|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 50/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isi1-ci qrup: Özünü qiymətləndirməsi uşaqlərin onu qiymətləndirilməsinə uyğun gəlir. Bu Tərbiyəçilərdə demokratik ünsiyyət üslubu səciyyəvidir. Başqa sözlə desək, demokratik ünsiyyət üslubuna malik olan Tərbiyəçilərin özlərinə verdikləri qiymətlə uşaqlərin onlara verdikləri qiymətlər bir-birinə uyğun gəlir.
2-ci qrup: Tərbiyəçi ona verilən qiymətləndirməni düzgün proqnozlaşdırır. Belə Tərbiyəçilərin ünsiyyətində avtoritarlıq müşahidə olunur. Başqa cür desək, avtoritar ünsiyyət üslubuna malik olan Tərbiyəçilər uşaqlərin onlara verdikləri qiymətləndirməni düzgün proqnozlaşdıra bilirlər.
3-cü qrup: Bu Tərbiyəçilərin münasibətlərində liberallıq müşahidə olunur. Onlar üçün adekvat özünüqiymətləndirmə və qeyri-adekvat proqnoz səciyəvidir.
4-cü qrup: Bu qrup Tərbiyəçilərə qeyri-adekvat özünüqiymətləndirmə xasdır. Belə Tərbiyəçilər özləri haqqında rəyi uşaqlərdən öyrənmək istəyir, lakin onlarla ünsiyyət qurmağı bacarmır ki, bu da nəticədə münaqişələrin yaranmasına səbəb olur. Bu tip Tərbiyəçilərə avtoritar üslublu ünsiyyət səciyyəvidir.
5-ci qrup: Tərbiyəçilərin özləri haqqında təsəvvürləri uşaqların onlar haqqında rəyləri ilə üst-üstə düşmür. Bu da ünsiyyətdə çoxlu çətinliklər yaradır.
Pedaqoji ünsiyyətin yüksək səviyyədə təşkil edilməsi həmişə və hər zaman faydalıdır. Tərbiyəçi uşaqlərlə nə qədər mehriban, səmimi, dostluğa, mehribanlığa əsaslanan ünsiyyətdə olarsa, onun istər təlim, istərsə də tərbiyə prosesində əldə etdiyi nəticələr yüksək olar. Deyl Karneqinin “General motors” (ABŞ) şirkətində apardığı müşahidələr sübut etmişdir ki, əmək məhsuldarlığının cəmi 15%-i texniki biliklərin, 85%-i isə fəhlə ilə rəftarın, işçinin əhval-ruhiyyəsinin hesabınadır.
Hər bir Tərbiyəçi pedaqoji ünsiyyətin həm nəzəri, həm də praktik cəhətləri haqqında dərin biliyə malik olmalı və ünsiyyət mədəniyyətinə yiyələnməlidir. Tərbiyəçi və uşaq ünsiyyətinin yüksək səviyyədə təşkili pedaqoji prosesin təşkili nəticəsinə çevrilir və təlim-tərbiyənin səviyyəsini yüksəldir. Tərbiyəçinin uşaqlərə emosional, ağıllı təsiri, təlim-tərbiyənin inkişafının vasitəsi və üsulu kimi yüksək pedaqoji alət rolunda çıxış edir. Bu baxımdan da Tərbiyəçilərin pedaqoji ünsiyyət mədəniyyətinə yiyələnməsi olduqca faydalıdır. Bunun üçün hər bir Tərbiyəçi, ilk növbədə özünə, özünün daxili aləminə nəzər salmalı, özü-özünü dərk etməyi bacarmalıdır. Ünsiyyət üçün hansı şəxsi keyfiyyətləri vardır, hansı şəxsi keyfiyyətləri özündə görmək istəyir və s. Özünün şəxsi keyfiyyətlərini düzgün qiymətləndirən hər bir Tərbiyəçi ünsiyyət mədəniyyətinə yiyələnmək üçün hansı keyfiyyətlərin zəruri olduğunu da dərindən bilməli və bunu özündə tərbiyə etməyi bacarmalıdır.
Ünsiyyət mədəniyyətinə malik olmaq fitri, anadangəlmə bir qabiliyyət deyildir. Təcrübə göstərir ki, xarakterindən, temperament xüsusiyyətlərindən asılı olmayaraq Tərbiyəçilər buna yiyələnə bilər və yiyələnməlidirlər. Pedaqoji ustalığa yiyələnməyin bir yolu, bir vasitəsi də bu olduğundan ona yiyələnmək olduqca vacibdir.
Dostları ilə paylaş: |
|
|