|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 37/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiBirinci qrup komponentlər Tərbiyəçinin özünü, öz davranışını idarə etməsi bacarıqları ilə bağlıdır. Bunlara Tərbiyəçinin özünün öz orqanizminə (mimikaya, pantomimikaya) yiyələnməsi, emosiyasını, əhval-ruhiyyəsini idarə edə bilməsi, sosial-qavrayış qabiliyyətinə (diqqətlilik, müşahidəçilik, anlamaq), nitq texnikasına (düzgün nəfəsalmaya, səsin nizamlanmasına, diksiyaya, nitqin normal sürətinə) malik olması və s. aiddir. Pedaqoji texnikanın ikinci qrup komponentləri ayrı-ayrı şəxslərə və kollektivə təsiretmə bacarıqları ilə əlaqələnir və təlim-tərbiyə proseslərinin texnoloji tərəfini açır. Bunlar: 1) didaktik, təşkilatçılıq, konstruktiv, kommunikativ bacarıqları; 2) pedaqoji ünsiyyətin idarə olunması və 3) kollektiv yaradıcı işlərin təşkili bacarıqlarından ibarət olub, Tərbiyəçinin pedaqoji ustalığının formalaşmasında mühüm rol oynayır.
Pedaqoji texnikaya digər bir sıra komponentlər də: uşaqlərlə münasibətdə lazım olan üslub və intonasiyanı seçmək, uşaqlərin diqqətini yönəldə bilmək, davranışını idarə etmək, onlara öz münasibətini bildirmək bacarıqları və s. daxildir.
Təcrübə göstərir ki, yeni fəaliyyətə başlayan gənc Tərbiyəçilər pedaqoji texnika ilə əlaqədar bir sıra tipik pedaqoji səhvlərə məsələn: uşaqlərlə, onların valideynləri ilə ürəkdən söhbət apara bilməmək, həmsöhbət olamağa inamsızlıq göstərmək, nitqdə canlılığın olmaması, monoton nitqə malik olması, diksiyanın dəqiq olmaması, səsin optimal yüksəklik tonunu tapa bilməməsi və s. yol verirlər. Bütün bu səhvlər gənc Tərbiyəçinin uşaqlərlə səmərəli, qarşılıqlı fəaliyyətinə mane olur. Buna görə də gələcək Tərbiyəçilərin belə səhvlərə yol verməmələri üçün bu sahədə geniş iş aparılması Tərbiyəçi kadrlarının hazırlanması işində başlıca vəzifələrdən biri olmalıdır.
Pedaqoji texnika pedaqoji bacarıq və qabiliyyətlərin kompleksindən yaranaraq müəyyən birlik təşkil edir və formalaşır. Bu birliyin təmin olunmasının bir sıra ümumi xüsusiyyətləri vardır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:
1. Tərbiyəçinin uşaqlərlə qarşılıqlı əlaqəsi. Bu istiqamətdə formalaşmış pedaqoji texnika uşaqlərlə ünsiyyətdə əlverişli pedaqoji mühit yaratmaqda, çətin situasiyalarda tez və düzgün metod və tərzlər seçməkdə və qərar qəbul etməkdə, lazım olan sözü, intonasiyanı, jesti tapmaqda, gözlənilməz pedaqoji situasiyaları həll etməkdə, sakitliyin qorunmasında Tərbiyəçiə böyük imkanlar yaradır.
Dostları ilə paylaş: |
|
|