MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


EKSİSTANSİALİZM MƏKTƏBİNDƏ VÜCUDUN ƏSALƏTİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə146/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   142   143   144   145   146   147   148   149   ...   158
Kamil insan

EKSİSTANSİALİZM MƏKTƏBİNDƏ VÜCUDUN ƏSALƏTİ
Bu məktəbin dediyi digər bir mətləb də budur ki, bu dünyaya azad və muxtar gəlmiş insan, digər varlıqların əksinə 
olaraq xüsusi təbiətə malik deyildir. Dünyada, hər bir şey xüsusi təbiət və mahiyyətlə yaradılıb. Məsələn, daş daş 
xüsusiyyətinə malik olaraq yaradılıb və o, daş deyil, kəssək ola bilməz, pişik pişik təbiətli, at isə at təbiətli yaradılıb. 
Amma insan heç bir xüsusi təbiətə malik deyil və təbiəti onun özü, özünə verir. Azad və muxtar yaradılmış insanın 
azadlıq və ixtiyar dairəsi onun özünə təbiət və mahiyyət verməsi həddindədir. Buna vücudun əsaləti və ya vücudun 
mahiyyətdən önəmliyi deyilir.
«Vücud və ya mahiyyətin əsaləti» bizim işlətdiyimiz nisbətən qədim terminlərdəndir və onun ömründən, yə

ni 
məşhur filosof Molla Sədranın dövründən təqribən 350 il keçir. Amma filosoflar vücud və mahiyyətin əsaləti terminini 
təkcə bu barədə deyil, bütün şeylər barəsində işlədir və ondan vücudun əsaləti adı ilə terminalogiyaya daxil olmuş 
başqa bir mə

na nəzərdə tuturlar. Eksistansialist məktəbinin, «insan digər varlıqlardan xüsusi və müəyyən təbiətə malik 
olmaması və öz təbiətini özü müəyyənləşdirməsinə görə üstündür» deyərək vücudun əsaləti və ya vücudun mahiyyətdən 
önəmliyi adlandırdığı bu mətləb isə bizim fəlsəfə, xüsusilə Molla Sədra fəlsəfəsində başqa ibarətlər və çox möhkəm 
dəlillərlə bəyan edilib. Onlar isə bu mətləbi başqa yol və ifadələrlə sübut ediblər. İnsanın sabit təbiətə malik olmaması 
və onun özünün özünə təbiət verməsi də həqiqətdir.
Bizim dini mətnlərimizdə, keçmiş ümmətlərin öz mahiyyətlərini itirmələri, indiki insanların əxlaq və xüsusiyyətləri 
və ya onların qiyamətdə məhşərə çəkilmələri barəsində, yə

ni insanların hamısının məhşərə bir cür deyil, bə

zilərinin 
insan, bə

zilərinin isə heyvan sifətində gələcəkləri barəsindəki ifadələr də bu səbəbdəndir. Hamının insan doğulması 
və dünyaya insani fitrətlə gəlməsinə baxmayaraq, onun həyatın gedişində öz mahiyyətini dəyişərək heyvana çerilməsi 
mümkün bir şeydir. Bəli, bu bir həqiqətdir. Hər halda bu məktəbin əsas nəzəriyyələrindən biri, insanın muxtar və 
məs

uliyyətli yaradılmasıdır ki, bu öz yerində düzgün bir anlayışdır.
Bildiyimiz kimi, müsəlmanlar arasında bir-birinə zidd iki qrup – icbar və cəbrə inanan Əşairə, eləcə də tam azadlıq 
və ixtiyara e

tiqadlı olan Mö

təzilə – vardır. Şiə və Əhli-beyt məktəbi isə məsələnin bu iki əqidə arasında yerləşən 
orta mövqedə olduğunu deyir və nə Əşairənin icbar əqidəsini və nə də Mö

təzilənin tam ixtiyar inamını qəbul edir. 
Eksistansializmin tam azadlıq adlandırdığı şey Mö

təzilənin dediyi mütləq ixtiyar məsələsidir. İslam baxımından icbar 
yoxdur, amma ixtiyar var. Bizim imamlarımız buyurublar ki, məsələn, nə bu günkü materialistlərin dediyi kimi icbardır 
və nə də eksistansialistlərin dedikləri ixtiyar və azadlıq, həqiqət bu iki əqidə arasında yerləşən ixtiyar mövqeyidir. 
Deməli, insanın ixtiyar və azadlıq məsələsi, ona icbarın hakim olmaması və onun ixtiyarını əlindən almaması həddinə 
qədər düzdür. Həmçinin insanın canlı və ya cansızlığından asılı olmayaraq, bütün varlıqların əksinə olaraq sabit və 
dəyişməz təbiətə malik olmaması və onun, təbiətini özü formalaşdırması fikri də düzdür.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə