MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Məgər Allaha ibadət edənlərin hamısı cəhənnəm qorxusu və ya behişt tamahına



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə157/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   150   151   152   153   154   155   156   157   158
Kamil insan

«Məgər Allaha ibadət edənlərin hamısı cəhənnəm qorxusu və ya behişt tamahına 
görə ibadət edir? Mən şükr edən bəndə olmayım?»
Bəli, birinci dəsətənin ibadəti qul ibadəti, ikinci dəstənin ibadəti tacir və muzdur ibadəti, üçüncü dəstənin ibadəti isə 
azad insan ibadətidir. Əli (ə)-ın məntiqinə əsasən, azad insan hətta behişt və cəhənnəmə belə bağlı deyil, o, behişt və 
cəhənnəmdə də azaddır və yalnız Allaha bağlıdır.
Mən bir söhbəti də (on üç fəsildən əlavə və yekun olaraq) indiyə kimi dediklərimi bir yerə toplayaraq islamın kamil 
insanını izah etməyə həsr etmək istəyirdim, amma iş elə gətirdi ki, izah etdiyim məktəblərin nəzərlərini açıqlayarkən 
islamın nəzərini də bəyan etdim. Bütün dediklərimizdən mə

lum oldu ki, birincisi islam təkyönlü məktəb deyil. İslam 
bütün cəhətləri əhatəli şəkildə görə bilən bir gözə malikdir. İslam, filosofların dediklərini onlardan qabaq deyib
ariflərin gördüklərini onlardan yaxşı görüb; məhəbbət məktəbinin dediklərini artıqlaması ilə deyib; qüdrət məktəbinin 
gördüyünü daha yaxşı görüb; sosializmin hiss etdiyini ondan yaxşı dərk və bəyan edib; həmçinin azadlıq məktəbinin 
gördüyü şeyləri daha yaxşı görüb və eyni zamanda bu məktəblərin zəif nöqtələrinin heç biri onda yoxdur. Çox aydın və 
müəyyən məntiq islam məktəbinin hərtərəfli və kamil olmasını göstərir. İslamın Allah tərəfindən olmasını bizə sübut 
edən də bunlardır.
Məgər indiyə kimi barəsində söhbət açıdığmız bütün məktəblərin baniləri dünyanın ən dahi şəxsiyyətləri olmayıblarmı? 
Bəli! Amma görürük ki, onların hamısı islam müqabilində öz dəyərlərini itirirlər. Peyğəmbər (s) hər nə qədər dahi – özü 
də məktəbə getməmiş və yazı-pozu bilməyən dahi olsaydı belə, öz başından belə sözlər danışa bilməzdi. Deməli, onun 


95
Kamilliyə doğru Wap.IXLAS.Az
insan qüdrətindən üstün və bir mənbədən ilham alması mə

lum olur və həmin mənbə, doğrudan da Allahdır. Bu məktəb 
bütün məktəblərdən üstündür və onun düzgün dəyəri başqa məktəblərlə müqayisə ediləndə, daha yaxşı mə

lum olur və 
aydınlaşır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə