30
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
təmin olunması; korrupsiyaya qarşı mübarizədə ədalət və qanun aliliyinin
təmin edilməsində ölçülə biləcək dərəcədə təkmilləşmənin həyata keçirilməsi
daxildir.
Müdafi ə İnstitutlarının Qurulması ilə bağlı Tərəfdaşlıq Fəaliyyət Planının
NATO-nun 2004 İstanbul Sammitində dövrəyə girməsindən sonra, müdafi ə
resurslarının səmərəli və hesabatlı idarəçilyinin təkmilləşdirilməsi ilə bağlı
əsas hazirlandı. Korrupsiyaya qarşı praktiki proqramın hazırlanması, müdafi ə
sektorunda idarəçiliyin möhkəmlənməsi və dürüstlüyün təmin edilməsi,
təfəfdaşların şəffaf və məhsuldar müdafi ə institutları qurmaq səylərinə həyati
kömək edir. Bu baxımdan Şimali Atlantika Əməkdaşlıq Şurası- nın anti-kor-
rupsiya təşəbbüslərini önə çəkməsi səyləri mühüm əhəmiyyət kəsb etmişdir
və etməkdə davam edir.
Müdafi ə Sektorunda Transformasiya və İdarəçilik
Dəyişikliyi
Özünün mövcud olduğu altı onillik ərzində, NATO müdafi ə sektorunda
baş verən dəyişiklikləri səmərəli idarə etməklə və onun transformasiyasına
kömək etməklə, həm ittifaqı, həm də tərəfdaşlığı möhkəmlətməyə çalışmış-
dır. Müdafi ə Institutlarını Qurmaq üçün on prinsipdən ibarət Sülh Naminə
Tərəfdaşlıq Çərçivə Sənədi(Partnership for Peace Framework Document on
Defence İnstitution Building), əvvələr qeyd etdiyimiz kimi, Sülh Naminə
Tərəfdaşlıq proqramına daxil olan və olmayan ölkələr üçün müdafi ə institut-
larının qurulması və təhlükəsizlik sektorunda islahatlar aparılması üçün əsas
təşəbbüs olmuşdur
21
.
Dürüslüyü Təmin etmə Təşəbbüsünün, müdafi ə sektoru üçün örnək
verilən metodologiyaları və vasitələri ilə, NATO ölkələrində davam edən
islahatları və həmçinin Şərqi və Mərkəzi Avropada, Yaxın Şərq,Afrika və
Körfəz ölkələrində gedən islahatları əhatə edən 40-dan çox ölkə ilə rəngarəng
tərəfdaşlıq proqramlarını dəstəkləmiş və dəstəkləməkdə davam edir. Avstra-
liya, Yaponiya , Cənubi Koreya, Yeni Zelandiya kimi ölkələrdə də tətbiq olu-
nur. Dürüstlüyü təmin etmək vasitələri hazır olan kimi NATO-nun website-na
qoyulacaq və bütün maraqlı tərəfl ər ondan faydalanacaqdır.
21
Müdafi ə institutları qurmaq üzrə tərəfdaşlıq fəaliyyət planının məqsədi tərəfdaş ölkələrin
öz hərbi institutlarında islahat və dəyişiklər etməklə daxili və beynəlxalq öhdəliklərin
yerinə yetirilməsinə təkan verməkdir. Mülki və demokratik nəzarət altında olan səmərəli və
məhsuldar hərbi institutlar Avro-Atlantik məkanın sabitliyi üçün önəm daşıyır və beynəlxalq
təhlükəsizliyi üçün vacibdir.
31
NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü
Korrupsiya Hallarını Azaltmaq üçün Beynəlxalq Səylər
Nə NATO, nə də AATŞ dürüstlüyü təmin etmək və ya korrupsiyanı
azaltmaq üzrə beynəlxalq səylərə başçılıq etmirlər. NATO-nun səyləri geniş
beynəlxalq səylərə dəstək kimi edilir və bu səylər, ölkələrə onların BMT
(məsələn,korrupsiyaya qarşı BMT konvensiyası), İqtisadi Əməkdaşlıq və İn-
kişaf Təşkilatı (İƏİT)və başqa beynəlxalq təşkilatlar qarşısında beynəlxalq
öhdəliklərini yerinə yetirmək üçün, praktiki tədbirlərin hazırlanmasına dəstək
verməyə yönəlmişdir. Konkret olaraq, NATO və AATŞ -nın səyləri müdafi ə
və təhlükəsizlik sektorunda dürüstlüyün təmin edilməsi, şəffafl ığın artırılma-
sı və cavabdehliyin təkmilləşdirilməsidir.
Müdafi ə Nazirliklərində idarəçiliyin daha da möhkəmləndirılməsi üçün
NATO-nun yuxarıda müzakirə etdiyimiz dəyərləri çox önəmlidir. İttifaq və
tərəfdaş ölkələrin Müdafi ə Nazirlikləri, korrupsiya mənbəli problemlərin
olduğundan heç şübhə etmirlər və bu xəstəliyi müalicə etmək üçün ciddi,
çoxtərəfl i və şəffaf tədbirlərin həyata keçirilməsinin zəruriliyini etiraf edirlər.
