Tərbiyəçi-uşaq, tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasının yolları və vasitələri
“Can” denməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər,
“Çor” deməyin nəfi nədir dünyada,
Abad könül yıxar, peşiman eylər.
Aşıq Ələsgər
Şəxsiyyətin inkişafında və formalaşmasında fəaliyyət və ünsiyyət mühüm rol oynayır. İnsanlar ta qədim zamanlardan başlayaraq ətraf mühitə təsir göstərmiş, yəni fəaliyyətlə məşğul olmuşlar. İnkişaf həmişə fəaliyyətlə bağlı olmuşdur, yəni onlar bu prosesdə bir-birləri ilə qarşılıqlı münasibətdə, ünsiyyətdə olmuşlar. Deməli, insanların ətraf mühitə münasibəti fəaliyyəti, bir-birlərinə münasibəti isə ünsiyyəti yaratmışdır və bunlar bir-birləri ilə əlaqəli olmuşdur. Pedaqoji fəaliyyət də belədir.
Pedaqoji fəaliyyət pedaqoji ünsiyyətlə, Tərbiyəçi-uşaq münasibətləri ilə sıx vəhdətdədir. Başqa sözlə ifadə etsək, Tərbiyəçi-uşaq ünsiyyəti təlim-tərbiyə prosesində, pedaqoji fəaliyyətdə yaranır və formalaşır. Buna görə də Tərbiyəçi-uşaq ünsiyyətindən danışdıqda ilk növbədə bunun təlim-tərbiyə prosesində həyata keçirilməsi və reallaşması başa düşülür.
Psixoloji və pedaqoji ədəbiyyatlarda göstərildiyi və bağça təcrübəsindən göründüyü kimi, Tərbiyəçi-uşaq ünsiyyəti aşağıdakı proses və istiqamətlərdə özünü göstərir:
1. Təlim vəzifələrinin yerinə yetirilməsi vasitəsi kimi;
2. Tərbiyə prosesinin sosial-psixoloji cəhətdən təmin olunması kimi;
3. Təlim və tərbiyyənin müvəffəqiyyətini təmin edən Tərbiyəçi və uşaqin qarşılıqlı əlaqəsinin təşkili tərzi kimi.
Bunların hər birini ayrı-ayrılıəqda nəzərdən keçirək.
Təlim vəzifələrinin yerinə yetirilməsi prosesində Tərbiyəçi-uşaq ünsiyyəti
Pedaqoji prosesin əsasında təlim durur. Tərbiyəçinin də başlıca vəzifəsi onun təlim−öyrətmək vəzifəsidir. Bu prosesin həyata keçirilməsində Tərbiyəçinin ünsiyyət məharəti mühüm əhəmiyyət kəsb edir.
Təlim prosesinin üç mühüm vəzifəsi (funksiyası) vardır: təhsilləndirici (öyrədici), tərbiyələndirici və inkişafetdirici. Bu vəzifələrin hər birinin yerinə yetirilməsində Tərbiyəçi-uşaq ünsiyyəti özünəməxsus rol oynayır. Prof.M.Həmzəyev həmin vəzifələrin həyata keçirilməsi ilə əlaqədar pedaqoji ünsiyyətə verilən tələblərdən bəhs edərək yazır: “Təlimin öyrədici vəzifəsini həyata keçirərkən ünsiyyət aşağıdakıların təmin olunmasına şərait yaratmalıdır: uşaqlərlə real psixoloji təmasın təmin olunması; təlimin müsbət motivləşməsinin formalaşdırılması; kollektiv, idraki axtarıcılıq və birgə fikirləşmək üçün psixoloji şəraitin yaradılması.
Təlimin tərbiyələndirici vəzifəsini yerinə yetirərkən pedaqoji ünsiyyətin köməyi ilə tərbiyəvi və pedaqoji münasibətlər, Tərbiyəçilə uşaqlar arasında psixoloji təmas qaydaya salınır və bu təlimin müvəffəqiyyətinə əsaslı təsir göstərir; uşaqin idrak istiqaməti formalaşır; psixoloji maneələr aradan qaldırılır: uşaq kollektivində şəxsiyyətlərarası münasibətlər formalaşır.
Təlimin inkişafetdirici vəzifəsini həyata keçirərkən pedaqoji ünsiyyətin köməyi ilə şəxsiyyətin özünütəhsili və özünütərbiyəsi üçün psixoloji şərait yaradılmış olur”.
Buradan göründüyü kimi, təlim vəzifələrini həyata keçirən Tərbiyəçi pedaqoji ünsiyyətin məqsəd və vəzifələrini dərindən bilməli, ona yiyələnməli və ondan təlim müvəffəqiyyəti üçün istifadə etməyi bacarmalıdır.
Müşahidələr göstərir ki, pedaqoji ünsiyyətin xarakteri konkret pedaqoji situasiyalarla sıx əlaqədar olur. Pedaqoji situasiyalar müxtəlif olduğu kimi pedaqoji ünsiyyətin xarakteri də müxtəlif olur. Lakin təcrübə göstərir ki, Tərbiyəçi-uşaq ünsiyyətində heç də bütün Tərbiyəçilər yüksək müvəffəqiyyətlərə nail ola bilmirlər.
Dərslərin təhlili göstərir ki, hansı Tərbiyəçi ki, Tərbiyəçi-uşaq münasibətlərində qayğı ilə tələbkarlığı, tələblərində hörmətlə yanaşmağı, uşaqlərə qarşı humanistliyi yüksək mədəni rəftar və mədəniyyətlə birləşdirə bilirsə, onun dərslərində həmişə nəticələr yüksək olur. Onların qruplərində uşaqlər, demək olar ki, dərslərinə həmişə hazırdırlar. Onlar təlim prosesinə yüksək məsuliyyətlə yanaşır və yüksək qiymətlərlə oxuyurlar. Deməli, Tərbiyəçi-uşaq ünsiyyətinin səmərəliliyi təlim prosesinin səmərəliliyinə də təsirsiz qalmır, onu daha məzmunlu edir, səmərəliliyini və keyfiyyətini artırır.
Maraqlıdır ki, uşaqlərlə apardığımız söhbətlərdə, sorğularda onlar uşaqlərlə səmimi ünsiyyət yarada bilən, uşaq şəxsiyyətinə hörmətlə yanaşan Tərbiyəçilərini çox yüksək hörmət və məhəbbətlə xarakterizə etmiş və onları çox sevdiklərini bildirmişlər.
Təcrübə göstərir ki, Tərbiyəçi-uşaq ünsiyyəti pedaqoji prosesə mühüm təsir göstərir. Ünsiyyətin yüksək emosional fonda, işgüzar və səmimi formada təşkili Tərbiyəçinin verdiyi tələblərin fərqində də aydın görünür. Belə ki, birbaşa-bilavasitə tələblərin sayı getdikcə azalır, dolayısı yolla olan tələblər artır. Həmçinin mənfi tələblər azalır, müsbət tələblər çoxalır. Bu da qrupun daha canlı, daha fəal formada fəaliyyət göstərməsinə səbəb olur. Tərbiyəçilə uşaq arasında əməkdaşlıq münasibətləri geniş şəkil alır və möhkəmlənir.
Tərbiyəçi-uşaq ünsiyyətinin düzgün formalaşması təlim prosesinin müvəffəqiyyətli olmasına nə qədər müsbət təsir göstərirsə, onun düzgün qurulmaması da təlim prosesinə bir o qədər mənfi, əks təsir göstərir. Belə olduqda Tərbiyəçinin bir çox tələbləri yerinə yetirilməmiş qalır və qrupdə Tərbiyəçinin nüfuzu bir növ aşağı düşür. Eyni zamanda uşaqlər bir sıra mənfi vərdişlərə yiyələnir ki, onlar da təlim prosesinin keyfiyyətinə öz mənfi təsirini göstərir.
Müşahidə olunan nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar:
tez-tez dərsə gecikmək;
dərsə başlamaq üçün lazım olan məşğələ vəsaitlərinin vaxtında hazırlamaq;
əlləri qaldırmadan yerindən qışqırmaq;
ev tapşırıqlarını yerinə yetirməmək;
dərsdə başqa işlə məşğul olmaq, yoldaşı ilə söhbət etmək;
yoldaşdan köçürmək və ya ona demək;
səmimi olmamaq, Tərbiyəçiə qarşı diqqətsizlik və s.
Bütün bunlar onu göstərir ki, Tərbiyəçi-uşaq münasibətlərinin formalaşması üçün Tərbiyəçinin öz işinə, sözünə, tətbiq etdiyi iş metodikasına qarşı diqqətli olması çox vacibdir. Onun liberal iş tərzi, uşaqlərlə nəzakətsiz və ya həddindən artıq sərt rəftarı, verdiyi tələblərinin nəticəsini yoxlamaması və s. məsələlər təlim prosesinə öz mənfi nəticələrini göstərir. Buna görə də Tərbiyəçi uşaqlərlə səmimi, işgüzar münasibət yaratmalı və onu təlim vəzifələrinin həllinə yönəltməyi bacarmalıdır.
Təcrübə və tədqiqatlar göstərir ki, belə şərait və münasibət demokratik rəhbərlik üslubuna malik olan Tərbiyəçilərdə özünü daha çox göstərir. Uşaqlərin belə Tərbiyəçilərin dərsində özlərini necə aparmalarını professor Ə.Əlizadə aşağıdakı kimi xarakterizə edir:
a) uşaqlər Tərbiyəçilərlə və öz aralarında daha çox danışırlar. Bu söz-söhbətlərin ana xətti dərslə bağlı olur. Onlar Tərbiyəçiə suallar verirlər, aydın səslənməyən məsələləri açıqlayırlar, öz aralarında isə fikir mübadiləsi edirlər;
b) dərsə diqqətlə qulaq asırlar. Tərbiyəçi hər hansı bir məsələni izah edəndə gözlərini çox vaxt Tərbiyəçiə zilləyib ona baxırlar;
c) daha çox düşünürlər, götür-qoy edirlər, məsələlərin mahiyyətini aydınlaşdırmağa çalışırlar, mənalı yaddasaxlama vasitələrindən səmərəli istifadə edirlər;
ç) qrupdə həmişə özünəməxsus yaradıcılıq ovqatı əmələ gəlir. Uşaqlərin bir qayda olaraq gözləri gülür. Onlar dərsdə özlərini sərbəst hiss edirlər;
d) qrupdə konformist uşaqlərə, demək olar ki, təsadüf edilmir. Onlar öz fikirlərini, qənaətlərini açıq deməyi və prinsipial mövqe tutmağı öyrənirlər.
Buradan göründüyü kimi demokratik Tərbiyəçilərin dərsləri uşaqlərin işgüzar fəaliyyəti üçün zəngin baza olmaqla yanaşı, Tərbiyəçi-uşaq ünsiyyətinin yaranması, inkişafı və formalaşmasında da mühüm rol oynayır. Belə dərslərdə uşaqlər Tərbiyəçiə, Tərbiyəçilər də uşaqə təkcə “öyrədən-öyrənən” kimi yox, qarşı tərəflər, tərəf müqabillər kimi baxır və yaxından əməkdaşlıq edirlər. Belə dərslər diqqəti daha çox fikirləşmə, sual-cavab, təfəkkürün işləməsi ilə cəlb edir. Bu zaman nə müəl-limdə, nə də uşaqlərdə yorğunluq, əsəbilik, narazılıq hiss olunmur. Uşaqlər həvəslə, inamla Tərbiyəçinin növbəti gəlişini gözləyirlər.
Məşğələ Tərbiyəçinin yaradıcılığıdır. Tərbiyəçinin ona təkcə idraki baxımdan deyil, psixoloji cəhətdən də hazırlaşması, onun yüksək emosional səviyyədə tədrisinə nail olması bu yaradıcılığı daha da məzmunlu edir. Professor Yəhya Kərimov yazır: “Tərbiyəçi öz fənnini mükəmməl bilməklə, onun metodikasını öyrənməklə yanaşı, dərsdə uşaqlərin fəaliyyətini ustalıqla idarə etməyi, ciddi, lakin canlı, emosional öyrətməyi bacarmalıdır. Dərsə təbəssümlə girən, yeri gəldikcə ürəkdən gülməyi, uşaqları güldürməyi bacaran Tərbiyəçi hamının qəlbinə yol tapır. Tərbiyəçi çalışmalıdır ki, hər bir dərsdə uşaqların həyatına, mənəviyyatına yenilik, gümrahlıq gətirsin, onlar evə şən əhval-ruhiyyə ilə, yorğunluq hiss etmədən qayıtsınlar. Bir sözlə, uşağın həyatı evə qayıtdıqdan sonra deyil, dərsdə başlanmalıdır”.
