|
![](/i/favi32.png) MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanHƏDƏF VƏ VASİTƏ NöVLÜ KAMAL
Digər bir məsələ budur ki, eksistansialistlər hədəflə vasitə arasında səhvə yol veriblər. Azadlıq insan üçün kamaldır,
amma o, hədəf olan kamal deyil, vasitə növlü kamaldır! İnsanın son hədəfi azad olmaq deyil. Amma insan öz kamilliyinə
çatması üçün azad olmalıdır. Çünki azadlıq ixtiyar və sərbəstliyə malik olmaq deməkdir və insan bütün varlıqlar içində
öz yolunu, daha dəqiq desək özünü seçməli olan yeganə varlıqdır.
Deməli, insan azad və muxtardır. Amma sual budur ki, insanın azad olması onun öz kamilliyinə çatması deməkdirmi?
İnsan, azadlıqla ən ali kamilliyə çata bildiyi kimi, ən alçaq məqamlara enə bilər.
Muxtar varlığın mə
᾽
nası cilovu kiminsə əlində olan deyil, öz boynuna atılmış varlıq deməkdir. Bu o deməkdir ki,
«Ey insan! Sən bu təbiətin həddi-büluğa çatmış alim varlığısan; səndən başqa bütün varlıqlar həddi-büluğa çatmamış
varlıqlardır və onlar başqası tərəfindən idarə edilməlidir.»
Biz ona haqq yolu göstərdik. İstər [ne
᾽
mətlərimizə] minnətdar
olsun, istər nankor [bu onun öz işidir].»
(İnsan-3).
Allah-taala buyurur ki, Biz sənə yolu göstəririk, amma hansı yolla getməyi sən özün seçməlisən.
Azadlığın özü bəşəriyyət üçün kamillik deyil, kamillik vasitəsidir, yə
᾽
ni insan azad olmasa məcbur edilən varlıq
kimi kamilliyə çata bilməz. Deməli, azadlıq hədəf deyil, vasitə növlü kamillikdir.
Asilik də belədir. Onlar belə bir nəticəyə gəliblər ki, insan azad olduğu üçün üsyankar və asi ola bilər, yə
᾽
ni hər
bir icbarın qarşısında dayanaraq onu inkar və rədd edə bilər. Sonra isə hər bir iatətsizliyin insan üçün kamal olmasını
düşünərək belə nəticəyə gəliblər ki, azad insan heç nəyə tabe olmayan və hər bir şey müqabilində asi olan şəxsdir.
Onlar asi olmağı zati dəyərə malik əməl hesab etdikləri üçün, məktəblərinin zəruri və labüd nəticəsi hərc-mərclikdir.
Bəli itaətsizliyə zati dəyər verilən məktəb hərc-mərclik və özbaşınalıq tələb edir. Sarter bu ittihamı özündən və
məktəbindən uzaqlaşdırmaq üçün çox çalışıb, amma bacarmayıb. İtaətsizliyi zati dəyərə malik bir şey hesab edən
məktəbdə hərc-mərclik və özbaşınalığın olmaması qeyri-mümkündür. İslamda insan üçün müəyyən dəyərə malik olan
şey itaətsizlik imkanıdır; yə
᾽
ni insan üsyan da edə bilər, itaət də; yuxarı da gedə bilər aşağı da! İtaətsizlik etməyən varlıq
insandan üstündürmü? Xeyr! O, üsyan edə bilmədiyi üçün bu işi görmür. İtaət və üsyan imkanı bir-biri ilə bərabərdir
və bunları etmək imkan və bacarığı insan üçün kamillik sayılır. Digər varlıqlar bu imkana malik deyillər və buna görə
də məs
᾽
ul, azad və muxtar sayılmırlar.
Bəli, insan üçün üsyan və itaətsizlikdən sonra tövbə adlı qapıdan keçmək kamaldır. İnsanın itaətsizlikdən qayıtması
ilə Allah-taalanın adlarından biri, yə
᾽
ni bağışlayan adı gerçəkləşir. Əgər günah və tövbə olmasaydı, Allah-taala heç kəsi
bağışlamasaydı da O, yenə də bağışlayan olacaqdı. Asilik tənəzzül, tövbə isə qayıdışdır; Allahın bağışlama sifəti bu
tənəzzül və qayıdışla gerçəkləşir.
Hədislərdə deyilir ki, Allah-taala buyurub:
Dostları ilə paylaş: |
|
|