Milli Yiyələnmə və Beynəlxalq Əməkdaşlıq
Dürüstlüyü Təmin etmə təşəbbüsündə iştirak etmək və bu təşəbbüsü yerinə
yetirmək ölkələrin qərarı və məsuliyyətidir. Ölkələrin bu işə yiyələnməsi və
öhdəliyi bu işə girişmək üçün ön şərt və əsasdır. Bu təşəbbüs hazırlanarkən, o
ölkələr arasındakı gözəl və davamlı əməkdaşlıqdan, NATO, müdafi ə sənayesi
və Beynəlxalq Şəffafl ıqla aktiv və davamlı əməkdaşlıqdan faydalanmışdır.
Bu əməkdaşlıq onu göstərdi ki, əgər uyğun strukturlar və oyunçular bir-biri
ilə ümumi dəyərlərlə və maraqlarla bölüşürlərsə onların səyləri ilə çox şey
əldə etmək olar.
Əvvələr qeyd edildiyi kimi, dürüstlüyü təmin etməyə dəstək və ma-
raq, yaşanan iqtisadi böhran dönəmində Maliyyə Nazirliyinin müdafi ə və
təhlükəsizlik sektorlarının büdcəsinə qoyduğu maliyyə təzyiqlərini, artan
və dərin beynəlxalq maliyyə durğunluğunu özündə əks etdirir. İttifaq və
Tərəfdaşlar əldə olan məhdud ehtiyatları səmərəli, məhsuldar və nəticəsi
görünə bilən bir surətdə sərf etmənin lazımlığını başa düşürlər. Bu baxım-
dan Dürüslüyü Təmin etmə Təşəbbüsü praktiki vasitələr hesabına ordunun
imkanlarının artırılmasını və ayrılan büdcənin səmərəli istifadəsinə yardımçı
olar.
Birgə Əməkdaşlıq İlləri
NATO-nun Balkanlarda və Əfqanistandakı təcrübələri göstərdi ki, bu gün-
32
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
kü dünyanın təhlükəsizlik təhdidləri, beynəlxalq birliyi bir-birinin mülki və
hərbi tədbirlərini birləşdirib, birgə əməkdaşlıq və koordinasiya etməyə məcbur
edir. Səmərəli surətdə bir yerdə işləmək, bütün oyunçuların əməkdaşlığını və
töhvəsini tələb edir. Bütün beynəlxalq oyunçuların uyğun mandatla və qüvvə
ilə birgə hərəkət etməsi çox vacibdir. NATO tərəfdaş ölkələrlə,beynəlxalq
təşkilatlarla, qeyri-hökümət təşkilatları və yerli hakimiyyətlər ilə və bütün
səviyyələrdə səmərəli əməkdaşlıq üçün öz imkanlarını gücləndirir. Bu cür
əməkdaşlıq, eyni zamanda NATO-nun hərbi əməliyyatlarına və XXl əsrin
təhdidlərinə cavab vermək üçün özünün apardığı islahatlara da şamil edilir.
Əsas böyük beynəlxalq təşkilatlar müdafi ə sektorunda islahat, təhlükəsizlik
və iqtisadi inkişafa yönəlmiş siyasi mexanizmlərin hazırlanması və təqdim
edilməsi ilə bağlı daha da birləşmiş yanaşmalar irəli sürməklə məşğuldurlar.
Bu cür birləşmiş yanaşmalar təkcə hərbi əməliyyatlara yox, habelə NATO-
nun başqa səylərinə də tətbiq olunur,məsələn, dürüstlüyün təmin edilməsi, ter-
rorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyinin artırılması kimi məsələləri
misal çəkmək olar. Bu və başqa səbəblərə görə NATO, tərəfdaş ölkələr və
beynəlxalq təşkilatlar ilə daimi, strukturlaşmış və əməkdaşlıq əsasında qu-
rulmuş münasibətləri davam etdirəcəkdir (o cümlədən BMT,Avropa Birliyi,
Dünya Bankı,Beynəlxalq Valyuta Fondu və İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatı ilə).
2009-cu ilin Fevralında Monterreyde Keçirilən Konfransın
Müzakirələri və Yekun nəticələri
2009-cu ilin Fevralın sonunda Monterreydə mühüm beynəlxalq konf-
rans keçirildi. Məqsəd orduda Dürüstlüyü Təmin etmək Təşəbbüsü ilə bağ-
lı hansı nailiyyətlərin əldə olunduğunu qiymətləndirmək və bu təşəbbüsü
genişləndirmək və dərinləşdirmək üçün yollar arayıb ortaya qoymaq
idi. NATO, Dənizçilik Məktəbi (Naval Postgraduate School) (o Şima-
li Amerikada SNT-ın Təlim və Təhsil mərkəzidir)və BŞ ilə birgə, İstanbul
Sammitində razılaşdırılmış Müdafi ə İnstitutlarını Qurmaq üzrə Tərəfdaşlıq
Əməliyyat Planının həyata keçirilməsi üçün hazırlanan praktiki vasitələrin
qiymətləndirilməsi və onlar ətrafında fi kir mübadiləsi aparmaq üçün bu konf-
ransı təşkil etmişdilər.
Monterrey Tövsiyələri
Monterrey konfransının tövsiyələri, AATŞ Səfi rlərinə təqdim olunmuş
analiz və qiymətləndirmə hesabatına bir töhvə kimi nəzərdə tutulmuşdur. Bu
Dostları ilə paylaş: |