MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


İMAN «MƏN»LƏRİN «BİZ» OLMA YOLUDUR



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə142/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   138   139   140   141   142   143   144   145   ...   158
Kamil insan

İMAN «MƏN»LƏRİN «BİZ» OLMA YOLUDUR
Digər bir məsələ isə budur ki, əvvəldə «O»na çevrilmiş «mən» gerçək və həqiqi «biz» ola bilər. Bu ariflərin 
nəzəriyyəsindəki mətləbdir. Əvvəlcə «O» olmamış, «mən» «bizə» çevrilə bilməz. «Mən»lərin «biz» olma yolu 
onların, əvvəlcə «O» olmaları, yə

ni Allaha iman gətirmələridir. 
«[Ya Məhəmməd!] Söylə: «Ey kitab əhli, sizinlə 
bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!» [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona 
şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!...»
Bu ayədə kitab əhlinə xitab edilib. 
Ey kitab əhli! Ey yəhudi, xristian, zərdüşt və atəşpərəstlər! Gəlin hamımız bir kəlmə və həqiqət ətrafında toplaşaq, 
hamımızın arasında eyni olan bir həqiqət ətrafında! Siz Qur

anın ifadələrinin incəliyinə diqqət edin. Buyurur ki, O, elə 
bir həqiqətdir ki, nə mənim, nə sənin, nə bizim və nə də sizindir. O, bizim hamımızındır, həm siz və həm də biz onda 
şərikik. O, bizim hər ikimizə, hamımıza aiddir. Peyğəmbər buyurur ki, Allah hamınındır və mən iddia edə bilmərəm 
ki, O, xristianın, yəhudinin, zərdüştin və bütpərəstin də Allahı deyil, yalnız mənim Allahımdır. O, hamının Allahıdır və 
hamıya məxsusdur. İnsanın Ona mənsub olması, «mən» yaradaraq aralarda sərhəd çəkən məhdud şeyə bağlılığı kimi 
deyildir. O, mən və sənin bağlandığımız zaman çəkişmə və vuruşmalara səbəb olan pul deyil. O, elə bir həqiqətdir ki, 
eyni anda hamını özündə birləşdirə bilir. Gəlin hamımız «biz» olaq! Hansı yolla? Vahid iman, ideya və kəlmə – Allah 
kəlməsi və Ona iman vasitəsilə! Gəlin hamımız «biz» olaq, amma bundan əvvəl hamımız «o» olmalıyıq. Hamımız 
«o» olduqdan, yə

ni bu «mən»lər onun müqabilində yoxa çıxdıqdan və hamımız bir rəng – «o»nun rəngində olduqdan 
sonra «biz» ola bilərik. Bizim və sizin aramızda eyni və bərabər olan bir kəlməyə tərəf gəlin! İslam Peyğəmbəri əgər 
hamının «biz» olması üçün ərəb dilini öyrənməsini təklif etsəydi, fars dili deyərdi ki, nə üçün ərəb dili? Gəlin hamımız 
fars dilini öyrənək. Fransalı deyərdi ki, nə üçün ərəb dili? Həmin dil fransız dili olsun. Ərəb dili hamının onda bərabər 
ola bilməsi mümkün olan şey deyil. Ərəb, fars, türk, fransız və s. dillərin hər biri bir xalqa məxsusdur. Bir çox digər 
şeylər də belədir.
Amma hamının olan və heç kəsə məxsus olmayan həqiqət bizim Allahımızdır. Bəli, mütləq həqiqət, hamımızı və 
dünyanı yaradan və son dönüş nöqtəsi olan Allah hamınındır, gəlin Ona tərəf tələsək, təkcə Ona itaət edək və heç nəyi 
Ona şərik qoşmayaq. Sonra buyurur ki, Allahı qoyub bir-birimizi özümüzə Rəbb etməyək! Biz «Ona» tərəf gedərək «o» 
olduqdan sonra «biz» ola bilərik. Belə olan surətdə bir-birimizi özümüzə Rəbb, yə

ni Allah seçməyək. Ağalıq-nökərlik, 
istismarçı-istismar olunan, yuxarı-aşağı söhbəti də aradan götürülsün, yığışdırılsın, amma oradan başlamaq, yə

ni ayədə 
deyilən yerdən başlamaq şərti ilə! Gördüyümüz kimi, Qur

an «biz» tərəfdarıdır və həmişə «biz»dən söhbət edir.
Namazda Allahı sitayiş edərək Ona həmd etdikdən, yə

ni 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə