MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə144/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   140   141   142   143   144   145   146   147   ...   158
Kamil insan

DƏVƏ VƏ TÜLKÜNÜN NAĞILI
Neçə il bundan əvvəl jurnalların birində bir nağıl oxumuşdum. Orada belə bir əfsanə yazmışdılar ki, bir gün bir dəvə 
ilə bir tülkü dost olurlar. Tülkü dəvəyə təklif edir ki, gəl müştərək həyat sürək, xüsusi həyat və mülkiyyəti ləğv edərək 
dost olaq, birləşək və hətta bir-birimizi dost deyib çağıraq. Mən səni «dostum dəvə», sən isə məni «dostum tülkü» deyə 
çağır və ortada «mən» söhbəti olmasın. Hətta mən bundan sonra öz balama «mənim balam» deməyəcəm və sən də öz 
balanı «mənim dəvə balam» deyib çağırma; mən də, sən də öz balalarımızı «bizim balamız» deyib çağıraq. Gəl «mən» 
kəlməsini tamamilə yoxa çıxarıb, «biz»ə çevirək. Mən bundan sonra sənin palanına «bizim palanımız» deyəcəyəm, 
sən də mənim quyruğuma «bizim quyruğumuz» de! Ümumiyyətlə «mən»dən söhbət getməsin. Yazıq dəvə də inandı və 
onlar bir müddət belə müştərək həyat sürdülər. Amma bu müştərək həyat bir hadisə baş verənə kimi davam etdi. Belə 
ki, tülkü neçə gün ov əldə edə bilmədi. Bir gün əsəbi və narahat halda yaşadıqları müştərək evə gəldi, amma aclıqdan 
kiçik bağırsaqları böyük bağırsaqlarını kəsirdi. Gözü dəvənin balasına sataşdı. O, dəvənin balasını bir küncə çəkərək 
parçaladı və qarnının doydurdu. Dəvə evə qayıdanda balasını soruşdu. Tülkü xəbərsiz olduğunu dedi. Dəvə balasını 
axtarmağa başladı və axırda onun leşini tapdı. O, başına döyərək «mənim balamı kim bu günə salıb?» deyib ağlamağa 
başladı. Dəvə «mənim balam» deyən kimi tülkü deyir: Sən hələ tərbiyələnməmisən? Hələ də «mənim balam» deyirsən? 
«Bizim balamız» de!
«Mən»lərin bu cür «biz» olması «dəvə-tülkü» nağılıdır.
Deməli, bu məktəb də «kamil insan» barəsində kamil məktəb deyil. Bu məktəbdə də yalnız bir dəyərə – o da naqis 
şəkildə – diqqət yetirilib.
EKSİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏSİNİN XÜLASƏSİ
Söhbətimizin sonunda digər bir məktəbin nəzəriyyəsini xülasə şəkildə açıqlamaq istəyirəm. Əlbəttə həmin məktəb 
barəsində gələn söhbətimizdə geniş söhbət aparacağıq.


88
Kamilliyə doğru Wap.IXLAS.Az
Bu məktəb bu gün çox yayılmış məktəblərdəndir və demək olar ki, insani dəyərlər və kamil insan üçün çəkdiyi 
cizgilər baxımından sosializmin müqabil və əks nöqtəsidir. Sosializm məktəbində ictimai cəhətlərə çox diqqət yetirilib. 
Sosializm baxımından insan, bütün insanlar arasında bərabərlik və vəhdət bərqərar edildikdə kamil olur. Onların 
müştərək və kollektiv mülkiyyətə tə

kid etmələri də ümumi və ictimai cəhətlərə diqqət etmələri səbəbindən olur.
Eksistansializm məktəbində isə ictimai deyil, fərdi cəhətlərə malik dəyərlərə diqqət edilir. Bu məktəb iradə azadlığı, 
düşüncə azadlığı, insanın özünə hakimiyyəti və müstəqilliyi məsələsinə çox tə

kid edir. Bu məktəb deyir ki, hər bir 
icbardan azad olan, heç bir qüdrətin tə

siri altında olmayan, tam azad həyat tərzi keçirən və azad iradəyə malik insan, 
kamil insandır. Bu məktəbin fikrincə insanlığın əsas me

yarı azadlıqdır. Onların agahlıq demələri də onun azadlığın 
müqəddiməsi olmasına görədir. Deyirlər ki, «kamil insan» azad insandır və insan nə qədər çox azad olsa, bir o qədər 
kamildir. O, digər amillərin tə

siri altında nə qədər çox olsa, insanlığı bir o qədər azalar. Bu məktəb tərəfdarlarının 
fikrincə, Allaha inam, e

tiqad və bəndəçilik onun insanlığını sındırır. Onlar deyirlər ki, bu qism inam və e

tiqadlar insanı 
Allah müqabilində təslim olmağa vadar edir və Allaha bəndəçilik insanın azadlığını əlindən alır. İnsanın kamilliyi onun 
azadlığında olduğu və kamil insan, bütün şeylərdən azad olmalı olduğu üçün insan, hətta dini əsirlik və tabeçiliklərdən 
də azad olmalıdır. Hafiz deyir:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə