Məsləhət görülən ədəbiyyat
Əbdülov M. Tərbiyəçi, tərbiyəçi, dost. Bakı: Maarif, 1989.
Əhmədov H. və b. İdarəetmənin pedaqogikası və psixologiyası. Bakı: Maarif, 2000.
Əlizadə Ə., Əlizadə H. Pedaqoji psixologiya. Bakı: 2010.
Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı: Çaşıoğlu, 2009.
Suxomlinski V.A. Ürəyimi uşaqlara verirəm. Bakı, Maarif, 1979.
Mövzu № 7. Tərbiyəçinin pedaqoji qabiliyyətləri
“İqtisadiyyatda, mədəniyyətdə, elmdə - həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan bağçadir, təhsildir, Tərbiyəçidir”.
Heydər Əliyev
Pedaqoji fəaliyyət – pedaqoji incəsənətdir. Bu mənada pedaqoji incəsənət elə pedaqoji fəaliyyətdir ki, orada həm öyrətmə, həm də tərbiyə etmə keyfiyyətləri bir-biri ilə qarşılıqlı surətdə əlaqələnir və bir vəhdət təşkil edir. Bu baxımdan pedaqoji fəaliyyətlə incəsənət, Tərbiyəçi işi ilə aktyor və rejissor fəaliyyəti arasında sıx əlaqə, yaxınlıq vardır.
Tərbiyəçinin işini yaradıcı aşıqların sənətinə bənzətmək olar. Belə aşıqlar səhnədə həm çalır, həm oxuyur, həm də rəqs edirlər. Bəzən də özünün yazdığı sözləri oxumaqla, öz bəstələdiyi havanı çalmaqla bu işi yerinə yetirirlər. Tərbiyəçi də belədir, keçdiyi dərsin rejissoru da, aktyoru da, bəstəkarı da özü olur. Buna görə də pedaqoji fəaliyyəti bir aktyorun teatrı da adlandırırlar. Bu cəhətlər pedaqoji fəaliyyətlə incəsənət arasında müəyyən yaxınlıq olduğunu göstərir.
Pedaqoji ustalıq bir-biri ilə əlaqədar olan bir sıra amillərdən yaranır, formalaşır. Bunlar, əsasən, Tərbiyəçinin pedaqoji biliyə və təcrübəyə nə dərəcədə yiyələnməsi ilə sıx əlaqədardır. Bunlar zəngin olduqda Tərbiyəçinin pedaqoji ustalığı da artır, yüksəlir. Tərbiyəçi pedaqoji biliyə dərindən yiyələndikdə pedaqoji ustalığın nəzəriyyəsinə də yiyələnir və bunlardan istifadə edir. Bunlarla yanaşı, Tərbiyəçi özünün pedaqoji fəaliyyətində yiyələndiyi bacarıq və qabiliyyətlərini təmkilləşdirir, onu yeni-yeni pedaqoji çalarlarla zənginləşdirir. Başlıca məsələlərdən biri bu bacarıq və qabiliyyətlərdən istifadə edə bilməkdir. Burada incəsənət motivlərinin olması və onlardan istifadə edə bilmək bacarığı müvəffəqiyyətin əldə olunmasını təmin edən amillərdən birinə çevrilir.
Pedaqoji fəaliyyətlə incəsənət arasında yaxınlıq və sıx bağlılıq, xüsusən aşağıdakı istiqamətlərdə özünü göstərir:
1. Tərbiyəçinin fəaliyyətində aktyorluq və rejissorluq əlamətlərinin olması.
2. Pedaqoji situasiyalarda teatr sisteminin olması.
Bu iki istiqamət pedaqoji fəaliyyətlə incəsənəti bir-birinə yaxınlaşdırır və onları bir-biri ilə bağlayır.
Aktyorda olduğu kimi Tərbiyəçinin də pedaqoji talantı olmalıdır. Bu talant təkcə təbii, anadangəlmə deyil, həm də işgüzarlıq, zəhmət, axtarış nəticəsində yaranan, əldə edilən talantdır. Buna aşağıdakılar daxildir:
Dostları ilə paylaş: |