Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Mövzu № 13. Uşaq bağçalarında ailələrlə işin təşkili



Yüklə 0,55 Mb.
səhifə72/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   68   69   70   71   72   73   74   75   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Mövzu № 13. Uşaq bağçalarında ailələrlə işin təşkili


Ailənin funksiyaları, tipləri və quruluşu
Ailənin özünəməxsus funksiyaları vardır. Funksiya (funtio-latın sözüdür) mənası icra, fəaliyyət deməkdir. Ailənin funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Bu baxımdan onun aşağıdakı funksiyalarını fərqləndirmək olar: reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici və s.
Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. Ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin müxtəlif tələbatı (şəxsi və ümumailə, yəni qrup) ilə yanaşı cəmiyyətin bir sıra mühüm tələbatını- əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. Ailənin funksiyaları məhz buradan irəli gəlir. Ailənin funksiyaları ictimai-tarixi xarakter daşıyır.
Ailənin sadə və mürəkkəb olmaqla iki başlıca tipi vardır. Demoqrafların qənaətincə, hazırda ən geniş yayılmış ailə tipi nuklear ailə sayılır.
Nuklear ailə sadə ailədir. Nuklear latınca nus-leus nüvə deməkdir. O, iki nəsildən – ata-ana və uşaqlardan ibarət olur. Əgər uşaqlardan hər hansı biri evlənirsə (ərə gedirsə) və valideynləri ilə birlikdə yaşayırsa, bu vaxt ailənin tipi dəyişir, nuklear ailə mürəkkəb ailəyə çevrilir.
Mürəkkəb ailə üç və yaxud daha çox nəsildən - baba-nənə, ata-ana və uşaqlardan ibarətdir.
"Passiv valideyn" – daxili mövqeyə uyğundur "Sən pedaqoqsan, uşağı müşahidə
edirsən, bu sənin işindir və mənə ehtiyac yoxdur”.
Problemlərdən qaçan - Mütəxəssislər (psixoloqlar, həkimlər, tərbiyəçilər) uşağın vəziyyəti ilə bağlı xüsusi klinikalara müraciət etməyi məsləhət görsələr belə valideyn onunla və onun uşağı ilə bağlı hər şeyin qaydasında olduğunu düşünür. Bu cür valideyn bəzi hallarda uşaq üçün kömək edə biləcək çox vacib tibbi məlumatları mütəxəssislərdən gizlədir.
Narazı valideyn - tərbiyəçilərin öz uşağına münasibətdə hərəkətlərini daim tənqid edən, bəzən yuxarı instansiyalarda araşdırma tələb edən valideyndir. (şəkil 1).
Təkəbbürlü intellektual - tərbiyəçinin, mütəxəssisin rəyindən öz fikrini hesab daha vacib hesab edən valideyndir. O, tərbiyəçiyə mənfi təsir göstərir, açıq münaqişəyə gedir, uşağa dair lazımi tövsiyələri yerinə yetirmir. Belə hallarda valideynlə daha rəsmi şəraitin yaradılması ilə neytrallaşdırıla bilər, bu zaman tövsiyələr verən mütəxəssisin əhəmiyyəti və rolu daha aydın olur.

  • Valideyn liderdir - valideynlər təhsil prosesində iştirak edə biləcək liderlərdir, uşaq müəssisəsinin hər hansı bir işinin dəyərini görürlər.

  • “Valideyn icraçıdır” - valideynlər əhəmiyyətli motivasiya şəraitində iştirak edən icraçılardır.

  • Valideynlər kritik müşahidəçilərdir –maraqlanan, lakin mütəxəssislərin köməyi ilə problemləri həll etmək istəyən.

Bütün bunlar tərbiyəçiyə birgə tədbirlərin keçirilməsi zamanı valideynlərə fərqli yanaşma tapmağa kömək edəcək.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə