1. Tərbiyəçinin ümumi peşə keyfiyyətləri: Yüksək mənəvi və əxlaqi keyfiyyətlər (məsələn: düzlük, doğruçuluq, səmimilik, saflıq, uşaqlara hörmət və məhəbbət, mehribanlıq), ümumi mədəniyyət, özünənəzarət, özünü ələ alma bacarığı, tələbkarlıq, pedaqoji incəsənət, məsuliyyətlilik, peşəsinə məhəbbət və s.
2. Tərbiyəçinin xüsusi peşə keyfiyyətləri: aydın və emosional nitq mədəniyyəti, ünsiyyət mədəniyyəti, peşəsinə maraq, aktyor talantına malik olmaq, pedaqoji texnika, psixoloji əql, təşkilatçılıq bacarığı və s.
3. Tərbiyəçinin spesifik peşə keyfiyyətləri: tədris etdiyi fənn üzrə həmin fənnə aid spesifik xüsusiyyətlər (məsələn: ibtidai qrupTərbiyəçii üçün aydın, səlist, intonasiyalı və emosional oxu və danışıq mədəniyyəti, şifahi hesablama vərdişi və s. ; dil-ədəbiyyat Tərbiyəçii üçün şifahi və yazılı nitq mədəniyyəti, bədii əsərləri təhlil edə bilmə bacarığı, qrupqarşısında intonasiyalı, aydın, obrazlı, ifadəli oxu və danışıq qabiliyyəti, fikirlərini obrazlı ifadə edə bilməsi və s.).3
Tərbiyəçinin pedaqoji ustalığında xüsusi yeri və rolu olan bu keyfiyyətlər hər bir Tərbiyəçi üçün zəruri və vacib keyfiyyətlərdir.
Mövzu № 10. Tərbiyəçi-uşaq ünsiyyəti və onun formalaşması yolları
“Ən ülvi cah-cəlal insanlar arasında səmimi ünsiyyətdir”.
A.S.Ekzüperi
Pedaqoji ünsiyyət təlim-tərbiyə prosesinin təsirli vasitələrindən biri olub uşaq şəxsiyyətinin formalaşmasında mühüm yer tutur. “Tərbiyəçi-uşaq cütlüyündə ünsiyyətin istənilən növü situasiyadan asılı olmayaraq tərbiyəvi xarakter daşıyır”.
Lakin bir məsələyə də xüsusi diqqət yetirmək lazım gəlir ki, Tərbiyəçi-uşaq ünsiyyəti o zaman daha yüksək nəticələrə səbəb olur ki, bu ünsiyyətin əsasında hörmət, humanist münasibət dayanmış olsun. Belə olduqda Tərbiyəçi-uşaq ünsiyyəti şəxsiyyətin formalaşdırılmasının alətinə, vasitəsinə çevrilə bilir. Bunu aparılmış bir sıra tədqiqatlar da sübut edir. Psixoloji tədqiqatların nəticələri göstərir ki, uşaqlarla ünsiyyətə girmək qabiliyyəti Tərbiyəçinin onlara məhəbbətinə əsaslanmalıdır. Respublikamızın görkəmli psixoloqu professor Ə.Əlizadə yazır: “Uşaqlər Tərbiyəçinin erudisiyasını yüksək qiymətləndirirlər. Bilikli Tərbiyəçii sayırlar. Ancaq onlar səmimi, xeyirxah, qılıqlı, həssas, qəlbini uşaqlara verən və onlarla söhbət etməyi bacaran, hətta qrupdənkənar vaxtlarda da onlarla həvəslə məşğul olan Tərbiyəçii sevirlər”.
Faktlar göstərir ki, uşağı sevməyən və ya sevə bilməyən Tərbiyəçinin onlarla ünsiyyəti də alınmır. Buna görə də pedaqoji ünsiyyət üçün Tərbiyəçidən xüsusi bacarıq və qabiliyyətlər tələb olunur. Belə bacarıq və qabiliyyətlərə malik olmadan Tərbiyəçi-uşaq ünsiyyətinin pedaqoji səmərəliliyi mümkün deyildir.
Tərbiyəçi-uşaq ünsiyyəti Tərbiyəçinin bu və digər bir sıra bacarıq və keyfiyyətlərə nə dərəcədə malik olmasından çox asılıdır. Tərbiyəçi özünün pedaqoji fəaliyyətində müxtəlif xarakterli, müxtəlif temperamentli uşaqlərlə qarşılaşdığından onların hər birinə fərdi yanaşma bacarığına yiyələnməlidir. Uşaqlərinin heç birinin diqqətdən kənarda qalmaması üçün onlarla “dil tapmağı” bacarmalıdır. Uşaqlərin hər birinin fərdi xüsusiyyətlərini öyrənməli, onlarla ünsiyyətə girə bilmək üçün “açar” tapmalıdır. Bu isə olduqca çətin və mürəkkəb iş olub, Tərbiyəçidən səbr, təmkin, yaradıcı axtarış və diaqnostik bilik tələb edir. Tərbiyəçi pedaqoji ünsiyyətin qayda-qanunlarını bilməli, kommunikativ bacarıqlara və kommunikativ mədəniyyətə malik olmalıdır.
Tərbiyəçi təkcə müxtəlif temperamentə və müxtəlif xüsusiyyətlərə malik uşaqlərlə işləmir. O həmçinin bir-birlərinə bənzəməyən valideynlərlə də qarşılıqlı münasibətdə olur. Onlarla iş aparır. Buna görə də Tərbiyəçi valideynlərlə pedaqoji ünsiyyətə girə bilmə bacarıqlarına da malik olmalıdır.
Pedaqoji ünsiyyətin yüksək keyfiyyətlərinə yiyələnən Tərbiyəçi bağçalilərlə xoş, mehriban münasibət yaratmağı, ünsiyyətə girməyi, onların təlim-tərbiyə fəaliyyətinə rəhbərlik etməyi bacarır və onun yüksək səviyyədə təşkil edilməsinə nail olur. Buna görə də Tərbiyəçinin uşaqlərlə ünsiyyət mədəniyyətinə yiyələnməsi, qarşılıqlı ünsiyyətin yüksək kommunikativ səviyyəsinə malik ola bilməsi pedaqoji fəaliyyətin səmərəliliyi üçün ən zəruri şərtlərdən və amillərdən birini təşkil edir.
Pedaqoji ünsiyyət sosial-psixoloji proses kimi aşağıdakı bir sıra funksiyalarla xarakterizə edilir: şəxsiyyəti dərk etmək, informasiya mübadiləsi, fəaliyyətin təşkili, rolların dəyişdirilməsi, başqalarının dərdinə şərik olmaq, özünütəsdiq.
Pedaqoji ünsiyyət zamanı bu funksiyaların həyata keçirilməsi Tərbiyəçinin qarşısındakı uşaqi haqqında ətraflı məlumatlara malik olmasına, onunla səmimi fikir mübadiləsi etməsinə, dialoqa girməsinə, uşaqlərin fəaliyyətini düzgün təşkil edə bilməsinə, uşaqlərin kollektivdə müxtəlif–həm icra etdirən, həm də icraçı kimi çıxış edə bilmələrinə, başqalarının dərdinə şərik ola bilmə hisslərinin formalaşmasına, nəhayət, özünütəsdiqə səbəb olur.
Pedaqoji ünsiyyət müəyyən quruluşa malik bir prosesdir. Pedaqoji ünsiyyət problemi üzrə bir sıra maraqlı və məzmunlu tədqiqatlar aparmış V.A.Kan-Kalik pedaqoji ünsiyyətin quruluşunu aşağıdakı kimi təsnif edir:
1. Qruplə qarşılıqlı ünsiyyətin Tərbiyəçi tərəfindən modelləşdirilməsi (proqnozlaşdırma mərhələsi).
2. İlkin qarşılıqlı təsir anında səmimi ünsiyyətin təşkili (kommunikativ hücum).
3. Pedaqoji prosesdə ünsiyyətin idarə edilməsi.
4. Qazanılmış ünsiyyət sisteminin təhlili və gələcək fəaliyyət üçün onun modelləşdirilməsi.
Tərbiyəçinin öz ünsiyyətini bu sistem üzrə qura bilməsi Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasında mühüm təsir gücünə malik ünsiyyət mədəniyyətinin yaranmasına səbəb olur. Tərbiyəçinin əvvəlcədən uşaqlərlə qarşılıqlı ünsiyyət yarada bilməsinin proqnozlaşdırılması bir tərəfdən onun öz ünsiyyətini necə qura bilməsi, digər tərəfdən isə ünsiyyət mədəniyyətində olan çatışmazlıqların ləğv edilməsi üzərində düşünməsinə səbəb olur. Özünü səmimi ünsiyyətə hazır hesab edən Tərbiyəçi uşaqlərlə ilk görüşündən onlarla mehriban, qayğıkeş, nəvazişli rəftar etməklə qarşılıqlı səmimi ünsiyyətə nail olur. Bir növ “kommunikativ hücuma” keçmiş olur, bu da Tərbiyəçi-uşaq münasibətlərinin ilk vaxtlardan səmimiyyət və nəzakət üzərində qurulmasına səbəb olur.
Pedaqoji prosesdə–dərsdə, dərsdənkənar tərbiyəvi tədbirlərdə Tərbiyəçinin ünsiyyət üzərindəki nəzarəti ünsiyyəti idarə edə bilməsi, yəni ora ünsiyyətə xələl gətirən ünsürlərin–qaba sözlərin, ifadələrin, sərt davranışın, avtoritar iş üsulunun və s. gətirilməsinə, daxil olmasına imkan vermir. Bu da Tərbiyəçilərin ünsiyyət mədəniyyətinin fomalaşmasına olduqca müsbət təsir göstərir.
Son mərhələdə Tərbiyəçinin malik olduğu ünsiyyət mədəniyyətinin özü tərəfindən təhlil edilməsi, Tərbiyəçi-uşaq münasibətlərində buraxdığı nöqsanlar, nail ola bilmədiyi nəticələr barədə düşünməsinə, özünü, öz fəaliyyətini təhlil etməsinə və gələcək fəaliyyəti üçün öz işini necə quracağı üzərində fikirləşməsinə və onu modelləşdirməsinə səbəb olur. Tərbiyəçinin buna özünü təhrik etməsi Tərbiyəçi-uşaq ünsiyyətinin gələcək istiqaməti üçün mühüm əhəmiyyət kəsb edir.
Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasında xüsusi yer tutan məsələlərdən biri Tərbiyəçilərlə uşaqlər arasında informasiya mübadiləsinin aparılmasıdır. Tərbiyəçinin uşaqlərlə səmimiyyətlə apardığı müsahibə, onlara müəyyən informasiyanı verməsi və lazımi informasiyaların alınması zamanı emosional və kommunikativ təsir vasitələrindən istifadə edilməsi olduqca vacibdir.
Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşması eyni zamanda uşaqlərin davranışını tənzim etməklə sıx surətdə bağlıdır. A.S.Makarenko yazırdı: İnsanın tərbiyə edilməsi–adamlara düzgün münasibətlər tərbiyə edilməsi deməkdir.
Bu baxımdan qrupdə uşaqlər üzərində, onların davranışı üzərində nəzarətin olması və bu davranışın tənzimlənməsi Tərbiyəçi-uşaq ünsiyyətində mühüm mərhələlərdən birini təşkil edir .
Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasında nəzərə alınması vacib olan məsələlərdən biri də şəxsiyyətlərarası anlamadır. Anlama olmadan bu ünsiyyətin yüksək nəticəsindən danışmaq olmaz. X.İbrahimov bu münasibətlə yazır: “Anlama qarşılıqlı münasibətlərin əsas tənzimləyicisindən biri, uşaq şəxsiyyətinə hörmətin başlıca şərtidir. Onun köməyi ilə Tərbiyəçi uşaqin daxili dünyasına varır, onun qəlbində, şüurunda cərəyan edənləri duyur ki, bu da obyektin idarə olunmasını asanlaşdırır. Anlama persepsiya, empatiya, identifikasiya ilə sıx bağlı şəkildə baş verir. Persepsiya – üz ifadəsindən, nitqdən, fəaliyyətdən adamın daxilini duymaq, empatiya – duymaq, kədəri yaşama bacarığı, uşağın dərdinə şərik ola bilmək qabiliyyəti, identifikasiya – başqasının daxili aləmini tam mənada öz daxili dünyasına gətirmə bacarığı deməkdir”.
Dostları ilə paylaş: |