|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirBiliyin hərtətərfli verilməsinin təmin edilməsi
|
səhifə | 58/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isi1. Biliyin hərtətərfli verilməsinin təmin edilməsi. Tərbiyəçinin nitqi elə səviyyədə olmalıdır ki, o verilən biliyin uşaqlər tərəfindən möhkəm mənimsənilməsinə və onların yaddaşında qalmasına səbəb olsun. Buna görə də Tərbiyəçinin nitqi maraqlı, məntiqli və inandırıcı olmalıdır.
Elmi araşdırmalar sübut edir ki, verilən biliyin uşaqlərin yaddaşında uzun müddət qalmasının başlıca amillərindən biri də Tərbiyəçinin nitqinin mükəmməl olmasıdır. Nitqin emosionallığı, intonasiyası, ritmik olması, sözlərin aydın tələffüzü və s. bu baxımdan xüsusi qeyd edilməlidir. Tərbiyəçinin nitqi təkcə informasiya xarakteri daşımamalıdır. O, uşaqlərin idrakına, şüuruna, hisslərinə təsir edəcək bir səviyyədə, onları düşünməyə, axtarışa sövq edən şəkildə qurulmalı və onlarda idraki motivlərin yaranmasına səbəb olmalıdır.
2. Uşaqlərin tədris fəaliyyətinin səmərəliliyinin təmin edilməsi. Tərbiyəçinin nitqi hər şeydən öncə tədris fəaliyyətinin səmərəliliyinə xidmət etməlidir. Bunun üçün nitqin sürəti, tonu və həcmi üzrə müəyyən həddin olması vacibdir. Tədqiqatlar göstərir ki, əgər Tərbiyəçinin nitqi orta sürət olarsa, uşaqlər verilmiş informasiyaların 14,2%-ni, iti sürət olarsa, 42,8%-ni, nisbətən yavaşıldılmış sürət olarsa, onda 70%-ni qəbul edə bilirlər.4 Bu, onu göstərir ki, uşaqlar onların zehni fəaliyyətlərindən fərqli gedən daha sürətli məlumatı keyfiyyətli şəkildə qəbul edə bilmirlər.
Tədqiqatlar göstərir ki, Tərbiyəçi nitqində düzgün intonasiya seçmədikdə və sözlərdə məntiqi vurğunu düzgün işlətmədikdə, eyni tərzdə danışdıqda da uşaqlər onun verdiyi informasiyaları bütövlükdə qavraya bilmirlər.
Tərbiyəçinin davranışının və Tərbiyəçi-uşaq münasibətlərinin kommunikativ tərzdə olması da nitqin düzgün qavranılmasında mühüm rol oynayır. Uşaqlərə humanist yanaşma, onlarda öz güclərinə inam yaratma, bunun üçün inandırıcı nitqdən istifadə etmə onlarda təlim maraqlarının inkişaf etdirilməsinə səbəb olur.
3. Tərbiyəçilə uşaqlər arasında məhsuldar, səmərəli qarşılıqlı münasibətlərin təmin edilməsi. Nitqin bu funksiyası olduqca mühüm rol oynayır. Tərbiyəçi və uşaqlər arasında normal münasibətlərin yaradılmasına xidmət edən bu funksiya nitqin tərbiyəlilik funksiyası kimi özünü göstərir və təlim-tərbiyə proseslərində özünün imkanlarını reallaşdıra bilir.
V.A.Suxomlinski yazırdı: “Sözə, onun çalarlarının zənginliyinə həssaslıq nə qədər incə olarsa, əxlaqi nəsihətlərə, yeniyetmələrin mənəvi aləminə ən incə təsir vasitələrinə – tərbiyəçinin sözünə və insanın bütün gözəlliyinə gənc qəlbin həssaslığı bir o qədər dərin olar”.5
Tərbiyəçinin nitqi Tərbiyəçilə uşaqlər arasında münasibətlərin tənzimləyicisi kimi özünü göstərir. Burada Tərbiyəçinin uşaqlərə müraciət forması, tələblərini hansı formada verməsi, necə irad tutması, intonasiyalardan necə istifadə etməsi, jestlərə, mimika ilə nitqini necə uzlaşdıra bilməsi və s. xüsusiyyətlər mühüm rol oynayır.
Bu prosesdə Tərbiyəçinin fərdi üslubu da az rol oynamır. Hər bir Tərbiyəçi öz fərdi üslubu ilə seçildiyi kimi nitqin bu funksiyasının reallaşmasında da özünün fərdi üslubunu göstərə bilir. Burada Tərbiyəçinin hansı: avtoritar, avtokratik, demoktarik və liberal ünsiyyət tərzlərinə–üslubuna malik olmasından asılı olaraq nitqinin funksiyası da müxtəlif cür ola bilir.
Təcrübə göstərir ki, Tərbiyəçinin demokratik xarakterdə olması onun nitqinin kommunikativ təsirini artırır. Tərbiyəçi uşaqlərə hörmətlə yanaşdıqda, onun tələbi və tələbkarlığı hörmətlə əlaqəli olduqda uşaqlər onun tələblərini sözsüz yerinə yetirirlər. Lakin burada şəraitin rolunu da nəzərdən qaçırmaq olmaz. Konkret şəraitdən asılı olaraq nitq ciddi, şən, ironiyalı, avtoritar və yumşaq ola bilər. Lakin bunların hamısında uşaq şəxsiyyətinə hörmət gözlənildikdə nitqin təsirliliyi daha da güclü olur.
Dostları ilə paylaş: |
|
|