Pantomimika – bədənin, əllərin, ayağın hərəkətidir. O, təlim-tərbiyə prosesində diqqətin əsas məsələyə yönəldilməsinə kömək edir. Tərbiyəçi onun vasitəsilə bir növ təsir etdiyi obrazın şəklini çəkir, onu aydınlaşdırır.
Tərbiyəçinin gözəl, nizamlı hərəkətləri onun daxili yetkinliyinin təzahürü kimi özünü göstərir. Buna görə də Tərbiyəçi məşğələ prosesində uşaqlər qarşısında düzgün dayanmaq manerasına, davranış estetikasına malik olmalıdır. Həmçinin o, məzmunlu, təbii jestə malik olmalı və etdiyi bütün jestlər fikrinin düzgün açılmasına kömək etməlidir.
Mimika – özünün fikrini, hissini, əhval-ruhiyyəsini, vəziyyətini üzünün əzələlərinin hərəkəti ilə ifadə etmək incəsənətidir. Çox halda Tərbiyəçinin mimikası uşaqlara onun sözündən daha çox təsir edir. Jest və mimika informasiyanın dolğunluğunu təmin edir və onun daha yaxşı mənimsənilməsinə kömək edir.
A.S.Makarenko yazırdı ki, “Mimikasına sahib olaraq, üzünə istənilən ifadəni verə bilməyən və ya öz əhval-ruhiyyəsini gizləyə bilməyən şəxs yaxşı tərbiyəçi ola bilməz. Tərbiyəçi təşkil etməyi, gəzişməyi, zarafat etməyi, nəşəli və kədərli olmağı, qəzəblənməyi bacarmalıdır. Tərbiyəçi özünü elə aparmalı, davranmalıdır ki, onun hər bir hərəkəti tərbiyə etsin və o hər zaman nəyi istəyib-istəmədiyini bilsin”.
Uşaqlar Tərbiyəçinin üzünün ifadəsini “oxumaqla” onun münasibətini, əhval-ruhiyyəsini anlayırlar. Buna görə də üz təkcə ifadə etmək deyil, həmçinin hissləri açıqlamağa səbəb olmalıdır.
Üzün ifadəliliyi nitqin və münasibətin xarakterinə uyğun olmalı və onlarla ahəngdarlıq yaratmalıdır. Burada Tərbiyəçinin uşaqə necə baxması, baxışdakı ifadəlilik, mənalılıq da az rol oynamır. Buna görə də Tərbiyəçi məşqlər vasitəsilə jestlərin, mimikanın yerli-yerində, mənalı olmasına nail olmağa çalışmalıdır.
Nitq texnikası
“Öz fikrini yaxşı ifadə edə bilməmək nöqsandır; lakin müstəqil fikrə malik olmamaq daha böyük nöqsandır; müstəqil fikir isə müstəqil kəsb edilmiş bilikdən doğur”.
Dostları ilə paylaş: |