MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


amma özünü itirməsinə baxmayarq onu axtarmayan şəxsə təəccüb edirəm!»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə153/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   150   151   152   153   154   155   156   157   158
Kamil insan

amma özünü itirməsinə baxmayarq onu axtarmayan şəxsə təəccüb edirəm!» 
O, nə üçün özünü axtarmır? Ey insan! 
Sən özünü itirdiyini bilmirsən? Get, özünü tap; bu sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir.
BİR NEÇƏ İRADA CAVAB
Eksistansialistlərin «Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur» sözlərinin cavabında demək 
lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma «öz» və kamilliyin eyni 
olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik 
məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri 
artır, ictimai xislətləri, izzət və kəramətləri güclənir; çünki bütün bunlar Haqqın zati təzahürləridir.
Onların «Allaha bağlılıq insanın hərəkətdən qalması və ətalətə düçar olmasına səbəb olur» iddiaları da səhvdir. 
Onlar elə bilirlər ki, Allah da ağac kimidir və kiminsə Allaha bağlanması, onun məhdud varlığa bağlanması kimidir və 
o, hərəkət edə bilməz. Cənab eksistansialist! Allah sonsuz həqiqətdir. Məsələn, bir də görürsən ki, insanı yüz ağac eni 
və uzunu olan yerdə həbs edirlər və bu, insan üçün məhdudiyyət yaradır. Çünki insan deyir ki, mən həmin ərazini gəzib-
dolaşdım və onun axırı məhduddur. Amma insanı sonsuz ərazidə həbs etmək onun üçün məhdudiyyət yaratmaq deyil. 
Sonsuz ərazidə dayanacaq nöqtə yoxdur. Bunun mə

nası odur ki, ey insan! Sən sonsuzluğa doğru hərəkət edəndə də 


93
Kamilliyə doğru Wap.IXLAS.Az
kamala doğru gedirsən, Allah-taala elə bir məhdudiyyətsiz varlıqdır ki, bəşəriyyətin ən kamil insanı həzrət Peyğəmbər 
(s) belə, əbədi olaraq irəliləsə və hərəkətdə olsa sona çatmaz. Allah sonu olan məhud varlıq deyil və O, bəşəriyyətin 
yeganə sonsuz tərəqqi meydanıdır.
Salavat barəsində alimlər arasında belə bir söhbət var ki, bizim Peyğəmbərə (s) salavat göndərməyimizin mə

nası 
nədir və onun nə tə

siri var ki, biz Allahdan Peyğəmbər üçün rəhmət və xeyir istəyirik? Bir dəstə deyir ki, Peyğəmbər 
kamil insandır, bəs bizim ona rəhmət istəməyimizin mə

nası nədir? Bu sualın cavabında deyilir ki, Peyğəmbər də hər 
an hərəkətdədir və o, əbədi olaraq getsə də bu yol sona çatmayacaq. Deməli ilahi Zata bağlılıq insan hərəkətinin ətalətə 
çevrilməsinə səbəb olmur.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə