|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirTəchizat: Nümunəvi dərsə aid video çəkiliş, maqnitofon yazısı və müəyyən mətinlərin oxunuşuna aid diktor çıxışlarının lent yazıları.
Məşğələnin planı
|
səhifə | 35/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiTəchizat: Nümunəvi dərsə aid video çəkiliş, maqnitofon yazısı və müəyyən mətinlərin oxunuşuna aid diktor çıxışlarının lent yazıları.
Məşğələnin planı:
I. Nəzəri biliklərin yoxlanılması.
II. Tərbiyəçi nitqinin inkişafı üzrə tapşırıqların yerinə yetirilməsi.
III. Səsli nəfəsalmanın inkişaf etdirilməsi üzrə tapşırıqların yerinə yetirilməsi.
Məşğələnin gedişi:
I. Nəzəri biliklərin yoxlanılması:
Nitq texnikası və Tərbiyəçinin fəaliyyətində onun rolu.
Tərbiyəçi nitqinin daşıdığı funksiyalar.
Tərbiyəçinin nitqinə verilən başlıca tələblər.
Nitqin inkişaf etdirilməsi yolları.
Səs aparatına qulluq və gigiyenik normalar.
II. Tərbiyəçi nitqinin inkişafı üzrə tapşırıqların yerinə yetirilməsi.
Tapşırıq 1. Qabaqcıl Tərbiyəçilərin birinin dərsindən çəkilmiş video fraqmenti qrupda nümayiş etdirərək burada Tərbiyəçinin nitqinin tonunda, intonasiyasında, diksiyasında, ritmikliyində olan özəllikləri qeyd etmək. Həmçinin məşğələ zamanı mimika və pantomimikadan necə istifadə etdiyini və onların xüsusiyyətlərini təhlil etməklə sualları cavablandırmaq.
Tərbiyəçinin səlist, cazibəli, ürəyəyatan, ifadəli səs tonuna, nitqə malik olması təlim-tərbiyənin keyfiyyətinə nə dərəcədə təsir göstərə bilər?
Təlim prosesində Tərbiyəçinin mimika və pantomimikası nitqin təsirliliyini hansı situasiyalarda artıra bilər?
Tərbiyəçinin nitqinin aydın, dəqiq, təsirli və ifadəli olması uşaqləri düşünməyə və əməli fəaliyyətə cəlb edə bilərmi?
Tapşırıq 2. Təmrinləri yerinə yetirin.
1) İfadəli oxu: dialoji nitqə aid mətn.
2) C.Cabbarlının “Ana” şeirinin ifadəli oxunuşu.
3) Tərbiyəçinin qrupdə uşaqlərə müraciət, tələb və iradları:
– Səndən gözləməzdim (narazılıqla).
– Səndən gözləməzdim (razılıqla).
– Köçürməyə adam tapdın (istehza ilə).
– Əladır (razılıqla).
– Afərin, əladır (istehza və narazılıqla).
– Əgər sabah da belə hazırlaşsan (ümidlə).
– Əgər sabah da belə hazırlaşsan (xəbərdarlıqla).
Tapşırıq 3. Təqdim edilən maqnitafon yazısında pauza, vurğu, intonasiya, diksiya və s. düzgün olub-olmamasını müəyyənləşdirmək.
Dostları ilə paylaş: |
|
|