127
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
qəbul edərkən mühüm səlahiyyətlər olmasını zəruri edir.
64
İnfrastruktura və kommersiya xarakterli fəaliyyətlərə, “azad bazar
şəraitində sınaq” və ya “tender əsasında təhcizatçının seçilməsi” vasitəsilə,
outsorsinqın potensial obyektləri kimi baxıla bilər. Hərbi yatırımlar üçün şərt
büdcə məhdudiyyətləri olduğu hallarda, dövlət-özəl tərəfdaşlığı hökümətə,
özəl şirkətlərə məxsus infrastrukturun, texnoloji imkanların və ya özəl ya-
tırım fondunun üstünlüklərindən istifadə edib hökümətin səlahiyyətində
olan fəaliyyətlərin və ya kommersiya təbiətli fəaliyyətlərin səmərələliyini
və məhsuldarlığını artırmağa şərait yaradar (Şəkil 9.1-bax). Özəl maliyyə
təşəbbüsü (private fi nance initiative)termini Böyük Britaniyada istifadə olu-
nur.
Hə
Hə
Şəkil 9.1:Hərbi Qərar Xəritəsi
Məhsuldarlıq qiymətləndirmələri aparılarkən hökümət daxili nəzarət
parametrləri sistemini tədbiq etməlidir. Bu parametrlər etalon kimi, hökümət
sektorundan və ya kommersiya strukturundan lazımi hərbi imkanlar və
xidmətlər alınan zaman, onların dəyərlərini müqayisə etmək üçün istifadə
edir. Bu metod xərclərin hesabatını hər konkret fəaliyyətə görə müəyyən
edən qiymətləndirmə formasına keçir və əvəzində ictimai funksiya ilə əlaqəli
olan bütün proseslərin tam dəyərini müəyyən etməyə kömək edir. Bu cür
“bütöv xərclər”, həyata keçirilən xüsusi funksiyaları dəstəkləyən “birba-
64
Mitchell E. Daniels, Jr., Circular A-76 Revised (Washington, DC: US Offi ce of Management
and Budget, May 29, 2003), www.whitehouse.gov/omb/circulars/a076/a76_rev2003.pdf
Biz düz hərəkət edirikmi?
(Səmərəlilik)
Biz bütün işləri düzgün edirikmi?
(Qənaət və Məhsuldarlıq)
Biz təkmilləşməyə yatırım qoya
bilərikmi?( Xərc,Fəaliyyət,Cədvəl)
Özəlləşdirmə
Outsorsinq
ÖDT
128
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
şa olmayan” xərcləri də, o cümlədən, həmin funksiyaya aid olmayan çoxlu
xərcləri, məsələn, maliyyə, hüquqi dəstək, kadrların idarəedilməsi və s. əhatə
edir.
65
Outsorsinq və özəl-dövlət tərəfdaşlıq xərclərini hesabladıqda, təkcə
hökümətin zəruri mallar və xidmətləri almaq üçün sərf etdiyi xərcləri yox,
müqavilələrin hazırlanması, monitorinqi və idarəedilməsi ilə bağlı xərcləri,
həmçinin, hökümət gələcəkdə bu müqaviləni əldə etmiş şirkətdən daha artıq
dərəcədə asılı qaldığı müddətdə artacaq xərclərin riskini də nəzərə almalıdır.
Haşiyə 9.3. Özəl-Dövlət Rəqabətindən doğan Outsorsing
Üstünlükləri
Böyük Britaniya Müdafi ə Nazirliyinin “Azad bazar sınaqı”
• 1987-1992-ci maliyyə illəri ərzində Müdafi ə Nazirliyi 246 növ
fəaliyyətə qatılmaq üçün rəqabətə girmiş və orada büdcə vəsaitlərinin
1-ci il ərzində qənaəti orta hesabla 24% olmuşdur.
