Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Ailələrlə səmərəli əməkdaşlığın təşkili



Yüklə 0,55 Mb.
səhifə73/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   69   70   71   72   73   74   75   76   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Ailələrlə səmərəli əməkdaşlığın təşkili
Uşaq bağçasının ən vacib məqsədi uşağa həmyaşıdları ilə ünsiyyət qurmaq və oynamaq imkanı verməkdir. Uşaq bağçası sizin evinizi nə qədər çox yansıdarsa o qədər yaxşıdır, ancaq hesab etməyin ki, o, ailəni əvəz edəcək- düzəlməz səhvə yol verməyin ".
Alan Fromm ("Valideynlər üçün Əlifba" kitabından»)
Valideynin rolu xüsusi və çox məsuliyyətlidir. Bu rol (əsasən ailə və cəmiyyət tərəfindən müəyyən edilir) insana başqa bir insanın – onun uşağının həyatı və rifahı üçün böyük məsuliyyət qoyur. Həyatın ilk günlərindən etibarən uşaq ətrafdakı gerçəkliyi öyrənməyə başlayır və bu inkişafa ən böyük təsir göstərən valideynlərdir.
Ailə şəraitində idrak inkişafı kifayət qədər həyata keçirilmir. Bu, valideynlərin öz uşaqları ilə ünsiyyət qurma bacarığının olmaması, uşağın idrak inkişafı prosesləri barədə biliklərin olmaması ilə daha da dərinləşir. Buna görə də uşağın tam idrak inkişafı pedaqoqların və valideynlərin səylərinin birləşdirilməsi, qarşılıqlı fəaliyyət və əməkdaşlıq, vahid proqram üzrə hərəkətlərin əlaqələndirilməsi, ümumi vəzifələrin yerinə yetirilməsi, qarşılıqlı mübadilə kimi nəzərdən keçirilir.
"Ailə - məktəbəqədər müəssisə" kontekstində əsas məqam - müəllim və valideynlərin birlikdə çətinliklər, sevinclər, uğurlar və uğursuzluqlar, konkret uşağın ailədə və məktəbəqədər təhsil müəssisəsində tərbiyə olunması prosesində qarşılıqlı əlaqəsidir. Uşağın başa düşülməsində, fərdi problemlərinin həllində, inkişafının optimallaşdırılmasında ailə və müəssisənin birgə işi əvəzsizdir.
Etibarlı münasibətlərin qurulmasının ilkin mərhələsində uşaqların ailələri haqqında mümkün qədər çox məlumat əldə etmək lazımdır: ənənələr, şərait, həvəslər, uşaq haqqında məlumat.
Nə üçün valideynlərin təhsil prosesində iştirakı vacibdir?
Valideynlərin və ailələrin təhsildə iştirakı proqramın mühüm üstünlüyüdür. Ailəni hər bir uşağın təhsilinin əhəmiyyətli bir hissəsi etmək üçün tərbiyəçi-müəllimlər:

  • Valideynlərə və ailəyə təhsil prosesində tərəfdaş kimi baxırlar;

  • Mütəmadi olaraq onlarla ünsiyyət qurular;

  • Evdə öyrənmə prosesini dəstəkləməyə kömək edirlər.

Valideyn və müəssisənin əlaqəsini yaradarkən tərbiyəçi –müəllim bir çox qaydalara riayyət etməlidir. Prosesi təşkil edərkən tərbiyəçi-müəllimlər öyrənmə prosesinin bir hissəsinə çevrilir:

  • Valideynləri təşviq edərkən və məlumatlandırdıqda (Şəkil 5);

  • Valideynlər uşaqları gətirdikləri və götürdükləri zaman salamlayırlar;

  • Valideynlərdən məlumat əldə etməyə çalışırlar;

  • Ev və uşaq bağçası arasında ünsiyyəti dəstəkləyirlər;

  • Uşaq bağçası işlərinə valideynlərin iştirakını təşviq edirlər;

  • Valideynləri uşaqların tərbiyəsi və inkişafı haqqında məlumatla təmin edirlər;

  • Uşaqların təlimini dəstəkləmək üçün valideynlər tərəfindən evdə istifadə üçün materiallar və resurslar təmin edir.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə