374
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
üçün çalışırlar.Onlar, həmçinin, hökumətlərə anti-korrupsiya islahatları apar-
maq üçün içtimai təbliğat kampaniyaları ilə lobbiçilik edirlər.
BŞ yerli özəklərə təcrübə, vasitələr, vərdiş və bilikər inkişaf etdirməyə və
yerlərdə korrupsiyaya qarşı mübarizə üçün geniş iştiraka, həmçinin qlobal və
regional təşəbbüslərə kömək edir.
BŞ üçün qlobal prioritetlər siyasətdə, dövlət müqavilələrində və özəl
sektorda korrupsiyaya qarşı mübarizədir. BŞ, həmçinin, beynəlxalq anti-kor-
rupsiya konvensiyalarının yerinə yetirilməsini dəstəkləyir və yoxsulluğun
azaldılması və inkişafı dəstəkləyən proqramlar üzrə işləyir. BŞ hər hansı kor-
rupsiya halını araşdırmaqla məşğul olmur və ya ayrı-ayrı halları açıqlamılr,
ancaq zaman-zaman bu işlə məşğul olan təşkilatlarla birgə çalışır.
2000-ci ildən başlayaraq,BŞ –ın Böyük Britaniya nümayəndəliyi müdafi ə
sektorunda korrupsiyaya qarşı işləməyə başladı. Başlanan işlərin ilkin diqqəti
silah ixracatına yönəlmişdir və BŞ silah ticarəti ilə məşğul olan hökumətləri
və hərbi şirkətləri bir yerə yığaraq bu sahədə korrupsiyanı azaltmaq üçün
hansı konstruktiv addımların atılmasını müzakirə etmişdir. İrəli sürülən ide-
yalara korrupsiyaya qarşı mübarizə üçün hərbi konsorsiumun yaradılması-
nın mümkünlüyü, İƏİT konvensiyasının müddəalarının yerinə yetirilməsinin
gücləndirilməsi, təhcizat zamanı Dürüstlük Paktlarından istifadə və başqa
beynəlxalq təşkilatlarla yaxın əməkdaşlıq daxil idi.
BŞ son zamanlar NATO ilə Trast Fondu layihəsi nəzdində müdafi ə
sahəsində korrupsiya və korrupsiya riskləri ilə bağlı işləməyə başlamışdır.
O, həmçinin, hərbi dürüstlük proqramlarının səmərəliliyini qabaqcıl yollarla
qiymətləndirmək təşəbbüsü də başlamışdır.
Dəyişimi Sürətləndirmək üçün BT-ın İmkanlarından
İstifadə
Çoxlu sayda beynəlxalq təşkilatlar, hökumətlərarası təşkilatlar və qlo-
bal vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizəyə qoşulmuş-
lar. Hərbi islahat tərəfdarı rəsmi hərbçi və adi vətəndaş üçün əsas problem
dəyişimi sürətləndirmək üçün yuxarıda göstərilən intellektual imkandan necə
istifadə edilməsidir. Aşağıda sınaqdan uğurlu çıxan üç yanaşma təqdim edil-
mışdır:
1.Beynəlxalq Standartlar: İslahatda maraqlı olan ölkə təşkilatı beynəlxalq
təşkilatla təmasa girir və o da öz növbəsində beynəlxalq
standartla hərəkət
edir. Bu İƏİT– in anti-korrupsiya standartı da ola bilər və ya məsələn,
dövlət rəsmiləri üçün maraqlar toqquşması üzrə BMT-nin Qaydaları kimi
etika standartı da ola bilər, və ya hər hansı prosesin gedişində dürüstlüyün
375
Beynəlxalq Təşkilatların Rolu
təmin edilməsi standartları kimi, məsələn, audit etmə də ola bilər. Məqsəd
odur ki, istənilən tənqid və təklif mexanizmlərindən istifadə edərək açıq
surətdə standartlara riayət etmək və nəticədə şöhrət, iş yerində məğrurluq və
beynəlxalq standarta riayət etmənin gətirdiyi təkmilləşmiş səmərəlilik əldə
edilsin.Qiymətləndirmə qrupu ilə yaxından əməkdaşlıq edərək, aparılan yox-
lamalar təkcə tənqid və təklifl ər üçün yox, həm də yuxarı səviyyəli rəsmilərin
gündəliyinə çətin islahat proqramlarını gətirmək baxımından da əla imkan
sayılır.
Birgə layihələr: Ölkə daxili təşkilat beynəlxalq təşkilatdan həmən
təşkilatın rəhbərliyi üçün önəmli olan spesifi k məsələnin həlli üçün kömək
istəyir, çünki o məsələ yerli resursların vasitəsilə həll olunmur. Çıxış yolu
birgə idarəetmə mexanizmləri vasitəsilə birgə layihədir-yəni, proqramı yerinə
yetirmə qrupu, istiqamət verən idarə heyəti, birgə qiymətləndirmələrin və
birgə hesabatın verildiyi və hər iki tərəfi n rəhbərliyinin daimi iştirak etdiyi
orqan. Bu cür fəaliyyət yerli təşkilatları dürüstlük, şəffafl ıq və cavabdehlik
və məsuliyyət kimi beynəlxalq standartlar ilə çalışmaq mexanizmlərinə bağ-
layır. Birgə layihələr normaların, dəyərlərin və iş metodlarının ötürülməsi ba-
xımından də səmərəli mexanizm ola bilər. Sərbəst məlumat axınının “Qərb”
tərəfdən gəlməsi yerli tərəfdaşı da öz hesabatlarında dəqiqlik və düzgünlüyə
sövq edir və o zaman şəffafl ıq da təkmilləşir (Haşiyə 22.4 nümunəsinə bax).
3.Körpu qurmaq: Çox vaxt ölkədaxili təşkilatların içərisində və ya
cəmiyyətin özündə maraqlı elə adamlar olur ki, onlar dürüstlüyün təmin
olunması üçün öz motivasiyaları və resursları ilə potensial müttəfi qlər kimi
səfərbər olurlar. Lakin, belə adamları tapmaq da çətin olur,o da bürokratiya və
ya cəmiyyətin təbiəti ilə bağlı olan,məsələn, qarşılıqlı şübhə və ya bürokratik
qaydalardan doğan, məsələdir. Beynəlxalq təşkilatlar bu cür təbii müttəfi qlərin
görüşüb bilik və təcrubə mübadiləsi etmələrinə, bir-biri ilə inam qazanmala-
rına və eyni şəbəkədə iş görmələrinə kömək edə bilər. Bu halda,əgər yerli
hökumətlər beynəlxalq təşkilatlara cəmiyyətin daxilində və dövlət aparatında
geniş əlaqələr qurmağa imkan verərsə, o zaman ən etibarlı məlumatların və
əlaqələrin əsasında oyun qurulmasına kömək edər. Yerli rəsmilərin və qey-
ri- hökumət ekspertlərinin və ya aktivistlərin onların beynəlxalq tərəfdaşları
ilə əlaqə qurmaları üçün BT mühüm rol oynayır. Bu cür çəbəkə yaranması-
nın ən azı iki istiqamətdə güclü təsiri ola bilər: 1) peşəkar və çox yaxşı in-
teqrasiya olunmuş ekspert sinfi nin meydana gəlməsi;2) daha təsirli müstəqil
monitorinqə izn verən daha təcrübəli vətəndaş cəmiyyəti.