|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 49/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiBirinci qrupa uşaqlərlə daimi ünsiyyətdə olan Tərbiyəçiləri aid etmək olar. Belə Tərbiyəçilər dərsdə və dərsdənkənar bütün tədbirlərdə uşaqlərlə yaxın ünsiyyətdə olurlar. Demokratik rəhbərlik üslubuna malik olan belə Tərbiyəçilər uşaqlərlə demək olar ki, həmişə ünsiyyətdə olur, onların fikir və arzuları, təşəbbüsləri ilə hesablaşırlar. Bu qrupa daxil edilən Tərbiyəçilər təkcə uşaqlərlə ünsiyyət saxlamalarına görə deyil, həmçinin ünsiyyətin səmərəliliyinə, qayğıkeş, mehriban münasibətlərinə görə də uşaqlər tərəfindən sevilirlər.
İkinci qrupu uşaqlərə həmişə hörmətlə yanaşan və uşaqdə onlara qarşı dərin inam və etimad olan Tərbiyəçilər təşkil edir. Lakin belə Tərbiyəçilər vaxtın çatışmaması ucbatından hər zaman uşaqlərlə ünsiyyət saxlaya bilmirlər. Buna baxmayaraq onların uşaqlərlə ünsiyyəti alınır və çox vaxt məşğələ prosesi ilə məhdudlaşır. Belə Tərbiyəçilər də uşaqlərə hörmət və qayğıkeşliklə yanaşır, onlara kömək göstərir, uşaq şəxsiyyətinə hörmət edirlər.
Üçüncü qrupa daxil olan Tərbiyəçilər uşaqlərlə daim ünsiyyət saxlamağa cəhd edən, buna can atan, lakin ona nail ola bilməyən Tərbiyəçilərdir. Bunun başlıca səbəbi isə belə Tərbiyəçilərin uşaqlərlə (uşaqlarla) nəsihətçilik mövqeyindən ünsiyyət saxlamasıdır. Belə Tərbiyəçilərlə hər görüşdə quru nəsihətlər, öyüd, danlaq eşidən uşaqlər onlardan qaçmağa çalışır və buna görə də Tərbiyəçinin ünsiyyəti onlarla alınmır.
Dördüncü qrupa daxil olan Tərbiyəçilər uşaqlərlə çox məhdud ünsiyyətdə olurlar. Belə Tərbiyəçilər uşaqlərlə öz aralarında məsafə saxlamağa daha çox üstünlük verir. Onlar özləri ünsiyyətə can atmadıqları kimi məşğələ dedikləri uşaqlər də onlarla yaxın ünsiyyətə meyil göstərmirlər.
Qeyd etmək lazımdır ki, uşaqlər Tərbiyəçiləri ilə yaxın ünsiyyətə malik olduqda, yəni onların özlərinə məxsus ünsiyyət tələbatları formalaşdıqda onlar bağçadə, pedaqoji prosesin bütün sahələrində özlərini daha yaxşı hiss edirlər. Ünsiyyət münasibətləri onlarda bir çox keyfiyyətlərin inkişafına kömək edir. Uşaqlər tapşırılan iş üçün məsuliyyət daşıdıqlarını, üzərlərinə düşən vəzifəni yerinə yetirməli olduqlarını dərk edir, bu işdə həm Tərbiyəçinin rəhbərliyinə, köməyinə arxalanır, həm də ona köməkçi olurlar.
Təcrübədə Tərbiyəçilərin uşaqlərlə ünsiyyətinin bir çox tərzləri özünü göstərir. Pedaqoji ədəbiyyatlarda bunlar aşağıdakı kimi xarakterizə olunur:
Birgə yaradıcı fəaliyyətə əsaslanan ünsiyyət.
Dostluq meylinə əsaslanan mehriban ünsiyyət.
Uşaqlərlə müəyyən məsafə saxlamaqla ünsiyyət.
Qorxu əsasında ünsiyyət.
Zarafat, dilxoşluq etməklə ünsiyyət.
Birgə yaradıcı fəaliyyətə əsaslanan ünsiyyət Tərbiyəçi və uşaqlərin mənəvi yaxınlığı əsasında qurulur. Belə ünsiyyət, əsasən, məşğələ və dərsdənkənar tərbiyəvi tədbirlər prosesində, yəni uşaqlərin yaradıcı fəaliyyəti zamanı yaranmış olur və fəaliyyətə istiqamətlənir. Belə ünsiyyət dostluq və qarşılıqlı hörmətlə bağlı olduqda daha da məhsuldar nəticələrə səbəb olur. Uşaqlər daha həvəslə yaradıcı fəaliyyətə qoşulur və çalışırlar.
Dostluq meylinə əsaslanan mehriban ünsiyyət də təlim-tərbiyə prosesinin səmərəliliyinə istiqamətləndikdə daha səmərəli olur. Əks halda, belə ünsiyyət sadəcə olaraq Tərbiyəçi-uşaq münasibətlərini tənzimləsə də, elə bir faydalı nəticəyə səbəb olmur.
Uşaqlərlə müəyyən məsafə saxlamaqla olan ünsiyyət Tərbiyəçilərlə uşaqlər arasında bəzən elə bir “səd” yaradır ki, belə ünsiyyət onların bir-birinə daha yaxın olmasına maneçilik törədir və Tərbiyəçi-uşaq münasibəti quru rəsmiyyətçiliyə, əmrlərə və sərəncamlara əsaslanır. Bu da yaradıcı fəaliyyətə elə bir fayda vermir. Yuxarıda qeyd etdiyimiz dördüncü qrup Tərbiyəçilər məhz ünsiyyətin bu tərzindən istifadə edən Tərbiyəçilərdir ki, onlar uşaqlərlə yaxın, mehriban ünsiyyəti pedaqoji prosesə zərər vuran bir hal kimi qiymətləndirir və buna görə də ünsiyyət prosesində həmişə pərdə saxlamağa çalışırlar.
Ünsiyyətin daha iki tərzini yəni, qorxu əsasında yaradılan ünsiyyəti və zarafat, dilxoşluq etməklə olan ünsiyyəti biz pedaqoji prosesə, Tərbiyəçi-uşaq münasibətlərinə zərər vuran, ona xələl gətirən mənfi, zərərli tərzlər kimi qiymətləndiririk. Bunun birincisi uşaqləri daim qorxu altında, həyəcanlı vəziyyətdə saxladığı halda, ikincisi Tərbiyəçi şəxsiyyətinə, onun nüfuzuna xələl gətirir. İlk baxışda yaxşı görünən belə Tərbiyəçi bir müddətdən sonra uşaqlər arasında nüfuzunu itirmiş olur.
V.K.Kovalyov Tərbiyəçilərin reflektiv qabilliyətlərinə əsaslanaraq onları 5 qrupa (tipə) ayırır.
Dostları ilə paylaş: |
|
|