BU MƏKTƏBİN İNSANIN ALLAHLA ƏLAQƏSİ BARƏSİNDƏKİ SƏHVİ Cənab Sarter! Allah iki səbəbə görə insana yad deyil. Birincisi, insanın Allaha bağlılığı onun, öz zatına zidd və yad
bir şeyə bağlılığı deyil və buna görə də insan Allaha bağlananda özünü unutmur. Çünki o, Allahı yadına salır. İslam
fəlsəfəsində hər bir şeyin yaradıcı və vücuda gətirən amil və səbəbinin və hər bir şeyin zatının dayağının, yə
᾽
ni şeyin
dayağı olan yaradıcı səbəbin həmin şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan və sübut edilib.
Qur
᾽
an buyurur ki,
«Biz sizə sizin özünüzdən də yaxınıq. Bizim sizə olan yaxınlığımız sizin özünüzə olan agahlığınızdan çoxdur və bizim zatımız sizə, sizin özünüzdən də yaxındır.» Qur
᾽
anın bu ifadəsi doğrudan da çox
maraqlıdır. Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Qur
᾽
an deyir ki, Allah hər bir şeyə onun özündən
də yaxındır, çünki, Allah hər bir şeyə onun özündən daha çox «öz»dür. Əlbəttə bu çox ali səviyyəli bir sözdür.
Əli (ə) buyurub:
«Allah şeylərdən xaricdə və onlardan ayrı deyil, amma eyni zamanda onların daxilində də deyil.» Bu Nəhcül-bəlağənin istinad etdiyi mətləblərdən biridir.
İkincisi, Qur
᾽
anın insanın Allaha bağlı olmasını deməsinin səbəbi onun, Allahı insan hərəkətinin son nöqtəsi hesab
etməsidir və o, insan yolunun ona tərəf getməsini bildirir. Deməli, insanın Allaha üz tutması, onun öz kamalına diqqətidir,
yə
᾽
ni bu, həmin gül toxumunun öz kamilliyinin son nöqtəsinə diqqəti kimidir. İnsanın Allaha tərəf getməsi onun özünə
tərəf, yə
᾽
ni naqis «öz»ündən kamil «öz»ünə doğru getməsidir.
Deməli, Allahı da digər şeylərlə müqayisə edən və insanın Allaha tərəf getməsini onun özünü unutması və hərəkətdən
qalması hesab edən şəxs səhvə düçar olub.
İNSANIN «öZ»ÜNDƏN VƏ «ALLAH»DAN AGAHLIĞI Allah insana o qədər yaxındır ki, insanın Ondan agahlığı, eyni ilə özündən agah olmasıdır və insan Allahdan
xəbərdar olanda özündən xəbərdar ola bilər. Kiminsə «öz»ündən xəbərdar olaraq Allahdan xəbərsiz və qafil olması
92
Kamilliyə doğru Wap.IXLAS.Az
qeyri-mümkündür. Qur
᾽
an buyurur: