|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirDiksiya. Tərbiyəçi üçün onun nitqinin uşaqlər tərəfindən aydın başa düşülməsinin mühüm əhəmiyyəti vardır. Diksiya –
|
səhifə | 42/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiDiksiya. Tərbiyəçi üçün onun nitqinin uşaqlər tərəfindən aydın başa düşülməsinin mühüm əhəmiyyəti vardır. Diksiya – deyilən sözün, ifadənin, səsin aydınlığı və dəqiqliyidir. Bu, olduqca vacibdir. Çünki Tərbiyəçinin sözü, ifadəsi, hətta ayrı-ayrı səsləri aydın tələffüz olunduqda uşaqlər onu tez anlayır və başa düşürlər. Əks halda, Tərbiyəçinin nitqi uşaqlər üçün bilik mənbəyi funksiyasını ifadə edə bilmir.
Diksiya səs aparatının uyğunluğundan və enerjili işləməsindən asılıdır. Bunlarla bərabər, diksiyanın yaxşılaşdırılması üçün nitq üzrə tapşırıqlardan, səs orqanlarının hərəkətli gimnastikasından, məşqlərdən və mütəxəssis məsləhətlərindən istifadə edilməsi faydalıdır.
Ritm. Ayrı-ayrı sözlərin, hecanın sürətliliyi və uzunluğu, həmçinin danışıqda pauzanın ritmik təşkili danışığın ölçüsü, nitqin ritmikası ilə çox əlaqədardır. Ritm danışıqda çox vacib element hesab olunur və intonasiya, pauza, sözün başa düşülməsi, dinləyicilərə emosional təsir etmə gücünə malik olur. Nitqin sürəti Tərbiyəçinin fərdi keyfiyyətindən, nitqin məzmunluluğundan, ünsiyyətin situasiyalarından asılıdır. Eksperimental tədqiqatlar göstərir ki, V-VI qruplərdə Tərbiyəçinin dəqiqədə 60-a qədər, X qrupdə isə 75 söz işlətməsi məqsədə müvafiqdir. Tərbiyəçi çətin materialları izah edərkən əvvəlcə onu asta-asta, sonra isə tez-tez, sürətlə izah etməlidir. Lakin Tərbiyəçi qaydaları, prinsipləri, qanunları deyərkən və müəyyən nəticə çıxararkən səsin sürətini azaltmalıdır.
Tərbiyəçi nitqin təsirliliyini, ifadəliyini artırmaq üçün məntiqi və psixoloji pauzalardan istifadə etməyi bacarmalıdır. “Məntiqi pauzasız nitq–savadsız, psixoloji pauzasız– həyatiliksiz olacaqdır”. Nitqin bir sürətdə, monoton olması ona diqqəti və marağı azaldır, nitqi cansıxıcı edir. Buna görə də Tərbiyəçinin nitqi təbii, maraqlı, aydın və təsirli olmalıdır. Bunun üçün, yəni nitqin intonasiyalı olması üçün Tərbiyəçi xüsusi tapşırıqlardan istifadə etməlidir. Tərbiyəçinin səsi aydın, dəqiq, intonasiyalı, təsirli, diqqəti cəlb edən, fikirləşməyə və fəaliyyətə sövq edən olmalıdır. Bunun üçün Tərbiyəçinin öz nitqi üzərində müntəzəm olaraq işlənməsi və müəyyən tapşırıqları yerinə yetirilməsi zəruridir.
Dostları ilə paylaş: |
|
|