376
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 22.4 NATO-Ukrayna Peşəkar İnkişaf Proqramı
2005-ci ildə NATO ilə Ukrayna, müdafi ə sektorunda çalışan mülki
rəsmilərin hazırlıq səviyyəsinin lazımı səviyyədə olmadığı qənaətinə
gəldilər.Hərbçilər müntəzəm surətdə istər xaricdə, istərsə də ölkə daxilində
təlim proqramlarında iştirak edirdilər, ancaq onların mülki tərəfdaşlarının bu
cür imkanları yox idi. Bu hal idarəetmə sistemində tarazlığın pozulmasına
gətirirdi.
Ukrayna bu problemi həll etmək etmək üçün kömək istədi və 2006-cı
ildə NATO və Ukrayna birgə NATO-Ukrayna Peşəkar İnkişaf Proqramı
(NATO-Ukraine Professional Development Program) qurdular və bu
proqram müdafi ə sektorunda çalışan mülki heyətə hesablanmışdır. Ölkə
daxili sponsorlar tapıldı və proqramı idarə edən qrup NATO-nun Kiyevdəki
əlaqə ofi sində yerləşdirildi. Müdafi ə Nazirliyinin Kadrlar İdarəsindən
bir Ukraynalı zabit NATO –Ukrayna proqram direktoruna tabe olaraq
proqram direktorunun müavini təyin edildi.Bundan əlavə yerli idarəetmə
heyəti təşkil olundu və bütün maraqlı tərəfl ər orada təmsil olundu: Müdafi ə
Nazirliyi rəhbərliyi (nazirin köməkçisi təmsil olunmaqla, Müdafi ə Nazirliyi
Kadrlar İdarəsi, Milli Təhlükəsizlik və Müdafi ə Şurası, Böyük Britaniya
xüsusi hərbi müşaviri (Böyük Biritaniya layihədə aparici dövlət idi),NATO
Əlaqə Ofi sinin rəhbəri və proqram direktoru. İdarəetmə heyəti adından,
proqramın direktoru ildə 3-4 dəfə Bruseldə yerləşən əsas donorların idarə
heyətinə hesabat verirdi.
Xaricdə təlim və təhsil proqramın mühüm hissələrini təşkil edirdi və bu
gunə qədər 1000-dən çox Ukrayna rəsmiləri kurslarda iştirak etmişlər-
bir qismi ölkə daxilində, bir qismi xaricdə. Bu kurslara ehtiyac boyük
olduğundan onlar korrupsiya riskləri ilə müşaiyət olunurdu (bu artıq daxili
seçim prosedurlarında xroniki hal almışdi). Prosesin dürüslüyü üçün,
proqram aşağıdakı prosedurları irəli sürdü:
1. Təlimlər üçün tələbatlar Müdafi ə Nazirliyinin transformasiya
məqsədləri əsasında 1 il öncə hazırlandı. Bu komandirlərə qarşıya qoyulan
məsələləri yerinə yetirmək üçün uyğun adamları göndərməyə imkan verdi.
2. Təlim tələbatları kurslara və potensial tələblərə uyğunlaşdırıldı(ən azı
onların tutduğu vəzifələrə)və illik plana salınaraq Müdafi ə Nazirliyi yüksək
rəhbərliyinə təsdiq üçün göndərildi.
377
Beynəlxalq Təşkilatların Rolu
3. Proqramın işçiləri, Müdafi ə Naziriliyi ilə işləyərək çoxlu sayda
mümkün namizədlər irəli sürür, onların tələblərə cavab verməsi,tutduğu
vəzifə və rəhbərliyin icazəsi aydınlaşdırılır. Bu namizədlər aşağıdakı
prosedurları keçməlidirlər:
• Rəqabətli seçim, o cümlədən, dil testi və müxtəlif maraqlı tərəfl ərdən
ibarət komissiyanın müsahibəsi və komissiyada ən azı bir Ukraynalı
və bir NATO rəsmisi yer alır.
4. Ümumi idarəetmə və nəticələrə görə cavabdehlik, yuxarı səviyyəli
maraqlı tərəfl əri daimi qiymətləndirmə ilə təmin etməli. Bu axırıncı
məsələdə bu qərarların dürüslüyünü təmin etmək üçün hərbi rəhbərliyin
dəstəyi çox mühüm olmuşdur və bir çox hallarda qaydalardan yan keçmək
istəyənlər ciddi surətdə cəzalandırılmışlar
Bütün bu hallarda həlledici şərait yaradan amil insanların özləridir-
sadiqlik, inam və tərəfdaşlar arasında qarşılıqlı anlaşma müvəffəqiyyətin aça-
rıdır. BT-ların müvəffəqiyyəti üçün bir nömrəli şərt onun ölkə daxilindəki
tərəfdaşıdır. Bütün maraqlı tərəfl ərlə səbrlə işləyən, fərqlilikləri yoluna qo-
yan, lazım olduqda mövqe göstərən və- sonda – prosesdə məsuliyyəti öz
üzərinə götürən, əvvəlcə birlikdə və sonra ideal olaraq yavaş-yavaş layihənin
yerinə yetirilməsi üçün artan məsuliyyəti öz üzərinə götürən tərəfdaş olursa
BT uğur qazanır. Bu toplunu bu nöqtəyə qədər oxuyan oxucunun da bu cür
şəxs olacağı şansı vardır.
378
Dəyişikliyin Baş Verməsinə Çalışmaq
379
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
lV Hissə
Dürüstlüyü Təmin etmə
Proqramlarının Yerinə
Yetirilməsi
Toplunun son hissəsi müdafi ə sektorunda dürüstlüyü təmin etmə proq-
ramlarının tərtib edilib yerinə yetirilməsinin praktiki cəhətlərini nəzərdən
keçirir. Burada xüsusi əhəmiyyət daşıyan məsələ hər bir hərbi təşkilatın hər
hansı konkret ölkədə yerli mədəniyyətini(ənənəsini)qəbul etmək və təşkilati
mədəniyyətin fərdi və təşkilati dürüstlüyə kömək edən və korrupsiyalaşmış
davranışa qarşı çıxan xüsusiyyətlərini möhkəmləndirməkdir. Bu cür qabaqcıl
təcrübələr ölkədəki başqa təşkilatlara da yayıla bilər.
380
Dəyişikliyin Baş Verməsinə Çalışmaq
381
Dəyişikliyin Baş Verməsinə Çalışmaq
23-cü Fəsil
Dəyişikliyin Baş Verməsinə
Çalışmaq
Heç bir iki hərbi təşkilat dürüstlük və korrupsiya ilə bağlı eyni
problemlərlə üzləşmirlər. Uyğun olaraq dürüstlüyü təmin etmək təşəbbüsləri,
yəqin ki, təhcizat proseduru zamanı şəffafl ığın və dürüstlüyün artırılmasına
yönəlmiş xüsusi bir prosesdə kiçik düzəlişdən başlayaraq, bütün əsas hərbi
biznes proseslərində dürüstlüyün artırılmasına və təşkilat daxilindəki insanla-
rın münasibətlərinin və davranışlarının dəyişməsinə qədər müxtəlif səviyyəli
və növlü səyləri tələb edir.
Bu fəsil ikinci məsələyə yönəlmişdir. O, oxucuya uyğun üstünlükləri və
çatışmazlıqları ilə bərabər, sınaqdan keçmiş dəyişim idarəetmə strategiyaları
və proseslərini anlatır. O, həmçinin, oxucunu mümkün boşluqlarla və dürüst-
lüyü təmin etmə proqramlarını hazırlayan və həyata keçirən zaman meydana
gələn problemlərlə, necə davranma haqda təklifl ərlə məlumatlandırır.
Bu cür proqramın tərtibi,hərbi dürüstlüyün və korrupsiya risklərinin in-
diki vəziyyəti və baş verən tendensiyalarin anlamında, məsuliyyət və strateji
baxış üzərində qurulmuşdur.
İndiki Vəziyyətin Qiymətləndirilməsi
Çox vaxt, Müdafi ə Nazirliyinin rəhbərliyi xüsusi bir korrupsiyalı davra-
nışla əlaqədər olaraq keçirilən parlament dinləmələri vasitəsilə və ya ictimai
rəyin təzyiqi altında dəyişim təşəbbüsündə olur. Daha çox hallarda təşəbbüs
edilən dəyişimin müvəqqəti təsiri olsa da və kiçik müsbət nəticə versə də,onlar
tez bir nəticə nümayiş etdirmək istəyirlər.
Ona görə də, hər hansı dürüstlük təmin etmə proqramı tərtib etməzdən
əvvəl dürüstlüyün özünü qiymətləndirmək ciddi surətdə tövsiyə olunur. Bu
cür qiymətləndirmə aşağıdakılara gətirməlidir:
•
Korrupsiya risklərini əhatə edən sahələri və hərbi fəaliyyətləri ay-
dınlaşdırmalı;
•
Həqiqi və ya potensial korrupsiya davranışının səbəblərini anlamalı;
•
Hərbçilərin və Müdafi ə Nazirliyinin başqa heyətinin, həmçinin,
cəmiyyətin korrupsiyalı davranış problemlərinə münasibətlərinin an-
lamı; və
•
Dürüstlük tədbirləri və dəyişimi qəbul etmə hazırlığının
Dostları ilə paylaş: |