv kadrlar sistemində hər kəsin ümumi bir baxışı olmasına və
birgə işləməsinə şərait yaranır. İkincisi, fərdi hərbi qulluqçuların şəffafl ıq
səviyyəsinin zəruriliyidir. Hərbi qulluqçuların özlərinin şəxsi işləri ilə tam
tanış olmaq imkanları olmalıdır. Onlar harda səhv yazılıbsa və ya görsələr ki,
yazılanlar onların fəaliyyətlərini düzgün əks etdirmirsə,onda dəqiqləşdirmə və
onu dəyişmə imkanına malik olmalıdırlar. Eynilə, komandirlər öz tabeçiliyində
olan hərbçilərlə bağlı qiymətləndirmələrini onlara deməlidir və hərbçilər bu
qiymətləndirmələrlə bağlı ya yazılı hesabat verə bilər,ya da qiymətləndirmə
ilə razı olmazsa onun doğruluğu haqda şikayət edə bilər. Nəhayət, çoxlu sayda
hərbi qulluqçular üçün edilən təşkilati qərarların nəticələri dərc edilməlidir.
Məsələn, rütbələri artıran komissiyanın hesabatı və ya ev almağı gözləyən
hərbi qulluqçuların siyahısı və sırada yerləri. Bu siyahıların yerinə yetirilməsi
hamıya məlum olmalıdır.
Cavabdehlik
Kadrlar şöbəsi üçün üç səciyyəvi cavabdehlik prinsipləri xüsusi maraq
doğurur. Birincisi, birləşmə komandirləri və rəhbərliyin öz səlahiyyətləri
çərçivəsində kadr məsələləri ilə bağlı qəbul etdikləri qərarlara görə baş kadr-
lar idarəsi qarşısında cavabdehlik daşımalarıdır. İkincisi, baş kadrlar idarəsi
rəisinin siyasi rəhbərlik tərəfi ndən orduya məsul təyin olunmuş mülki vəzifəli
şəxslər qarşısında cavabdehliyidir. Üçüncüsü, həmin məsul şəxslərin parla-
ment və xalq qarşısında cavabdehliyidir.
Kadr məsələlərinin fərdi xarakter daşıması istənilən konkret vəziyyət üçün
çoxlu sayda incə fərqləndirmələr və mühakimə tələb edir. Qabaqcıl praktika
göstərir ki, fərdlə daimi əlaqədə olan rəhbərlər bu cür subyektiv mühakimələr
irəli sürməkdə daha da əlverişli vəziyyətdədirlər. Beləliklə, bu cür qərarların
yuxarıdakı rəsmilərə analiz və qiymətləndirmə üçün çatdırılması mümkün olsa
da, bu mütləq obyektivliyin artmasına kömək etmir. Əgər qiymətləndirmə və
nəzərdən keçirmə prosesi üçün yerlərdən gələn yeni informasiyaların təmin
olunması mexanizmi yoxdursa, o zaman bu cür qiymətləndirmə və nəzərdən
keçirmə prosesi subyektiv qərarlar vermək riskini daha da artıracaq- və
xüsusilə də qiymətləndirmə və nəzərdən keçirməni həyata keçirən şəxs bir
daha özünün verdiyi son qərarların nəticələri ilə üzləşməyəcək. Bu baxımdan
baş kadrlar idarəsi komandirlərin qəbul etdiyi və avtomatik gözdən keçirməyə
ehtiyac olduğu qərarların minimuma endirilməsinə çalışmalıdırlar, daha çox
onlar avtomatik hesabat tələb etməli və onların, ardıcıl surətdə nizamnamə və
qərarları nə cür yerinə yetirdiklərini izləməlidir.
67
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Məsələn, məzuniyyətə çıxmaq istəyən hərbçilər üçün son qərarı
komandirlər verməlidir; yuxarı səviyyədə yoxlama halları o vaxt mütləq ol-
malıdır ki, məzuniyyətə getməyə izn verməməklə müəyyən neqativ hallar
yaranır (məsələn, altı ay ərzində heç bir məzuniyyətin olmaması və ya izn
verilməməsilə hərbi illik məzuniyyət pulu alına bilmir). Baş kadrlar idarəsi,
statistik məlumatları izləyərək komandirlərin bütün şəxsi heyətlə bərabər dav-
ranmasını təmin edə bilər, məsələn, ayrı- ayrı hərbçilərin və ya komandirlərin
daha çox məzuniyyətdə olduğu kimi pozuntulari üzə çixarmaqla.
Eynilə, yuxarı səviyyəli rəhbərlik tərəfi ndən hər bir şəxsin konkret
problemınə müdaxilə edilməsini yox, daha çox ümumilikdə nəzarətə üstünlük
vermələri istənilir. Əsas məqsəd insan resurslarının planlaşdırılması və kadr-
lar idarəsi sisteminin dürüstlüyünün təmin edilməsidir. Əsas vasitələr kimi
tələbatların qəbul edilməsi, planlaşdırma istiqamətlərinin müəyyən edilməsi
və seçim komissiyalarının təlimatla təmin edilməsidir. Həmçinin, kadrlar
üzrə proqramların nəticələrini diqqətlə gözdən keçirib, onların arzuolunan
nəticəni verdiyini müəyyən etmək çox mühümdür. Əlbəttə, kadrlar idarəsinin
rəhbərliyi konkret kadr qərarlarını çox yaxından gözdən keçirməli və orada
ola biləcək potensial yüksək korrupsiya risklərini və eləcə də sistemin dürüst-
lüyünü yoxlamaq üçün ixtiyari yoxlamalar aparmalıdır.
Ayrı-ayrı qərarlara təsir etmək baxımından həlledici pol oynayan məsələ,
siyasi motivlər və dəyərləndirmələr əsasında,ilkin mülki və ya hərbi attestasi-
ya komissiyalarından keçən və peşəkar seçim nəticəsində müəyyən edilən ali
mülki və hərbi kadrların seçilməsidir.
Vəzifəli şəxslər özləri hökümət və parlament qarşısında cavabdehlik daşı-
yırlar. Parlamentın strukturları rütbə vermək və seçim komissiyaları hesabat-
larını bəyənmək və həmçinin, yüksək səviyyəli fərdi təyinatları təsdiq etmək
üçün səlahiyyətlərə malikdir. Qanunverici orqan həmçinin insan hüquqları və
silahlı qüvvələrdə iş şəraiti ilə bağlı dəqiq hüquqi mexanizmlər hazırlamağı
təmin etməlidir. Ombudsman isə işçilərin iş yerlərində hüquqlarının təmin
edilməsində mə’sul olur.
Yekun Müddəalar
Kadrlar sahəsində korrupsiya şəxsi qazancların naminə ölkənin müdafi ə
qabiliyyətini və milli təhlükəsizliyini sarsıdır. Şəxsi heyət üçün sərf olunan
böyük miqdarda resursları və vaxtı nəzərə alsaq –yuxarı səviyyəli liderlər
və texniki ekspertlər üçün on illər sərf olunur-- dəyən zərər ciddi və uzun
müddətli ola bilər. Bu cür korrupsiya kök salmış, sistemli və özünü bəsləyən
hala keçir, çünki, kimlər ki, pul verib və ya nüfuzundan istifadə edib yuxarı