Məsləhət görülən ədəbiyyat
Həsənov A., Ağayev Ə. Pedaqogika. (Dərslik) Bakı: Nasir, 2007.
Kazımov N., Həşimov Ə. Pedaqogika. Bakı: Maarif, 1996.
Kazımov N. Bağça pedaqogikası. Bakı: Maarif, Çaşıoğlu, 2002.
Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı: Bakı Universiteti nəşriyyatı, 2003.
Tərbiyəçinin nitqi pedaqoji ustalığın
vasitəsi kimi
“Mən əsl usta o zaman oldum ki, “Bura gəl” kəlməsini 15-20 səs tonu çaları ilə ifadə etməyi öyrəndim”.
A.S.Makarenko
Tərbiyəçinin nitqi gənc nəslin təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etmələrində, elmlərin əsaslarına və insanların mənəvi münasibətlərinin təcrübəsinə yiyələnmələrində böyük rol oynayır. Tərbiyəçinin pedaqoji ustalığında mühüm yer tutan bu amil təkcə sözlərin məzmunluluğu və mənalılığı ilə deyil, onun tonu, intonasiyası, nitq zamanı istifadə edilən jestlər, mimikalar vasitəsi ilə daha da təsirli, kəsərli və yaddaqalan olur. Respublikamızda özünün gözəl nitq qabiliyyəti ilə uşaqləri və tələbələri ovsunlayan onlarda oxumağa, fənnə böyük maraq yaradan, onların qəlbini riqqətə gətirən Tərbiyəçilər çox olmuş və bu gün də vardır. Görkəmli ədibimiz və gözəl Tərbiyəçi kimi yaddaşlarda, xatirələrdə qalmış Abdulla Şaiq haqqında onun tələbəsi, yazıçısı Mehdi Hüseyn yazırdı: “O, danışarkən sinfə elə bir sükut çökmüşdü ki, dediyi sözləri dəftərə qeyd edən yoldaşlarımızın qələmlərinin səsi lap aydın eşidilirdi”.
Tələbələri Abdulla Şaiq haqqında xatirələrində yazırdılar: Mübaliğədən qorxmayaraq iddia edə bilərik ki, heç bir tələbə tərəfindən heç bir Tərbiyəçinin dərsi bu qədər cazibə ilə dinlənilməmişdir. Bu fitri Tərbiyəçinin elə bir ecazkar ifadəsi, elə təsirkar tələffüzü var ki, laqeyd tələbə belə onu böyük bir şövq və həvəslə dinlər.
Professor Əli Sultanlı da gözəl nitq qabiliyyətinə, mühazirəçilik mədəniyyətinə malik olmuşdur. Onun tələbəsi olmuş görkəmli yazıçı İsmayıl Şıxlı yazırdı: “Əli Tərbiyəçi elə birinci mühazirəsindən bizi ovsunladı. O, mühazirəni elə cazibədar şəkildə başladı ki, biz dəftər-qələmi yaddan çıxardıq, zəngin vurulmasından xəbərimiz olmadı. O, getdi ürəyimizi də özü ilə apardı. Biz səbirsizliklə onun ikinci mühazirəsini gözlədik. Bu hal bütün illər boyu davam etdi. Əli Tərbiyəçi öz fənninə qarşı o qədər həvəs oyatdı ki, biz hamımız ona oxşamağa çalışdıq. Küçədə, yataqxanada tez-tez “Otello”dan, “Hamlet”dən monoloqlar deyir, Homerin, Sofoklun əsərlərini Əli Tərbiyəçi kimi söyləməyə çalışırdıq. Kursumuzda yüz əlli tələbə var idi, yüz əllisi də Əli Sultanlı olmaq istəyirdi”.
Belə nümunələrin sayını artırmaq da olar. Son illərin təcrübəsindən də onlarca belə nümunələr, faktlar gətirmək mümkündür. Lakin belə bir həqiqətlə də hesablaşmaq lazımdır ki, heç də bütün Tərbiyəçilər belə təsirli, ürəyəyatan nitqə, nitq qabiliy-yətinə malik ola bilmirlər. Belə bir sual meydana çıxır:
Görəsən, bu qabiliyyət fitridirmi, yoxsa sonradan qazanmaq mümkündür?
Nitqin inkişafına nail olmaq mümkündür. Həm gənc Tərbiyəçilər, həm də gələcək Tərbiyəçilər müstəqil olaraq öz nitqlərini təkmilləşdirə və yaxşılaşdıra bilərlər. Bunun üçün onlar aşağıdakı yollardan istifadə edə bilərlər:
Dostları ilə paylaş: |