55
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
yüksək rəqabətdə olur- adətən müraciət edənlərin 10%-i qəbul edilir
31
. Varlı
ailələrin uşaqlarının hərbi məktəblərə qəbul edilməsi üçün qəbul komissiya-
sına əhəmiyyətli təzyiqlər ola bilir. Hərbi xidməti cəmiyyətin elit təbəqəsinə
bilet kimi qəbul edən adamlar, qəbul komissiyasına qanunsuz maliyyə stimul-
ları da təklif edə bilər. Korrupsiyalaşmış nüfuzetmənin ümumi metodlarına,
bu təbəqədən olan abituriyentlərə şişirdilmiş qiymətlər qoyulması (çox vaxt
qəbul sənədinin əsas hissəsinə çevrilir) və yazılı və şifahi imtahanlar üçün
olan sualların əvvəlcədən onlara çatdırılması daxildir. Adamları olmayan is-
tisna namizədlər çox nadir hallarda yaxşı-əlaqəsi olan himayədar tapmağa
müvəffəq olurlar.
Yüksək hərbi təhsil (Baş Ştab və Hərbi Akademiya)
Karyeranı artıracaq bu cür təhsil imkanları üçün seçmələr korrupsiya
üçün böyük potensial yaradır. Bir çox ölkələrdə namizədlər qəbul komis-
siyası üzvlərini tək-tək ziyarət edib hədiyyələr verir və himayədar-müştəri
münasibətlərində iştirak edəcəyini təmin edir. Dərslər getdiyi zaman rüşvət və
nüfuz zabitlərin qiymətlərinə və təhsil göstəricilərinin qiymətləndirilməsinə
təsir edir və nəticədə onların təyinatı və ya təhsili bitirəndən sonra karyerası-
nın inkişafı üçün də əhəmiyyətli olur.
Haşiyə 5.1. Hərbi Məktəblərə Qəbul Zamanı Dürüstlük
ABŞ-da dörd illik hərbi məktəblərə tamah güdən təyinatlar həmişə
siyasi təzyiqlərin mövzusuna çevrilmişdir. Bu problemlər, siyasi “qəbul”
prosesindən ayrı olan siyasi “namizədlik” prosesini yaratmaqla yoluna
qoyulmuşdur. ABŞ-dakı Konqresin və Senatın bütün üzvləri hər il hərbi
məktəblərə beş nəfəri göndərmək hüququ var. Hər bir boş yerə onlar on
nəfərin namizədliyini irəli sürə bilərlər. Çoxlu konqresmen və senatorlar
yerlərdə müsabiqə keçirib öz namizədlərini seçirlər, baxmayaraq ki, onların
da namizədləri bəzən siyasi xarakterli olur. Əlavə olaraq, açıq rəqabətdə
iştirak etmək üçün ABŞ prezidentı hər il, bir valideyni orduda xidmət edən
hərbçilərin uşaqlarından ibarət 100-ə qədər namizədi irəli sürməyə hüququ
vardır. Vitse-prezidentın isə beş namizəd irəli sürmək hüququ var. Şərəf
medalı almış hərbçilərin uşaqlarına və xidmətdə olan hərbçilərə əlavə
namizədlər verilir.
31
Məsələn, ABŞ –dakı Hərbi-Dəniz Akademiyasında (The US Naval
Academy,Annapolis) 2013 ili üçün qəbul sadəcə müraciət edənlərin 8,1% -i olmuşdur:
www.usna.edu/Admissions/documents/Class%20Portrait%202013.pdf.
56
Kadr Siyasətləri
Bu cür namizədlərin irəli sürülməsi siyasi nüfuzetmə üçün legitim şərait
yaratsa da, nəzarət və yönləndirmə üçün də xidmət edir. Siyasətçilər öz
namizədlərinə konkret tələblər irəli sürə bilərlər, ancaq bu cür tələblərin
təsiri ilkin seçim zamanı ola bilir,cünki əgər Hərbi-Dəniz Akademiyasını(US
Naval Academy) götürsək, 15 min müraciət edən namizəddən ilkin
seçimdən sonra 4500 nəfər qalır. Sonra Akademiyada çox sərt qəbul
prosesi başlayır. Qəbul prosesi qəbul komissiyasına kənardan şəxsləri daxil
edir və namizədləri irəli sürən prosesdən tam fərqli olaraq, 1250 nəfəri
seçib təyinatlar verir. Namizədlər paralel olaraq həm (siyasi fi qurlara)
zəmanətlər üçün, həm də təyinatlar üçün (Dənizçilik Akademiyasına)
müraciət etdiklərindən, Akademiyanın namizədləri irəli sürən orqanlarla
işləmək imkanı yaranır və onlar qeyri rəsmi əməkdaşlıq yolları ilə əsas
namizədlərin təyinat almasının təmin edilməsinə çalışırlar. İrəli sürmə
prosesinin ikinci faydası ondan ibarətdir ki, o Akademiya tələbələrinin
coğrafi rəngarəngliyini təmin edir (beləliklə, zabit korpusunun). Yəni
müxtəlif ştatlardan olan konqresmen və senatorların namizədləri bütün
ölkəni təmsil etməyə imkan verir.
Yeni yaranmış ölkə olan Ukraynada hərbi xidmətin nüfuzu və tarixi
ənənələri hərbi məktəblərə yer tutmağı çox rəqabətli edir. Son zamana
qədər qəbul, yerli qəbul komissiyalarının işi idi. 2005-ci ildə vəzifəyə gələn
müdafi ə nazirliyinin rəhbərliyi bu sistemi korrupsiya riski kimi adlandırdı.
Onlar şişirdilmiş təhsil sistemini kiçiltdi, qəbulu iki dəfə azaltdı, ilkin
hərbi məktəblərin 2011-ə qədər 9-dan 5-ə endirilməsi haqda proqramı
bəyəndi (o cümlədən hərbi institutların sayı 60-dan 12-ə endirildi). Test və
qəbulla bağlı güclü mərkəzi nəzarət sistemləri müdafi ə nazirinin müavini
səviyyəsində ortaya qoyuldu. Bütün bu səylər korrupsiya imkanlarını köklü
dərəcədə azaltdı.
Mənbə: White Book,Defence policy of Ukraine 2005, www.mil.gov.ua; US Naval
Academy Admissions, www.usna.edu/Admissions/.
Xaricdə Təhsil
Təhsil, karyera və maliyyə imkanlarının artması ilə müşaiyət olunan
bu cür xaricdə oxumaq təyinatları korrupsiya risklərinin peyda olmasına
xas olan hallardır. Bu cür imkanlar adətən beynəlxalq əməkdaşlıq proq-
ramları vasitəsilə, çox vaxt tam xaricdən maliyyələşmə ilə həyata keçirilir.
Nəticədə nə normal seçim prosedurları, nə də normal daxili maliyyə nəzarət
prosedurları(daxili kurslar üçün tətbiq olunan) tətbiq olunur. Bütün işlər
beynəlxalq əməkdaşlıq, təhsil və kadrlar işinə baxan rəsmilərin tam öhdəsinə
57
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
buraxılır və onların yuxarılar qarşısında çox az məsuliyyəti görünür. Rüşvət
və əlaqə hesabına, hər hansı fərdin işinin irəli atılmasından əlavə,idarələrin
rəhbərləri bir çox vəzifələri içəridəki namizədlərə paylamaq üçün əllərində
saxlayırlar. Yuxarı səviyyəli rəhbərliyin dürüstlüyü olmadığı halda,onların
korrupsiya ilə əlaqədar apardığı yoxlama korrupsiyanı üzə çıxarmağa yox,
onu dərinləşdirməyə kömək edəcəkdir. Xarici tərəfdaşların çox vaxt bu
problemdən xəbərləri olur, ancaq dilemma qarşısında qalırlar: ya göndərilən
namizədləri qəbul etməli, ya da siyasi və peşəkar baxımdan aşağılayıcı sayı-
lacaq hal kimi, kursları ləğv etməli.
Xaricə Təyinat
Attaşe vəzifələri, beynəlxalq təşkilatlarda nümayəndəliklərdə işləmək
(BMT, AB və ya NATO kimi), beynəlxalq qüvvələrdə və çoxmillətli
qərargahlarda əlaqə zabiti, həmçinin sülhməramlı əməliyyatlarda birbaşa iş-
tirak çox istənilən təyinatlara daxildir. Xaricdə təhsil kimi, bu cür vəzifələr
də çox böyük maaşlar və geniş karyera imkanları yaradır. Çoxlu qərargah
təyinatları fərdə və onun ailəsi üçün yüksək həyat tərzi gətirir. Yüksək
korrupsiya risklərinin olması ilə bərabər, onu məhdudlaşdıran iki amil də
mövcuddur. Birincisi, bu vəzifələrin çox hissəsi göndərən ölkə tərəfi ndən
maliyyələşdirilir və ona görə seçim prosesi çoxlu yerlərdən keçməlidir. İkin-
cisi, xaricdə işləyən zaman ali siyasi rəhbərlik ilə təmasda olursan. Bu hallar-
da rüşvətlə vəzifə almaq çox risklidir, ancaq nüfuz korrupsiya seçimi rolunu
oynayır. Digər tərəfdən, xaricdəki nümayəndəliklərdə aşağı səviyyəli mövqe
tutmaq üçün nəğd pul ödəməyə məcbur edilmə ehtimalı daha çoxdur. Siyasi
cəhətdən üzdə olmalarına baxmayaraq, hamısı olmasa da, çoxlu sayda yuxarı
səviyyəli rəsmilər lazımi administrativ və maliyyə addımlarının atılması üçün
dəstək almaqdan ötrü, çoxlu sayda aşağı və orta səviyyəli rəsmiləri korrupsi-
yalı “həvəsləndirməyə” məcbur edirlər.
Sülhməramlı qüvvələrdə iştirakın korrupsiya riskləri əhəmiyyəli dərə-
cədə çox ola bilər. Çoxlu ölkələr sülhməramlı qüvvələrin maaşı üçün, BMT-
nın əvəzini ödədiyi miqdarda (məsələn, BMT əvəzini ödəmənin 50%-ı ayda
$700-olur) maaş qanunları qəbul edib və bu baxımdan xaricdəki sülhməramlı
qüvvələrdə iştirakın maliyyə qazancları əhəmiyyətli dərəcədədir. Xaricdə
nümayəndəliklərdə işləyən qərargah işçilərindən fərqli olaraq-onların
gündəlik həyatla bağli xərcləri çox olur-bu pul xalis gəlir kimi gəlir. Belə
hallarda rüşvətin miqdarı gözlənən maliyyənin 15-20% və ya çox ola
bilir(yəni6-aylıq xidmət zamanı $1000-a qədər). Bir əməliyyat üçün onlarla
Dostları ilə paylaş: |