Mövzu № 11.Qrupla pedaqoji əməkdaşlıq: uşaq təlim prosesinin subyekti kimi
“Əgər təbiətən fəal olan uşaq oxumağı sevmirsə, bunun səbəbi özündə deyil, uşaqda biliyə marağı söndürən tərbiyəçidəşir”.
N.Q,Çernışevski
Başlıca məsələlərdən biri qruplə pedaqoji əməkdaşlığın təşkili və aparılmasıdır.
Qruplə pedaqoji əməkdaşlıq Tərbiyəçidən pedaqoji məharət və qabiliyyət tələb edir. Bu elə bir prosesdir ki, həm Tərbiyəçi yaradıcılığına geniş yol açır, həm də uşaqləri pedaqoji prosesin subyektinə – Tərbiyəçinin tərəf müqabilinə çevirir.
Pedaqoji prosesin əməkdaşlıq əsasında təşkili zamanı Tərbiyəçi monoloji nitqindən dialoji təlim formasına keçməklə uşaqlərin məşğələ zamanı fəallığını təmin etmiş olur. Həmçinin onların məntiqi, tənqidi və yaradıcı təfəkkürlərinin “işləməsinə” nail olur. Belə dərslərdə uşaqlərə böyük hörmət və etimad göstərilir, təlim prosesi yüksək hörmət və tələbkarlıq əsasında həyata keçirilir. Uşaqlər nəyi isə öyrəndiklərini dərk edirlər. Nəticədə uşaqlərin Tərbiyəçilərinə qarşı hörmət və məhəbbəti artır, onların tələb və göstərişləri uşaqlər tərəfindən sözsüz yerinə yetirilir və təlim prosesi yüksək müvəffəqiyyətlə nəticələnir. Beləliklə, elə bir qapalı dövrə yaranır ki, burada öyrədənlə öyrənənlər arasında qarşılıqlı hörmət, öyrənməyə və öyrətməyə stimullar, motivlər formalaşır.
Təlim və tərbiyə praktikasında pedaqoji əməkdaşlıq həmişə müsbət və faydalı nəticələrə səbəb olur. Lakin heç də bütün Tərbiyəçilər buna yüksək səviyyədə nail ola bilmirlər. Bunun səbəbləri içərisində başlıca yeri əsasən:
1) Tərbiyəçinin uşaqlərin yaş və fərdi xüsusiyyətlərinə dərindən bələd olmaması;
2) təlim metodlarını düzgün seçə bilməməsi;
3) tədris edəcəyi mövzunun mahiyyətinə dərindən nüfuz edə bilməməsi;
4) uşaqlərin təlim-idrak fəaliyyətini düzgün idarə etməyi bacarmaması;
5) yeni təlim metodlarını tam mənimsəyə bilməməsi və s. tutur.
Buna görə də Tərbiyəçi – uşaq əməkdaşlığına əsaslanıl-mayan dərslərdə həmişə avtoritrlıq, psixoloji gərginlik özünü göstərir ki, bu da Tərbiyəçilərin pedaqoji ustalığına, uşaqlərin isə təlim maraqlarına öz mənfi təsirini göstərir.
Dostları ilə paylaş: |