382
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
qiymətləndirilməsi;
Bundan əlavə, hərbi dürüstlüyün geniş və düzgün strukturlaşdirilmış
qiymətləndirilməsi,geniş dairədə maraqlı tərəfl əri cəlb etməklə aşağıdakılara
kömək edəcəkdir:
•
Dürüstlüyü möhkəmləndirmək tədbirləri və müxtəlif praktikalar ara-
sında səbəbiyyət və qarşılıqlı asılılıqların başa düşülməsi;
•
Dürüstlüyü təmin etmə tədbirlərində kimlərin müttəfi q və rəqib ola-
cağının dərk edilməsi;
•
Dəyişim üçün potensial tərəfdarların müəyyən edilməsi.
Daxili və açıq mənbələrin öyrənilməsi,hərbi strukturlarda və kənarda ca-
lışan şəxslərlə xüsusi mövzular ətrafında müzakirələr,xüsusi hazırlanmış sor-
ğular və müsahibələr indiki vəziyyəti qiymətləndirmək üçün istifadə olunur.
NATO-nun özünü-qiymətləndirmə vəsaiti və sorğu kitabcası- NATO-nun
dürüstlüyü təmin etmə yolunda etdiyi təşəbbüslərin ilkin nəticələri –bu cür
ilkin qiymətləndirmədə xüsusilə faydalı ola bilər.Haşiyə 23.1 bu vəsait üzrə
ilkin məlumatlar və istinad mənbələrini təmin edir. Anti-korrupsiya gündəliyi
qəbul etmək istəyən istənilən ölkəyə və hərbi qurumlara açıqdır.
Haşiyə 23.1. NATO-nun Özünü Qiymətləndirmə Vəsaiti
Polşanın rəhbərliyi altında, NATO ölkələrinin BŞ ilə əməkdaşlığı
müdafi ə və təhlükəsizlik sektoru üçün Dürüstlük Özünü-Qiymətləndirmə
Prosesinin yaranmasına gətirdi. Bu proqram ondan istifadə etmək istəyən
istənilən ölkəyə açıqdır və bir çox NATO və tərəfdaş ölkələr tərəfi ndən
artıq istifadə edilir.Dürüstlük Özünü-Qiymətləndirmə Prosesi, dürüstlük
sistemlərinin gücünü qiymətləndirmək üçün ölkələri hazır forma ilə
təmin edir. O, Müdafi ə Nazirliyinin və digərlərinin ətrafl ı sorğuya verilən
cavablarına diqqət yetirir və bu cavablar sonradan kənar ekspert incələmə
qrupları tərəfi ndən gözdən keçirilir.Sorğu anketi müdafi ə strukturlarında
dürüstlük sisteminin əsas dayaqlarına və hər bir dayaq üzrə korrupsiya
risklərinə əsas diqqət yetirir. O sorğunu necə doldurmaq və dürüstlüyü
təmin edən və korrupsiyanı azaltmağa yönələn sonrakı islahat və fəaliyyət
təşəbbüslərini necə davam etdirmək qaydalarını əhatə edir. Ekspert qrupu
cavabları qiymətləndirir və yerlərə səfər edərək prosesin üstünlükləri
və çatışmazlıqlarını müəyyən edir və davam üçün öz tövsiyələrini və
müşahidələrini ortaya qoyur. Proses bir səfər əsasında və ya təkrar olunan
dövrənin tərkib hissəsi kimi aparıla bilər.
383
Dəyişikliyin Baş Verməsinə Çalışmaq
Dürüstlük Özünü-Qiymətləndirmə Prosesi aşağıdakı mövzuları əhatə edir:
1. Demokratik nəzarət və əməkdaşlıq;
2. Milli anti-korrupsiya qanunları və siyasəti;
3. Müdafi ə və təhlükəsizlik sektorunda anti-korrupsiya siyasəti;
4. Şəxsi heyət- davranış, siyasət, təlim, intizam;
5. Planlaşdırma və büdcələmə;
6. Əməliyyatlar;
7. Təhcizat;
8. Hərbi şirkətlərlə və başqa təminatçılarla əməkdaşlıq;
9. Konkret ölkələr üçün suallar;
Mənbə: Mark Pyman, Building Integrity and Re ducing Corruption Risk in Defence
Establishments: Ten Practical Reforms, with foreword by Lord George Robertson of
Port Ellen (UK: Transparency Interna tional, April 2009); The full description and the
questionnaire are available at: Transparency International, “Integrity Self-Assessment
Process,”http://www.defenceagainstcorruption.org/tools-and-techniques/self-
assessment-tool
.
Güclü Koalisiya Formalaşdırılması
Təxirəsalınmazlıq hisslərinin yaradılması,müdafi ə sektorunda korrupsiya
risklərini qiymətləndirərkən əldə edilən ən faydalı nəticələr sırasındadır
238
.
Məqsədyönlü müsahibələr və araşdırmalar, tez-tez inandırıcı hesabatla-
ra və keyfi yyətli məlumat bazasına gətirir və o da öz növbəsində korrup-
siya probleminə unutqan olan adamları və ya təşkilatın fəaliyyətinə və ya
xarakterinə korrupsiyanın uzunmüddətli və geniş təsirinə fi kir verməyənləri
təbliğ edir.
Bu halın yaratdığı kontekstdə təkcə korrupsiyaya daha çox həssas olan
birləşmələrin rəhbərlərini yox, həm hərbi, həm də mülki yüksək rəhbərliyin
təşkilat boyunca korrupsiyaya qarşı öhdəliklərini təmin etmək olar.
Bu mərhələdə kimlərin dəyişim tərəfdarları kimi hərəkət edəcəklərini
müəyyən etmək əhəmiyyət daşıyır,həmçinin, parlament və vətəndaş
238
Bu və aşağıdakı bir çox addımlar John Kotterin “Leading Change (Boston Harvard
Business School Press,1996)” yazısına əsaslanır.
384
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
cəmiyyətləri nümayəndələrinin arasında, xüsusilə də, hərbi düşüncə
mərkəzləri, aktivist qrupları və media arasında dəstək axtarmağa başlamaq
çox mühümdür. Hərbi texnologiyalar təminatçılarının, məmulatlarının və
xidmətlərinin nümayəndələri orduda korrupsiyaya qarşı mübarizədə potensi-
al müttəfi qlər arasında görülə bilər.
Dürüstlüyün təmin edilməsi və orduda korrupsiyanın azaldılma-
cı istiqamətində atılan istənilən uğurlu addım Müdafi ə Nazirliyi siya-
si rəhbərliyinin, ali hərbi rəhbərliyin, parlamentarlar və aparıcı vətəndaş
cəmiyyətləri nümayəndələrinin güclü koalisiyası əsasında, əsas hərbi
təminatçıların dəstəyi və müstəqil tənqidi medianın yaxın monitorinqindən
faydalanmaqla həyata keçirilə bilər.
Gələcəyə Baxış və Strategiya İnkişaf Etdirməli və
Xəbərləşməli
Dürüstlük və müdafi ə sektorunda korrupsiyanın azaldılması kimi
mürəkkəb səylər, uzaqgörən adamlar və problemə strateji yanaşan və öz ba-
xışlarını və strategiyasını səmərəli surətdə xəbərləşə bilən adamlar tələb edir.
Birincisi,hərbi təşkilatın rəhbərliyi dürüstlüyü təmin etmək problemi-
ni və müdafi ə sektorunda korrupsiya potensialını geniş surətdə azaldan ya-
naşmaları uyğun şəkildə formalaşdırmalıdır. Problemin çox dar çərçivədə
ifadə olunması,müdafi ə sektorunda korrupsiyaya uzun müddətli və sistem-
li təsir ehtimalını azaldır. Digər tərəfdən, problemin çox geniş ifadə olun-
muş çərçıvəsi,məsələn, “demokratik və cavabdeh hərbi institutların təşviq
edilməsi” diqqətin itirilməsinə aparacaq və uğurlu təşəbbüs üçün zəruri
dəstəyi yaratmayacaq. Bu toplunun ikinci fəsli problem və onun həlli üçün
yanaşmanın necə çevik formalaşdırılması haqda nümunə gətirir.
Sonra gələcəyə baxışın hazırlanması mərhələsi gəlir. Baxış bəyanatı hər
bir ölkə və hərbi strukturlar üçün konkret olmalıdır və Dürüstlük statusu
və korrupsiya təhlükəsi səviyyəsinə uyğun olmalıdır. Bir çoxları korrupsi-
yaya bulaşmış hərbçilərin həbsə girməsini görmək istəyəcək, digərləri isə “
korrupsiyadan azad” hərbi strukturların olmasına çağıracaqdır. Baxışı ifadə
etmək üçün ümumi bir etibarlı resept yoxdur, lakin onun konstruktiv olma-
sı zəruridir və elə baxış olmalıdır ki,problemləri ilə bərabər nail olunandır.
Haşiyə 23.2 baxış bəyanatını hazırlamaq yolunu göstərir.
Dostları ilə paylaş: |