1. Qrupu ələ ala bilmək qabiliyyəti. Bu, Tərbiyəçi üçün çox vacib olan keyfiyyətdir. Elə ilk dərsindən Tərbiyəçi qrupi əla ala bilərsə, onlara həm idrakı, həm də emosional təsir göstərə bilmək imkanından məharətlə istifadə edə bilərsə, sonrakı fəaliyyətdə problemlər də az olur. Tərbiyəçi özünün biliyi, davranışı, danışığı, ünsiyyət mədəniyyəti ilə uşaqlərin emosional aləminə təsir edərək onları bir növ “ovsunlaya” bilərsə, bu zaman uşaqlər daha yüksək emosional əhval-ruhiyyədə olur və belə dərslərdə yorğunluq, sıxıntı, gərginlik olmur.
2. Yüksək ünsiyyət mədəniyyətinə malik olmaq. Bu, Tərbiyəçi şəxsiyyətində, onun pedaqoji fəaliyyətində ən önəmli vacib xüsusiyyətlərdən biridir (Bax: V fəsil ).
3. Tərbiyəçidə yüksək hissetmə qabiliyyəti. O, qrupundə ayrı-ayrı uşaqlərin əhval-ruhiyyəsini hiss edə bilməli və öz fəaliyyətində bunları nəzərdən qaçırmamalıdır.
4. Qrupun diqqətini özünə cəlb edə bilmək qabiliyyəti. Bu qabiliyyət Tərbiyəçinin işgüzarlığı, öz üzərində daim çalışması nəticəsində yarana bilir. Peşəsinə, sənətinə, fənninə səhlənkar münasibət bəsləyən Tərbiyəçilərdə bu alınmır. Qeyd edək ki, bu prosesdə Tərbiyəçinin təbii imkanları da müəyyən rol oynayır. Lakin əsas həlledici funksiya onun pedaqoji fəaliyyətində yiyələnə bildiyi bacarıq və qabiliyyətində, pedaqoji məharətindədir.
Tərbiyəçi nəinki, öz ixtisasını dərindən bilməklə, həmçinin ümumi intellektual səviyyəsi ilə uşaqlərin diqqətini özünə cəmləşdirə bilir. Uşaqlər Tərbiyəçidən yüksək bilik, savad, ağıl, zövq, bacarıq və qabiliyyət gördükdə onu daha yaxşı qəbul edirlər. Təcrübə göstərir ki, məhz belə Tərbiyəçilər uşaqlərin həmişə maraq dairəsində olurlar. Bu halda Tərbiyəçi uşaqləri üçün əsl örnəyə çevrilir.
5. Tərbiyəçinin öz emosional vəziyyətini idarə edə bilməsi. Başqaları kimi Tərbiyəçi də sevinir, kədərlənir, əsəbi olur və s., lakin bütün bunlar onun dərsinə, Tərbiyəçi-uşaq münasibətlərinə təsirsiz olmalıdır. Tərbiyəçinin bu hissləri, emosional gərginliyi sinfə “girməməlidir”. Tərbiyəçi həmişə, hər zaman dərsə, sinfə yüksək əhval-ruhiyyə ilə daxil olmalı və bütün gərginlikləri qrupotağının qapısı arxasında qalmalıdır. Buna görə də Tərbiyəçinin öz emosional vəziyyəti üzərində nəzarəti olmalı, onu idarə etməyi bacarmalıdır.
Dostları ilə paylaş: |