58
Kadr Siyasətləri
və ya yüzlərlə adam tələb olunduğu zaman, müraciət edənlərin sayı bu saydan
dəfələrlə çox olur. Xüsusilə də sülhməramlı qüvvələrin ayrı-ayrı əsgərlərdən
ibarət, bir-birindən çox fərqli qruplardan düzəldiyi ölkələrdə bu hallar daha
çox yayılmışdır.
Maaşlar və Mənfəətlər
Ölü canlar
Komandirlər çox vaxt idarədə işləyən rəsmilərin razılığı ilə özlərinin si-
yahısında uydurma əsgər sayı saxlayır və onlar üçün maaş, yemək və ava-
danlıq alır və onları da ya çibinə qoyur, ya da satır. Bu cür “ölücanlar” bəzən
bütün qüvvələrin 20-30%-nı təşkil edir. “Ölücanlar”-dan seçki zamanında
istifadə edirlər və təbii ki, çoxluqla hökümətin namizədini dəstəkləyirlər.
Mükafat/Prizlər
Kompleks mükafatlar və ya hədiyyələr sistemindən, vəzifə daşıyan
şəxslər himayədar-müştəri münasibətlərini və ya potensial korrupsiyanı təmin
etmək üçün istifadə edirlər.
Ev verilməsi
Post-kommunist ölkələrdə xidmətdə və təqaüddə olan hərbçilərin ev
tələbatları həddindən çox olduğundan təmin edilə bilmir. Ona görə də evlərin
paylanması rüşvət və nüfuzdan istifadə ilə bağlı olur. Bir variant da odur ki,
büdcədən qeyri- bərabər istifadə edərək fərqli ölçülərdə otaqlar tikilir, aşağı
vəzifəli hərbçilərə standartlardan aşağı, yuxarı vəzifəlilər üçün isə dəbdəbli
otaqlar ayırırlar.
Tibbi Xidmət
Hərbi xidmətçilər, istefada olanlar və onların ailələri pulsuz tibbi yardım-
dan yararlanırlar. Ancaq, keyfi yyətli yardım bəzən həkimlərə və idarəçiliyə
rüşvət verəndən sonra təmin olunur.
Xidməti Karyeranın İdarə Edilməsi
Vəzifədə irəli çəkilmək üçün, uyğun rütbədə müəyyən vəzifəni tutmaq
əsas şərt sayılan sistemlərdə, karyera idarəetməsi üçün ən mühüm məsələ
vəzifəyə təyinat sayılır. Pul və ya himayə hesabına, kadrlar şöbəsi əvvəlcədən
açılan vəzifə haqda maraqlı tərəfl ərə xəbər verərək bu təyinat üçün üstün-
lük verdikləri namizədləri irəli çıxarır və komandirlərə bu namizədləri
təsdiq etməyə təsir edərək onları təşviq etməyə çalışırlar. Müraciət edənlərin
komandirlərin qəbulunda olub şəxsi söhbət etmələrini və bu cür görüşlərdə
hədiyyə və ya rüşvət verilməsinə təhrik edilə bilmələri gözlənilən hallardır.
59
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Eyni sxem sakit, təhlükəsiz təyinatlar və ya potensial korrupsiya yeri olan
vəzifəyə təyin olunmasını istəyənlər üçün də qüvvədədir. Sonuncu halda,
işə təyin olunmadan öncə, gələcəkdə qanunsuz gəlirlər gözləntisi ilə yuxarı
səviyyəli rəsmilərə böyük miqdarda rüşvət verilməsi lazım gələcək.
Haşiyə 5.2. Xaricdə Təhsil və Təyinat Seçimində Dürüstlüyün Təmini
1990-cu ilin sonunda, Ukrayna, SNT və ikitərəfl i hərbi əməkdaşlıq
proqramları çərçivəsində çoxlu sayda təlim və təhsil imkanlarından
səmərəli istifadə etməkdə çətinlik çəkirdi. Qərarlar, acıq tələbatlara
uyğun olaraq yox – kurs varsa göndər-prinsipi ilə həyata keçirilirdi. Bu
kurslara seçim Müdafi ə Nazirliyinin(MN) Kadrlar İdarəsi və Beynəlxalq
Əməkdaşlıq Şöbəsi tərəfi ndən çox kiçik nəzarətlə rahatca təşkil olunurdu.
Seçim prosesində korrupsiya və nüfuz adi hala çevrilmişdi.
Bir necə il ərzində, qəbul edilmiş tədbirlərin hesabına vəziyyət dəyişdi.
Baş Ştab nəzdində yaradılmış(General Staff Partnership for Peace
and Peacekeeping Operations Directorate) Sülh Naminə Tərəfdaşlıq
və Sülhyaratma Əməliyyatları Direktorluğu (STƏT) tələbatdan doğan
beynəlxalq əməkdaşlıq üçün institutlaşmış tövsiyyəçi qrup yaradaraq,
hərbi strukturlar arası qarşılıqlı əlaqə səviyyəsinin təkmilləşdirilməsi və
əməliyyatlara hazırlıq məsələlərinə diqqəti yönəltmişdir. Həmən il NATO
öz əlaqə ofi sini STƏT-lə bir yerdə yerləşən binada açdı və o STƏT-in
səylərinə həyati məna daşıyan informasiyalar, resurslar və siyasi dəstək
verdi. Bu səylərin mühüm tərəfi konkret tədbirləri, konkret tərəfdaşlıq
məqsədlərinə birləşdirmək haqda Baş Ştabın qərarı oldu (islahatların
məqsədləri ilə və qarşılıqlı əlaqə imkanlarını gücləndirməklə bağlı).
Bu səylər 2002-ci ilə qədər müəyyən uğurlar qazandı: təlim və əməliyyat
xarakterli SNT tədbirlərində iştirak daha da ardıcıl oldu və bu tədbirlərə
qatılan hərbçilərin səviyyəsi təkmilləşdi. Ancaq, iki məsələ qalırdı. Birincisi,
xaricdə uzun müddətli təhsil üçün seçim mexanizmində çox az irəliləyiş
var idi. Bu daha çox həm NATO, həm də STƏT-in səlahiyyətindən kənarda
olduğundan və ikitərəfl i razılıq əsasında olduğundan baş verirdi. İkincisi,
sülh yaratma əməliyyatları üçün xüsusi məqsədli qrupların toplanması, yerli
komissarlıqların əli ilə həyata keçirildiyindən, çoxlu sayda korrupsiyaya
yol açırdı.
60
Kadr Siyasətləri
2005-ci ildə, Narıncı İnqilabdan sonra Müdafi ə Nazirliyinə gələn rəhbərlik
bu korrupsiya problemlərini aradan qaldırmaq üçün geniş tədbirlər
gördü. Nazir xaricdə olacaq tədbirlərin illik planının hazırlanmasını əmr
etdi. Bu tədbirlərə qatılacaq hərbçilərin adlarını, vəzifələrini tələb etdi
və xaricdə olacaq butun təyinatları şəxsən özü imzalayacağına israr etdi.
Çətin olsa da, bu cür yüksək-səviyyədə nəzarət sistemı intizama gətirildi
və konkret tədbirlərdə iştirakı gerçək tələblərə uyğunlaşdırdı. Nazirin
qiymətləndirmələrinə kömək üçün Müdafi ə Nazirliyi Ali Atestasiya
Komitəsi(High Attestation Committee), Müdafi ə Nazirinin 1-ci müavininin
sədrliyi altında xaricdəki uzun müddətli mühüm kurslara, BMT-ın
müşahidəçi missiyasına və NATO-da işləmək üçün göndəriləcək çoxlu
sayda namizədləri rəqabət əsasında yenidən araşdırmışdır. Nazir xüsusi
direktiv imzalayaraq, əvvələr xaricdə oxuyan, beynəlxalq təşkilatlarda
çalışan və ya BMT missiyalarında iştirak edənlərin ikinci dəfə bu cür uyğun
tədbirlərdə içtirakı üçün beş illik məhdudiyyət qoyulması haqda xüsusi əmr
imzalaşmışdır.
Sülhsaxlama əməliyyatlarına gəlincə, MN-i,NATO-nun məsləhəti ilə,
sülhməramlı qüvvələrin formalaşdırılması qaydasını dəyişdirdi.Əvvəllər bu
qüvvələr ayrı-ayrı əməliyyatlar üçün hazırlanırdısa, indi isə daimi tərkibli
və strukturlu qüvvələr olaraq sadəcə beynəlxalq sülhməramlı əməliyyatlar
üçün hazırlandı. Bu qərar komissarlıqlar tərəfi ndən ehtiyatda olanların
çağırılması praktikasını bitirdi və beləliklə korrupsiya hallarını əhəmiyyətli
dərəcədə azaltdı.
Nəhayət, Ukraynanın Müdafi ə Nazirliyi NATO-nun Peşəkar İnkişaf
proqramı(NATO Professional Development Program-PDP) ilə birgə
işləyərək mülki mütəxəssislər üçün rəqabət və konkret tələbat əsasında
xaricdəki missiyalarda və proqramlarda işləmək və iştirak üçün göndərmə
mexanizmləri hazırlamışdır (Bax Fəsil 22-də PDP haqqinda ətrafl ı
verilmişdir).
Bir çox ölkələrdə namizədlər irəli çəkilmək və ya yeni təyinat olduğu
zaman komissiyaların qərarına geniş mənada subyektivlik gətirərək yoxla-
ma komissiyalarının qarşısına çıxıb suallara cavab verməlidirlər. Komissi-
ya üzvləri sabit olduqda, namizədlər öncə komissiyanın həlledici üzvləri ilə
görüşüb onların dəstəyini almaları gözlənilir- bu cür proses kifayət qədər
korrupsiya imkanları yaradır. O həm də namizədlərin himayədar-müştəri
Dostları ilə paylaş: |