MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə143/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   139   140   141   142   143   144   145   146   ...   158
Kamil insan

«Əlhəmdu-illahi Rəbbil aləmin» 
dedikdən sonra ona 
xitab edirik. Mən tək namaz qılıram və namazın cəm şəkildə deyil. Amma «Allahım təkcə Sənə ibadət edirəm və yalnız 
Səndən kömək istəyirəm» demək əvəzinə, «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!» deyirəm. 
«Mən yalnız sənə ibadət edirəm» demirəm. Namazın sonunda isə 
«Əssəlamu ələyna və əla ibadillahis-salihin»


ni 
«biz və Allahın saleh bəndələrinə salam olsun» deyirik.
SƏ᾽DİNİN ŞE᾽Rİ


dinin belə bir şe

ri var:
Bəni adəm ə

zaye yek digərənd
Ke dər afərineş zeyek qohərənd
Çu ozvi be dərd avərəd ruzqar
Digər ozvhara nəmanəd qərar
To kəz mohnəte digəran bi ğəmi
Nə şayəd ke namət nəhənd adəmi.


ni: Adəm övladı bir-birlərinin bədən üzvləri kimidirlər; çünki yaradılışda bir incidəndirlər. Fələk bir üzvi 


87
Kamilliyə doğru Wap.IXLAS.Az
ağrıdanda digər üzvlər də qərar tapa bilməzlər. Əgər sən başqalarının çətinlik və dərd-qəminə kədərlənmirsənsə, sənin 
adını insan qoymaq olmaz.


dinin çox yüksək qiymətləndirilmiş və həmin qiymətə doğrudan da layiq olan bu şe

ri Peyğəmbərin (s) bir 
hədisinin eynilə tərcüməsidir, amma şe

r bir az naqisdir və hədisin məzmununa tam uyğun gəlmir. Peyğəmbərin (s) 
hədisi budur: «İman əhli qarşılıqlı dostluq və mehribançılıq baxımından bir bədənin üzvü kimidirlər. Onlardan biri 
narahat olanda bədənin digər üzvləri qızdırma və yuxusuzluq keçirməklə ona şərik olurlar. Bədən üzvlərindən biri 
ağrıyanda digər üzvlər rahat yataraq «o» üzv nə qədər ağrı çəkir qoy çəksin!» deyirlər, yoxsa onun dərdinə şərik 
çıxırlar?! Peyğəmbər (s) buyurur ki, bədənin digər üzvləri özlərinin ağrıyan üzvlə həmdərd olmalarını iki yolla, biri 
qızdırma, digəri isə yuxusuzluq yolu ilə bildirirlər. Həmin vaxt digər üzvlər yatmırlar və həmişə narahat vəziyyətdə 
olurlar. Məsələn, bağırsaqda narahatlıq yaranır və ya ciyərdə iltihab olur, amma nə əl, nə baş, nə ürək və nə də heç 
bir üzv yatmır. Ümumiyyətlə bədən istirahət etmir. Bütün bu narahatçılıqların səbəbi hansısa bir üzvün ağrıması olur. 
Qızdırma bütün bədən üzvlərinin bir üzvdəki narahatçılığa verdiyi reaksiyadır. Peyğəmbər (s) burada bir nöqtəyə diqqət 
edib. O həzrət «mö

min bədən kimdir» deyəndə, bədənin ruh istəməsini nəzərdə tutub. Bütün üzvləri «o» etmək və 
sonra, onların «biz» olmaları üçün ruh lazımdır. Siz ölü bədəni doğrayaraq parça-parça etsəniz, digər üzvlər bunu 
hiss edərlərmi? Xeyr, çünki ruh yoxdur. Mö

minləri vahid şəklə salaraq birləşdirən şey ruhdur. Onlar həmin ruhda bir 
olduqları üçün «biz» olublar və bir-birləri ilə həmdərdlik edirlər. Həmin ruh «iman», yə

ni ayədə deyilən müştərək 
həqiqətdir. Mö

minlər iman sahibi olduqları üçün onların «mən»ləri «o» olub və buna görə də təbii olaraq həmdərddirlər. 
Amma bərabər kəlmə və həqiqətə malik olmayan insanlar belə deyillər. Peyğəmbər (s) mö

minləri deyib, yə

ni onlar 
bir ruhda ortaq və şərikdirlər, onlara vahid həqiqət hakimdir. Sə

di «Adəm övladı bir-birlərinin bədən üzvləridir» 
deməklə səhvə yol verib. Çünki adəm övladı ayədə deyilən vahid və müştərək kəlmə və həqiqətə malik olmayınca, heç 
vaxt bir-birlərinin bədən üzvü ola bilməz. Adəm övladının bir bədən üzvi kimi olmaları yalan sözdür. Amerikalılar və 
vyetnamlılar adəm övladıdırlar, ya yox? Bəli, onların hər ikisi adəm övladıdır, amma adəm övladının bir-birinin bədən 
üzvü olması yalandır. Adəm övladına bir ruh və iman hakim olanda, yə

ni onların «mən»ləri vahid «o»da və imanda 
bir-birinə qarışaraq yoxa çıxanda onlar bir-biri ilə həmdərdlik edirlər. Fələk bir üzvi ağrıdanda digər üzvlərin də qərar 
tutmaması da həmin vaxt olur.
Deməli, bu məktəbin kamil insan barəsinədki səhvlərindən biri onun bir dəyər, yə

ni «biz»dən başqa bütün dəyərləri 
unutmasıdır. »Biz» olmaq fikri düzdür, yə

ni «mən»liyi «biz» olmayan insan, kamil insan deyil. Amma təkcə «mən»liyin 
«biz» olması ilə insanın kamilliyə çatmasını düşünmək də səhvdir. «Biz» olmaq kamil insanın sifət cizgilərinin 
hamısı deyil, yalnız biridir. Onların digər səhvləri isə, «mən»ləri «biz» edən şeyin xüsusi mülkiyyət olmasını təsəvvür 
etmələridir. Onlar elə düşünürlər ki, xüsusi mülkiyyət aradan götürülsə, artıq bundan sonra heç kim «mən» hissinə 
malik olmayacaqdır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə