89
Kamilliyə doğru Wap.IXLAS.Az
ON ÜÇÜNCÜ FƏSİL
EKSİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə [axirət üçün özünə nə hazırladığına]
nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə
bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir!
(Həşr 18-19).
Keçən söhbətlərimizin sonunda digər bir məktəbə, daha doğrusu ən müasir məktəbə və onun kamil insan barəsindəki
nəzəriyyələrinə toxunduq. Bu məktəb insanın kamillik me
᾽
yarı, daha doğrusu insanın cövhəri və insani dəyərlərin ən
dəyərlisini «azadlıq» hesab edərək deyir ki, insan, bu dünyada azad yaradılmış yeganə varlıqdır. Yə
᾽
ni heç bir icbar və
zərurət onu öz tə
᾽
sir altına almır. Keçmiş alimlərin dili ilə desək, insan yaradılış aləmində məcbur deyil, muxtar olan
varlıqdır. Bə
᾽
zilərinin dili ilə isə: İnsandan başqa hər nə varsa məcburidir, yə
᾽
ni bir sıra səbəb və amillərin icbari tə
᾽
siri
altındadır, amma insan məcbur deyil və onu heç bir səbəb və icbar idarə etmir.
Dostları ilə paylaş: