|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirDüzgün ədəbi tələffüz qaydalarına və normalarına yiyələnmə, özünənəzarət və nitq mədəniyyətinin inkişafı
|
səhifə | 57/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isi1. Düzgün ədəbi tələffüz qaydalarına və normalarına yiyələnmə, özünənəzarət və nitq mədəniyyətinin inkişafı. Bu məqsədlə Tərbiyəçi nitqinin düzgünlüyünə fikir verməli, ədəbi tələffüz normalarına yiyələnməlidir, lüğət ehtiyatını artırmalı, sözlərdə vurğunun yerini müəyyənləşdirməli, eyni zamanda intonasiya qaydalarını mənimsəməlidir. Tərbiyəçi çoxlu söz ehtiyatına malik olmalı, çətin sözləri, terminləri düzgün və aydın tələffüz etməyi bacarmalıdır.
2. İfadəli, təsirli nitq bacarığına malik olmaq. İfadəli nitq həmişə xoş gəlir və dinləyicilərdə yaxşı əhval-ruhiyyə yaradır. Nitqin emosionallığı, ritmik xarakteri, sözlərdə vurğunun düzgünlüyü, intonasiyalılığı və s. əlamətləri ilə yanaşı, danışıqda atalar sözlərindən, aforizmlərdən, bədii ədəbiyyat nümunələrindən istifadə edilməsi də onun ifadəliliyini, təsirliliyini gücləndirir.
3. Ünsiyyət dairəsində kommunikativ bacarıq və qabiliyyətlərin inkişafı. Tərbiyəçinin nitqinin kommunikativ xarakteri onun ünsiyyətinin fərdi stilindən ibarətdir. Tərbiyəçi nitqində belə bir cəhətə xüsusi diqqət yetirilməlidir ki, onun nitqi başqaları tərəfindən necə dinlənilir. Qarşı tərəf üçün belə nitq maraqlıdırmı, yorucu deyil ki? Nitqin tonu, emosionallığı, təsirliliyi necədir?
Tərbiyəçi üçün vacib olan keyfiyyətlərdən biri nitqli ünsiyyət zamanı qarşı tərəfin daxili vəziyyətini başa düşmək və ünsiyyət zamanı ona istiqamət götürə bilməkdir. Başqa bir keyfiyyət Tərbiyəçinin öz psixi vəziyyətini idarə edə bilməsidir. Bunlar nitqin kommunikativ təsirini artırır, onu məzmunlu və maraqlı edir.
4. Şəxsiyyətin ümumi psixofizioloji xüsusiyyətlərinin inkişafı. Bu, Tərbiyəçinin assosiasiyalı və obrazlı yaddaşı, təxəyyülü ilə bağlı olub, nitqin elə emosional təsirliliyini təmin edir ki, bu zaman Tərbiyəçi uşaqlər qarşısında sanki sözlərin şəklini çəkir. Onlar təsvir olunan hadisə və prosesləri gözləri qarşısında canlandırırlar.
Tərbiyəçinin nitqinə çox mühüm tələblər verilir və onun qarşısında bir sıra vəzifələr durur. Tərbiyəçinin nitqi uşaqlərin təlim-tərbiyə vəzifələrini yerinə yetirməli və bu vəzifələri həll etməyi təmin etməlidir. Bunun üçün Tərbiyəçinin ümummədəni, pedaqoji və peşə tələblərinə cavab verə bilməsi və bu sahədə olan bacarıqlara yiyələnməsi olduqca vacibdir.
Tərbiyəçinin nitqi kommunikativ təsir vasitəsi olduğundan və pedaqoji vəzifələri yerinə yetirmək funksiyası daşıdığından bir sıra tələblərə cavb verməlidir.
1. Tərbiyəçinin nitqi təmiz və aydın olmalı, uşaqlərin başa düşəcəyi səviyyədə qurulmalıdır.
2. Tərbiyəçinin nitqi emosional olmalı, uşaqlərin hissi aləminə təsir etməlidir.
3. Tərbiyəçi yüksək ədəbi dil normalarını mənimsəməli və nitqində dialektlərdən, əlavə sözlərdən (“deməli”, “belə demək mümkünsə”, “beləliklə” və s.) istifadə etməməlidir.
4. Tərbiyəçinin terminoloji mədəniyyəti olmalı, terminlərdən düzgün istifadə etməyi bacarmalıdır.
5. Tərbiyəçi sözləri aydın, anlaşıqlı tələffüz etməli, orfoepik qaydalara əməl etməlidir.
6. Tərbiyəçi nitqində məsələnin düzgün qoyuluşuna diqqət yetirməlidir.
7. Tərbiyəçi nitqində sözlərin intonasiya qaydalarına əməl etməli, sözlərin deyilişində vurğunun düzgün işlənməsinə nail olmalıdır.
Tərbiyəçi nitqinin məzmun və keyfiyyətinə görə cəmiyyət qarşısında mühüm sosial cavabdehlik vəzifəsini yerinə yetirir. Buna görə də Tərbiyəçinin nitqinə pedaqoji ustalığın mühüm elementi kimi baxılır.
Tərbiyəçinin nitqi təlim-tərbiyədə bir sıra funksiyalar daşıdığına görə aşağıdakı məsələləri təmin etməlidir:
tərbiyə edənlər və tərbiyə olunanlar arasında səmərəli münasibətin qurulması;
uşaqlərin hisslərinin, düşüncə və fəaliyyət motivlərinin təshihi və formalaşdırılması məqsədilə Tərbiyəçinin müsbət təsiri;
təlim prosesində biliyin mənimsənilməsi və möhkəmləndirilməsində mükəmməlliyin olması;
uşaqlərin tədris fəaliyyətinin səmərəli təşkili və aparılması;
uşaqlərin emosional aləminə təsiretmə və onların yaradıcı fəaliyyətə istiqamətləndirilməsi və s.
Tərbiyəçinin nitqi özünü iki formada – monoloqda (monoloji nitq) və dialoqda (dialoji nitq) göstərir. Uşaqlara münasibətdə bunlar özünün müxtəlif funksiyaları ilə bir-birindən fərqlənir. Monoloji nitqdə Tərbiyəçi tədris etdiyi fənnə, mövzuya, dərsin tipi və qurluşuna görə səsin müxtəlif tonlarından, jestlərdən, mimikadan, intonasiyadan istifadə edərək nitqini optimal qurmağa çalışmalı və onun yüksək təsirə malik olmasına nail olmalıdır. Dialoji nitq zamanı Tərbiyəçi yenə də öz nitqinin optimal təsir variantını tapmalı və müsahibə apararkən nitqinin aydınlığına, səlistliyinə ciddi fikir verməlidir.
Tərbiyəçinin nitqi bir sıra pedaqoji funksiyaları yerinə yetirməlidir.
Dostları ilə paylaş: |
|
|