MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Nəfsini [ruhunu] bütün alçaqlıqlardan üstün tut – səni istəklərə çəksə də, çünki nəfsini alçaltmağın əvəzində



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə156/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   150   151   152   153   154   155   156   157   158
Kamil insan

«Nəfsini [ruhunu] bütün alçaqlıqlardan üstün tut – səni istəklərə çəksə də, çünki nəfsini alçaltmağın əvəzində 
ondan üstün və uca bir şey tapa bilməzsən, ancaq özünü zəlil edərsən.» 
Əli (ə) gördüyünüz kimi, «nəfs və ruhunu 
giriftar etmə» deyil, «nəfsini bütün alçaqlıqlardan üstün tut» deyir, yə

ni özünə hörmətlə yanaş və özünü alçalmaqdan 
və zəlilliklərdən qoru! Qur

anın buyurduğu kimi, ən böyük uduzmaq insanın özünü uduzmasıdır. Əli (ə) burada həmin 


naya toxunaraq deyib ki, əldən verilən və satılan hər şey üçün qiymət qoymaq mümkündür; əldə olan hər bir 
şeyi satmaq və əvəzində ona bərabər pul almaq olar; amma sənin bir şeyin var ki, onu satsan bütün dünyada onun 
bərabəri olan bir şey tapmazsan və o, sən özünsən, yə

ni həmin nəfs və ruhun qiymətsizdir və ona qiymət tə

yin etmək 
qeyri-mümkündür. Əgər sənə ruh və nəfsini satmaq əvəzində bütün dünyanı və onda olanları versələr, yenə azdır və 
uduzmusan; ona bərabər, onun qiymət və dəyərini ödəyəcək heç nə tapmaq olmaz. «Çünki nəfsini alçaltmağın əvəzində 
ondan üstün və uca bir şey tapa bilməzsən!»
O həzrətin nəvələrindən olmuş imam Cə

fər Sadiq (ə) da belə buyurub: 
«Mənim ruh, can və «öz»ümlə bərabərlik 
edə bilən yalnız bir şey var və o, Allahdır. Nəfs və ruhu Allaha sataraq Allahı götürmək mümkündür; amma ondan 
başqa dünyanın bütün varlıqları arasında, müqəddəs ruhlar aləmi, dünya və axirətdə nəfsə dəyər tapmaq olmaz.»
Əli (ə) həmin məktubunda belə buyurur: 
«Oğlum, heç vaxt başqasına qul olma, çünki Allah səni azad yaradıb.»
Sizə Nəhcül-bəlağədən başqa bir ibarət nəql edərək söhbətimi sona çatdırmaq istəyirəm. O həzrət söhbətlərinin 
birində ibadətləri bir-biri ilə müqayisə edərək belə buyurur: «Allaha ibadət edən insanlar üç dəstədirlər: – Bə

ziləri 
qorxudan ibadət edirlər; çünki cəhənnəm və əzabın olmasını eşidiblər. Bunlar Allahın onlara əzab verməməsi üçün Ona 
ibadət edirlər. Bu qulların ibadətdir. (Bu cür ibadət edənlər qul sifətlilərdirlər ki, onlar ağalarının qorxusundan işləyirlər 
və bunun digər bir dəyəri yoxdur.)


ziləri isə Allaha behişt tamahı ilə ibadət edirlər. Çünki bunlar da Allahın, ağacları altından çaylar axan, hurilər olan 
behiştinin olmasını eşidiblər və bilirlər ki, Allah həmin behiştləri ibadət edənlərə verəcək. Onların yadına behiştdəki 
toyuq əti, zümrüd, lə

l-cəvahir və hurilər düşən kimi ibadət etməyə başlayırlar ki, həmin şeylər bunlara da qismət olsun. 
Bu da tacirlərin ibadətdir; çünki tacir çoxlu pul və mənfəət əldə etmək üçün işləyir.
Amma başqa bir qrup Allaha yalnız şükr etmək üçün ibadət edir. Onlar ibadəti nə behişt tamahına görə və nə də 
cəhənnəm qorxusundan edirlər. Xeyr, onlar yalnız və yalnız Allahı görür və Onu nəzərdə tuturlar.»
İnsanın insani sifətlərindən biri də təşəkkürdür. İnsanın vicdanı hətta behişt və cəhənnəm olmasa belə, Allaha şükr 
etməyin zəruriliyini hökm edir. Vicdan ibadətin vacibliyini bildirir.
Məgər Peyğəmbərin (s) mübarək ayaqları çox ibadət etməkdən şişməmişdimi? O həzrətə deyirlər: Ey Allahın 
peyğəmbəri! «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq» ayəsi ki, sizin barənizdədir, nə üçün bu qədər 
ibadət edirsiniz? O həzrət buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə