|
![](/i/favi32.png) MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanHər ke agəhtər bovəd canəş qəvistKamil insanHər ke agəhtər bovəd canəş qəvist.
O, bu şe
᾽
rdə deyir ki, ruh agahlıq deməkdir və kimin agahlığı çoxdursa onun ruhu da güclüdür. İnsan ruhunun
heyvan ruhundan güclü olmasının səbəbi onun daha çox agah olmasına görədir. O, şe
᾽
rin davamında mətləbi yavaş-
yavaş dəqiqləşdirdikdən sonra deyir ki, insan Allahından xəbərdar olanda özündən də xəbərdar və agah olur!
Buna görə də onların, hər bir bağlılığı azadlığa zidd təsəvvür etmələrinə cavab olaraq demək lazımdır: Bəli, Allaha
bağlılıqdan başqa hər bir bağlılıq azadlığa ziddir. Amma Allaha bağlılıq belə deyil, çünki o, insanın özünə – kamil
«öz»ə – bağlılığıdır və azadlıq Allaha bağlılıqdan başqa heç bir şeylə yaranmır. Deməli, ilahi şüur və agahlıq insanın
özündən daha çox agah olmasına səbəb olur və insan ibadətdə və təklikdə Allahın zikrində nə qədər çox qərq olarsa,
onun Allaha olan diqqəti çoxalacaq və nəticədə özünü daha yaxşı tanıyacaq.
Bə
᾽
zi böyük şəxsiyyətlər irfani agahlığa bu yollarla çatıblar. Təqribən əlli il bundan əvvəl Nəcəfi-əşrəfin böyük
müctəhid və alimlərindən olan mərhum Hüseynqulu Həmədaninin şagirdi Mirzə Cavad ağa Məliki Təbrizidən bir
neçə kitab yadigar qalıb. O, bu kitabların birində bir neçə müqəddimə gətirməklə insanın «özündən agahlığını» izah
edərkən «irfani agahlıq» mərhələsinə, yə
᾽
ni insanın özünü tanıyaraq dərk etməsi bəhsinə çatanda deyir: Mən «özündən
agahlıq» hissinə ilk dəfə yuxuda nail olan və həmin hissi oyaq olandan sonra da davam etdirən bir şəxs tanıyıram. Sonra
isə həmin mətləbi öz kitabında müəyyən formalarla izah edir. özündən agahlığın bu həqiqi forması ilahi agahlıqdan
yaranmadır və o, həqiqi ibadətdən başqa heç nə ilə əldə edilmir. Psixoloq min il də tədqiqat aparsa bu həqiqi özündən
agahlığa çata bilməz.
Əli (ə)-ın çox heyrətləndirici bir cümləsi var. O həzrət buyurur:
«Mən, bir şey itirəndə həmişə onun dalınca gəzən,
Dostları ilə paylaş: |
|
|