K.D.Uşinski
Tərbiyəçinin pedaqoji ustalığının başlıca vasitələrindən biri də onun gözəl nitq qabiliyyətinə malik olmasıdır. Tərbiyəçinin nitqi elə bir emosional təsir gücünə malikdir ki, çox vaxt onun yaratdığı təsir başqa vasitələrdən daha güclü olur. Uşaqlər Tərbiyəçinin nitqinə çox həssas olurlar. Nitqin düzgünlüyü və lazımi tonda olması təlim-tərbiyə prosesinin səmərəliliyini artırır və ona emosional fon verir. Nitqin düzgün olmaması və ya intonasiyanın düzgün seçilməməsi isə uşaqlərdə Tərbiyəçiə, onun sözünə qarşı inamsızlıq yaradır. Bu baxımdan Tərbiyəçinin yüksək nitq mədəniyyətinə–düzgün diksiyaya, tələffüzə, səs tonuna, tənəffüsə malik olması onun fəaliyyətinin zəruri tərkib hissəsinə çevrilir.
Səlist, düzgün nitq uşaqləri daha çox cəlb edir və Tərbiyəçinin sözünə, fikrinə uşaqlərdə inamı daha da artırır.
İntonasiya düzgün seçildikdə, tələffüz aydın olduqda Tərbiyəçinin nitqi daha ürəyəyatımlı, cazibəli olur. Əksinə, nitqin tonu düzgün seçilmədikdə, diksiya aydın olmadıqda və nitq texnikasının digər tələblərinə əməl etmədikdə ona maraq azalır. Tərbiyəçi fakt və hadisələri dəqiq şərh etsə belə, uşaqlərdə dinləmə səviyyəsi aşağı olur. Buna görə də Tərbiyəçinin nitqi üzərində çoxlu çalışması, məşqlər etməsi və onu yaxşılaşdırmağa çalışması olduqca vacibdir.
A.S.Makarenko Tərbiyəçinin gözəl nitq mədəniyyətinə malik olmasını xüsusi vurğulayırdı. “Mən əminəm ki, uşaqlara deyilən işgüzar, qəti söz böyük əhəmiyyət kəsb edir və bəlkə də, bizim təşkilatı işlərimizdəki səhvlərimiz çox zaman uşaqlarla əsl danışıq bacarığımızın olmamasından irəli gəlir. Elə deməyi bacarmaq lazımdır ki, onlar sizin iradənizi, sizin mədəniyyətinizi, sizin şəxsiyyətinizi hiss edib, duysunlar. Bunu öyrənmək lazımdır”.
Elmi araşdırmalar sübut etmişdir ki, alınan informasiyaların 41%-i eşitmə orqanlarının vasitəsilə əldə edilir. Tədris prosesinin ¼ - ½ hissəsi isə eşitməyə sərf olunur. Buna görə də uşaqlərin tədris materialını mükəmməl başa düşməsi və mənimsəməsi prosesi Tərbiyəçinin nitqinin kamilliyindən çox asılı olur.
Nitqin kamilliyi və emosionallığı tədris prosesinin, eyni zamanda tərbiyənin səmərəliliyini təmin edən amillərdəndir. Kamil, zəruri ton və deyim tərzində olan nitq inandırıcı, anlaşıqlı və cazibədar olur, dinləyiciləri ona qulaq asmağa stimullaşdırır. Bu baxımdan hər bir Tərbiyəçinin nitq mədəniyyəti, nitq texnikası haqqında geniş biliyə və praktik bacarığa malik olmasının mühüm əhəmiyyəti vardır.
Eksperimental fiziologiya elmi sübut edir ki, səs, onun çalarları insana təbii verilsə də, onun keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaq mümkündür. Bunun üçün hər bir Tərbiyəçinin öz nitqi üzərində çalışması və onu yaxşılaşdırmaq üçün müxtəlif məşqlərdən istifadə etməsi, başlıcası isə, onu qoruması vacibdir.
Tərbiyəçilər öz nitqləri üzərində iş apararkən səs aparatından düzgün istifadə etməyin mexanizmini bilməlidirlər. Onlar səsin gücü, ona yiyələnmə texnikası, səsin ucalığı, elastikliyi, mütəhərrikliyi, genişlik dairəsi (diapazonu), hər bir səs üçün xarakterik xüsusiyyəti (tembri), deyilən sözün, ifadənin aydınlığı (diksiyası), səsin ritmi haqqında ətraflı məlumata malik olmalıdır. Bunların bəzilərini nəzərdən keçirək.
Dostları ilə paylaş: |