1966-cı ildə, ABŞ prezidenti yanında Administrasiya və Büdcə İdarəsi
A-76 direktivini qəbul etdi. Kommersiya Fəaliyyəti həyata keçirmək
haqqında olan bu direktiv, hökümətin kommersiya fəaliyyəti üzrə siyasətini
müəyyən edirdi. 1979-cu ildə Administrasiya və Büdcə İdarəsi Circular
A-76 üçün əlavə xərclərin müqayisəli analizi qayda və prosedurlarını
müəyyən etdi. Bu analizlər hökümətin, başqa federal idarənin, yoxsa özəl
sektorun kommersiya fəaliyyəti ilə məşğul olmasını müəyyən edirdi. A-76-
nın məqsədi “ədalətli” dövlət-özəl rəqabətini təşkil edib dövlət sifarişləri
üçün iştirakçılar seçmək və kommersiya bazarında irəli sürülən xidmətlərin
daha iqtisadi faydalı yollarını əldə etməkdir.
• 1979
və 1996-cı maliyyə illəri ərzində ABŞ quru qoşunları mütəxəssisləri
486 növ fəaliyyətin analizini keçirmışlər və nəticədə məlum olmuşdur
ki, bu müqavilələrdən 240-nı Quru Qoşunlarının strukturları almış,qalan
228-i isə başqa strukturlara verilmişdir. Bu zaman büdcə vəsaitlərinin
qənaəti orta hesabla 28% təşkil etmişdir. Yəni,rəqabət olmayan dövr
ilə müqayisədə indi həyata keçirilən fəaliyyətlər əvvəlkindən 28% ucuz
başa gəlmişdir. Bu zaman ərzində edilən qənaət 4 milyard ABŞ dolları
həcmində olmuşdur.
65
Gansler and Lipitz, Moving Toward Market-Based Government (2003), 11.
129
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
• 1978 və 1992-ci maliyyə illəri ərzində, Müdafi ə Nazirliyi 2000 rəqabətli
tender keçirmiş və orta qənaət 30% olmuşdur.
“Circular A-76” direktivi aşağıdakı tələbləri irəli sürür: hökümət
idarələrindən “Performance Work Statement” sənədinin işlənib
hazırlanmasını və orada konkret layihənin bütün görüləcək işlərinin ətrafl ı
müəyyən edilməsini; layihəni dəyər baxımından analiz edib az xərclərlə
keyfi yyətli yerinə yetirə bilən mümkün təşkilatın müəyyən edilməsini,
özəl sektor arasında tender təşkil edib və dəyər analizinin nəticələrini
özəl sektorun təklif etdiyi ən aşağı qiymətlə və ya maksimum iqtisadi
səmərələlik gətirən təklifl ə müqayisə edilməsini tələb edir. Hökümət özəl
sektorun xidmətindən o vaxt istifadə edir ki,özəl sektorun qiymət təklifi
daxildə edilən qiymət analizinin nəticələrindən heç olmasa 10% aşağı
olsun, ya da layihənin fəaliyyət dövrü üçün hesablanmış qiymətindən 10
milion dollar aşağı olsun. Müqayisəli qiymət göstəriciləri, özəl sektora
sadəcə bir funksiya verildikdə 24 ay üçün hesablanır, bir çox fəaliyyəti
əhatə edən çox funksiyalı olduqda isə 48 ay verilir.
1990-cı illərdə keçirilən Administrasiya və Büdcə İdarəsinin
hesablamalarına görə, A-76 direktivi əsasında aparılan müqayisəli dəyər
qiymətləndirmələri əsasında,büdcədən Müdafi ə Nazirliyinin cari xərclərini
təmin etmək üçün 1997 və 2005 illəri ərzində edilən qənaət 9,2 milyard
dollar təşkil etmişdir. 2005-ci ildən başlayaraq illik qənaət 2,8 milyard
dollar təşkil edir.
Mənbə: Gansler and Lipitz, Moving Toward Market-Based Government (2003).
Nəhayət,korrupsiya riskləri ilə ilkin qiymətləndirmə prosesi həyata
keçirilən zaman məşğul olmaq lazımdır, çünki korrupsiya müqavilənin
qiymətini əhəmiyyətli dərəcədə qaldırar və cəmiyyətin outsorsinq, özəlləşdirmə
və ya özəl-dövlət tərəfdaşlığı kimi təhcizatçı seçilməsi mexanizmlərinə olan
inamını itirər.
66
66
Francois Melese, Raymond Franck, Diana Angelis and John Dillard, “Applying Insights
from Transaction Cost Economics to Improve Cost Estimates for Public Sector Purchases:
The Case of U.S. Military Acquisition,” International Public Management Journal 10:4
(October 2007): 357–85.
Dostları ilə paylaş: |