|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 33/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiPraktik məşğələlər
Məşğələ 6. Pedaqoji fəaliyyətdə incəsənət motivləri
Məşğələnin məqsədi: Pedaqoji fəaliyyətin incəsənətlə, xüsusən aktyor və rejissor sənəti ilə əlaqəsinin praktik yolla aşkarlanması, pedaqoji ustalığın formalaşmasında incəsənət motivlərinin müəyyən funksiyaya malik olması və pedaqoji situasiyalarda teatr sisteminin elementlərinin xüsusi əhəmiyyət kəsb etməsi üzrə tələbələrin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi.
Təchizat: İ.A.Zyazyunun redaktorluğu ilə çap olunan “Pedaqoji ustalığın əsasları” (Moskva: 1989) kitabından müvafiq parçalar.
Məşğələnin planı:
I. Nəzəri biliklərin yoxlanılması.
II. Kollektiv yaradıcı fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi üzrə tapşırıqlar.
III. Müşahidəçilik, diqqətlilik, emosionallıq, hadisə və prosesləri düzgün qiymətləndirmək bacarıqları üzrə tapşırıqlar.
Məşğələnin gedişi:
I. Nəzəri biliklərin yoxlanılması.
Tərbiyəçinin pedaqoji fəaliyyətində incəsənət motivlərinin və elementlərinin yeri və rolu.
Tərbiyəçilə aktyor və rejissor fəaliyyətinin oxşar və fərqli cəhətləri.
Pedaqoji fəaliyyətdə Tərbiyəçi talantı.
II. Kollektiv yaradıcı fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi üzrə tapşırıqlar:
Tapşırıq 1. Tərbiyəçilə salamlaşma. (Bax: Основы педaгогического мастерства, Пoд ред. И.А.Зязюна, Москва: Просвещение, 1989, s. 73).
Tərbiyəçi auditoriyaya daxil olduğu zaman bütün tələbələr onunla salamlaşmaq üçün ayağa qalxırlar. Aydındır ki, bu səs-küylə və təşkilatsızlıqla edilir. Tapşırıq o vaxtadək təkrar olunur ki, bu proses eyni vaxtda, tez, səs-küysüz, yüngül və incəliklə yerinə yetirilsin.
Tapşırıq 2. Siyam əkizləri (Bax: Основы педaгогического мастерства, Под ред. И.А.Зязюна, Москва: Просвещение, 1989, s. 75).
İki iştirakçı yanaşı dayanır və biri əli ilə yoldaşının belindən tutur, ayaqlarını bir-birinə yaxınlaşdırırlar. Başlıca şərt–danışmaq olmaz. Onlara hər bir fəaliyyətin yerinə yetirilməsi tapşırılır. Tapşırığı “Əkizlərin” biri sağ əli, o biri isə sol əli ilə yerinə yetirir.
Bu tapşırığın yerinə yetirilməsində liderliyə meyil, müstəqillik və ya asılılıq aşkar olunur, aparıcı və ya asılı olmaq meyli özünü göstərir.
Dostları ilə paylaş: |
|
|