|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 48/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiAvtokratik
Avtoritar
Demokratik
Liberal və s.
Avtokratik ünsiyyət tərzinə malik olan Tərbiyəçi həmişə özünün hakim mövqeyi ilə seçilir. Uşaqlərlə quru əmrlər, göstəriş, tələblər vermək yolu ilə ünsiyyət saxlayır. Uşaqlar hər an Tərbiyəçinin onlara nəyisə irad tutacağını, onlara sərt davranacağını gözləyirlər. Qeyd edək ki, xüsusilə ibtidai qruplərdə belə rəhbərlik üslubu olduqca zərərlidir. Çünki belə Tərbiyəçilərin dərslərində uşaqlərin əqli inkişafı, intellektual səviyyəsi və bir çox mənəvi keyfiyyətləri yalnız Tərbiyəçinin rəhbər göstərişlərinə tabe etdirilir. Uşaqlər belə Tərbiyəçidən çəkinir, onunla məsləhətə, əməkdaşlığa həvəs göstərmirlər.
Avtoritar ünsiyyət tərzi Tərbiyəçinin şəxsiyyətinə əsaslanan ünsiyyət tərzidir. Bu zaman yalnız Tərbiyəçinin göstərişləri həyata keçirilir və Tərbiyəçi bütün işlərin onun özünün istədiyi kimi yerinə yetirilməsinə çalışır. Burada Tərbiyəçi adətən böyük, yolgöstərən, əsas simvoldur, uşaq isə itaət edən, icraçı obyektdir. Tərbiyəçi nə desə, necə hərəkət etsə elə də olmalıdır.
Demokratik ünsiyyət tərzi Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasının ən əlverişli yolu, uşaq şəxsiyyətinin formalaşmasının təsirli vasitəsidir. Belə ünsiyyət prosesində Tərbiyəçilə uşaq arasında qarşılıqlı işgüzar əməkdaşlıq yaranır. Bu ünsiyyət tərzinə malik olan Tərbiyəçilər uşaqlərə bir şəxsiyyət kimi baxır, onların sözlərinə, təkliflərinə diqqətlə yanaşır, onları dinləyir, nəzərə alır. Demokratik Tərbiyəçi daha çox öyrətdiyi kimi, uşaqlərə də daha yaxın olur. O, uşaqləri tərəfindən çox sevilir və onun hörməti, nüfuzu yüksək olur. Uşaqlər belə Tərbiyəçilərin dərslərinə diqqətlə qulaq asır, onunla əməkdaşlıq edir, məsləhətlərini həvəslə dinləyirlər. Onların emosional səviyyələri də yüksək olur və dərsdə əsəbilik yaradan, onları həyəcanlandıran məsələlərlə qarşılaşmırlar.
Liberal ünsiyyət tərzi Tərbiyəçi-uşaq münasibətlərində qeyri-sağlam ünsiyyət tərzi kimi təkcə uşaqlərin tərbiyəsinə deyil, bütün təlim-tərbiyə prosesinə mənfi təsir göstərir. Belə ünsiyyət tərzinə malik olan Tərbiyəçilər uşaqlərin bütün hərəkətlərinə adi məsələlər kimi baxır, onlara həddən çox güzəştlər edir və tələbkarlıq göstərmirlər. Liberal ünsiyyətli Tərbiyəçilər bəzən uşaqlərlə ünsiyyətə xələl gətirən tərzdə söhbətlər, zarafatlar edir, tərbiyə prosesinə laqeyd münasibət bəsləyirlər. Onlar əvvəllər uşaqləri tərəfindən yaxşı qəbul edilsələr də, sonralar onların belə yanaşma metodu özünün mənfi nəticələrini göstərir və nüfuzları get-gedə aşağı düşür.
Bütün bunlar Tərbiyəçi-uşaq ünsiyyətinin səmərəli tərzlərinin, forma və üslublarının müəyyənləşdirilməsinə geniş imkanlar yaradır.
Pedaqoji və psixoloji ədəbiyyatlarda uşaqlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə Tərbiyəçiləri şərti olaraq 4 qrupa ayırırlar.
Dostları ilə paylaş: |
|
|