|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 54/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiFərdi forma bilavasitə ayrı-ayrı uşaqlərlə ünsiyyətə girmək, onunla açıq, səmimi və işgüzar münasibət yaratmaqdır. Bu formada qruprəhbərinin söhbət, müsahibə, fikir mübadiləsi, problemin həlli yollarının axtarılması, fərdi konkret yardım göstərilməsi və s. metodlardan istifadə etməklə uşaqi öyrənmək, onun qabiliyyət və istedadını üzə çıxarmaq, xarakterində olan müsbət və mənfi cəhətlərin nələrdən ibarət olduğunu aşkarlamaq və təsir vasitələrini müəyyənləşdirmək üçün geniş imkanları vardır. Əsas məsələ qruprəhbərinin bir tərbiyəçi kimi yüksək pedaqoji məharətə, ustalığa malik olmasıdır.
Qruprəhbəri ünsiyyətin elə üslublarını seçməyi bacarmalıdır ki, yeniyetmə və gənc onun sözlərinin səmimiliyinə, xeyirxahlığına inana bilsin, öz arzu və narahatlığını ondan gizlətməsin. Məhz belə olduqda qruprəhbərinin təsir imkanları çoxalır və apardığı işlər mühüm səmərə və fayda verə bilir. Qrup formalı işlərin aparılmasında qruprəhbərinin əsas vəzifəsi uşaqlar arasında humanistlik, qarşılıqlı yardım, ünsiyyət bacarığı və vərdişlərinin inkişaf etdirilməsi və formalaşdırılmasından ibarətdir. Belə işlərə qrupfəalları ilə aparılan seminarları, qrupdə olan kiçik yaradıcılıq qrupları ilə işi, özünüidarə orqanları ilə aparılan işləri və s. görtərmək olar. Burada da əsas diqqət kiçik qruplarda ünsiyyət vərdişlərinin yaradılmasına, qruplararası münasibətlərin formalaşdırılmasına, fərdi, qrup və kollektivdə aparılan işlərin koordinasiya edilməsinə verilməlidir. Bu da qruprəhbərlərindən yaradıcı təfəkkür, tərbiyəçilik məharəti və təşkilatçılıq bacarığı tələb edir.
Kollektiv formalı işlərin təşkili və aparılması qruprəhbərinin fəaliyyətində mühüm yer tutan formadır. Bu işlərə müxtəlif tərbiyəvi söhbətlərin aparılması, qrupsaatının, bayramların, ekskursiyaların təşkili, müsabiqələrin keçirilməsi, yürüşlər, yarışlar, toplantıların təşkili və aparılması və s. kimi tədbirlər daxildir. Bu tədbirlərin təşkili və aparılmasında qruprəhbəri müxtəlif rolları və funksiyaları – təşkilatçı, məsləhətçi, aparıcı, iştirakçı və s. ifa edir, kollektivdaxili münasibətlərin yaxşılaşdırılması, kollektivin möhkəmlənməsi, uşaqlarda dostluq, yoldaşlıq, qarşılıqlı yardım, vətənpərvərlik, vətəndaşlıq, əməksevərlik keyfiyyətlərinin formalaşdırılmasına nail olur. Bu tədbirlərdə kollektivin möhkəmləndirilməsi ideyasının gözlənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Qruprəhbəri geniş və rəngarəng iş formalarından istifadə etməklə uşaqlərə həm şəxsi nümunəsi ilə, həm də apardığı işlərin tərbiyəvi funksiyalarının reallaşdırılması ilə tərbiyəvi təsir göstərir. Bu baxımdan həm ayrı-ayrı fərdlərin, həm də ümumilikdə kollektivin tərbiyəçilik səviyyəsinin yüksəlməsində qruprəhbəri əsas simalardan biri kimi fəaliyyət göstərir.
Qruprəhbərinin öz pedaqoji funksiyasını reallaşdırmasının əsas istiqamətlərindən biri onun rəhbəri olduğu qrupdə məşğələ aparan Tərbiyəçilərlə, digər tərəfdən isə valideynlərlə apardığı işlərin məqsədyönlü və məzmunlu olmasıdır.
Qruprəhbəri rəhbəri olduğu qrupdə uşaqlərin təlim müvəffəqiyyətini təmin etmək üçün Tərbiyəçilərlə əməkdaşlıq edir, onlarla birgə fəaliyyət göstərir. Tərbiyəçilərlə fikir mübadiləsi edir, metodlar axtarır və onlarla məsləhətləşmələr aparır. O, həmçinin uşaqlərin ev tapşırıqlarının tənzimlənməsi üçün Tərbiyəçilərlə yaxından əlaqə saxlayır. Uşaqlərin təlim müvəffəqiyyətini izləmək üçün dərslərdə iştirak edir.
Qruprəhbəri valideynlərin yaxın məsləhətçisi, Tərbiyəçilərlə valideynlərin münasibətlərinin tənzimləyicisidir. O, valideynlərlə müntəzəm əlaqə saxlayaraq uşaqlərin bağça həyatı, uğurları, nöqsanları, bacarıq və maraq dairələri ilə bağlı onları məlumatlandırır, uşaqların təlim-tərbiyəsində ailənin fəaliyyət istiqamətləri və formaları haqqında onlarla qarşılıqlı fəaliyyət göstərir. Yaranmış problemlərin həllində valideynlərin gücündən istifadə edir.
Beləliklə, qruprəhbəri həm təşkilatçı, həm tərbiyəçi, həm də uşaqların dostu, məsləhətçisi kimi rəhbəri olduğu qrupdə bütün təlim-tərbiyə vəzifələrinin həllində mühüm rol oynayır.
Dostları ilə paylaş: |
|
|