Təcrübə göstərir ki, dərsin bu səviyyədə təşkili və keçilməsi Tərbiyəçi-uşaq ünsiyyətinə daha geniş yollar açır və ünsiyyətin səmərəliliyi üçün real şərait yaradır. Belə dərslərdə yüksək tələbkarlıq da var, yüksək hörmət də. Ona görə də Tərbiyəçi çalışmalıdır ki, onun ünsiyyəti, uşaqlərə qarşı tələbləri, göstərişləri, məşğələ zamanı işlətdiyi ifadələr, onlara müraciətləri, narazılıqları və s. hamısı özünə və uşaqlərə olan hörmət və ləyaqət hisslərindən nəinki kənar olmasın, hətta onların daha da artmasına, möhkəmlənməsinə kömək etsin. Onun uşaqlərlə ünsiyyəti uşaqlərin fəaliyyətinin daha da yaradıcı olmasına, onların bir qədər də fəal olmalarına təkan versin.
Dərsin səmərə və keyfiyyətinin yüksəlməsində Tərbiyəçinin uşaqlərlə düzgün ünsiyyət münasibətləri ən təsirli vasitələrdən biridir. Tərbiyəçinin ünsiyyət mədəniyyətinə malik olması, uşaqlərlə sıx ünsiyyət yarada bilməsi onun məşğələ prosesində işinin təsirliliyini, səmərəliliyini artırır və uşaqlərlə qarşılıqlı fəaliyyət, əməkdaşlıq üçün sərbəst şərait yaradır. Belə dərslərdə istər Tərbiyəçi, istərsə də uşaqlər üçün elə bir emosional rahatlıq yaranmış olur ki, burada iştirak etmək hər iki tərəf üçün xoş əhval-ruhiyyə yaradır.
Dərsdə pedaqoji ünsiyyətin yaradılması Tərbiyəçidən bir sıra bacarıqlar tələb edir. Bununla əlaqədar olaraq A.Polyakova aşağıdakı cəhətlərin əhəmiyyətli olduğunu qeyd edir:
uşaqların yaşını və marağını nəzərə almaqla tədris informasiyasını onlara müvafiq surətdə tərtib etmək və sinfə təqdim etmək metodu;
şəkillərdə verilən sualların xarakteri (ifadənin dəqiqliyi, şərhin aydınlığı və xeyirxahlıq), müxtəlif variantlı cavabların izahı;
dərsdə rolların (cavab vermək, kömək etmək, tamamlamaq, şərh etmək, suallar vermək və s.) uşaqlər arasında dəqiq bölüşdürülməsi;
uşaqin fikrinin nəzərə çarpdırılması (ondan nəticə çıxarmaq və ya onun əsasında ümumiləşdirmə aparmaqla uşaqin fikrini təkrar etmək);
tərif (sadəcə bəyənmək, izah etməklə səmərəli razılıq ifadəsi);
məzəmmət (qısa, dəlillər əsasında izahatlar).
Müşahidə etdiyimiz dərslər və qabaqcıl Tərbiyəçilərin təcrübəsi göstərir ki, dərsdə uşaqlərlə ünsiyyət yaradılması əvvəldən axıra qədər, yəni dərsin bütün mərhələlərində olmalıdır. Belə ki, Tərbiyəçinin sinfə necə daxil olması, onun üz-göz ifadəsi, qruplə salamlaşma tərzi, ayrı-ayrı uşaqlərə və bütün sinfə müraciəti, müraciət formaları, keçmiş dərsin sorğusu və ev tapşırıqlarının yoxlanması, uşaqlərin cavablarına münasibəti, verdiyi tələblərin xüsusiyyətləri, qrupdə işgüzar əhval-ruhiyyənin yaradılması, zəif uşaqlərə münasibəti və digər bir sıra hallar Tərbiyəçinin ünsiyyətinin necəliyi üçün olduqca vacib məsələlərdir. Bütün bu hallarda Tərbiyəçinin sadə və ciddi xarici görkəmi, xoş təsir bağışlayan ifadəli, gözəl, səlist və emosional nitqi, özünə və uşaqlərə qarşı tələbkarlığı, uşaq şəxsiyyətinə hörməti, onlara qarşı xeyirxahlığı və nəzakətliliyi və s. ünsiyyətin səmərəliliyini təmin edən başlıca şərtlər kimi özünü göstərir.
Dostları ilə paylaş: |