|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirIII. Səsli nəfəsalmanın inkişaf etdirilməsi üzrə tapşırıqların yerinə yetirilməsi
|
səhifə | 36/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiIII. Səsli nəfəsalmanın inkişaf etdirilməsi üzrə tapşırıqların yerinə yetirilməsi.
Tapşırıq 1. C.Cabbarlının “Ana” şeiri və C.Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsindən bir parçanın ifadəli oxunması zamanı nəfəsin düzgün alınıb-verilməsi (tənzimlənməsi).
Tapşırıq 2. Aşağıdakı yanıltmaclarda vurğunu, intonasiyanı, nitqin sürətini və başlıca fikri aydın ifadə edin.
1. Bu mis nə pis mis imiş, bu mis kaşan mis imiş.
2. Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
3. Getdim, gördüm bir dərədə yeddi qara qaşqa, təpəl, şəkil keçi var. Dedim:
– Ay yeddi qara qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara qaşqa, təpəl, səkil keçimi gördünmü?
Dedi:
– Sənin o yeddi qara qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin balasıdır.
Məsləhət görülən ədəbiyyat
Abdullayev A. Tərbiyəçinin nitq mədəniyyəti haqqında. Bakı: 1966.
Abdullayev A. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı: 1968.
Əliyev H. Pedaqoji ustalığın əsasları (məşğələ vəsaiti). Bakı: ADPU, 1999.
Muradov B., Bayramov H. Nitq mədəniyyətindən mühazirələr. Bakı: ABU, 2006.
Mövzu № 8. Tərbiyəçinin müasir pedaqoji texnika və texnologiyalardan istifadə bacarıqları
“Əgər başmaqçı pis usta olsa, dövlət ondan o qədər də zərər çəkməz – xalq yalnız pis ayaqqabı geyinər. Əgər tərbiyəçi öz vəzifəsini pis yerinə yetirsə, ölkədə cahil və yaramaz adamlar meydana çıxar”.
Platon
Tərbiyəçinin qarşısında müxtəlif xarakterli və məzmunlu pedaqoji vəzifələr durur. Bu vəzifələrin müvəffəqiyətlə həll edilməsi üçün onun yol və vasitələrinin, tərzlərinin Tərbiyəçi tərəfindən düzgün seçilməsi və tətbiq olunması mühümdür. Bunun üçün Tərbiyəçinin pedaqoji texnikaya yiyələnməsi olduqca vacibdir.
Pedaqoji texnika – Tərbiyəçinin müxtəlif pedaqoji vəzifələri həll etməsinin mühüm və incə aləti olub, onun fəaliyyətinin məzmunu və ahəngdarlığını təmin edən üsulların məcmusudur. Pedaqoji texnikada ünsiyyət texnologiyası və Tərbiyəçinin nitqi mühüm tərbiyə vasitəsi kimi əhəmiyyətli rol oynayır.
Pedaqoji ədəbiyyatlarda pedaqoji texnikanın bir çox komponentlərdən ibarət olduğu göstərilir və bunlar iki qrupa ayrılır.
Dostları ilə paylaş: |
|
|