MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə141/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   137   138   139   140   141   142   143   144   ...   149
2018-1050-5

1. Pedaqoji t
əcrübənin təhsilləndirici  funksiyası.
Bu 
funksiya özü
nü  iki  qarşılıqlı  səviyyədə  göstərir: 1) tələbələr 
öyr
ədən, təhsilverən vəzifəsini yerinə  yetirməklə  təhsilalanları 
(şagirdləri) öyrədirlər; 2)təhsilverənlər (tələbələr) 
öyr
ətməkləyanaşı, özləri də öyrənirlər. Tələbələr təkcə öyrədən 
deyil, h
əm də öyrənən kimi fəaliyyət göstərirlər.  


195 
T
əcrübə  göstərir ki,tələbələr nəzəri biliklərə  nə  qədər 
malik olsalar da, burada daha çox öyr
ənməklə  məşğul  olurlar. 
Buna t
ələbələrin ehtiyacı da çoxdur. Onların ali məktəb audito-
riya
larında  pedaqogikaya,  ixtisas  metodikasına,  psixologiyaya, 
h
əmçinin  ixtisasa  dair  aldıqları  biliklər burada tədris prosesini 
aparmağa kifayət etmir, eyni zamandaonlarda praktik bacarıqlar, 
s
əriştəlilik aşağı səviyyədə olur. Bu da tələbələrin əksəriyyətinin 
vaxtının  çox  hissəsinin yeni  metodikanı,  təlim  metodlarını 
öyr
ənməyə, pedaqoji və  metodik biliklərini  artırmağa  deyil, 
əvvəl öyrəndikləri ixtisas biliklərini təkrarən, daha dərindən 
öyr
ənməyə sərf olunmasına səbəb olur. Bu cəhətdən də pedaqoji 
t
əcrübənin təhsilləndirici, yəni öyrədici  funksiyası  daha  çox 
t
ələbələrin əvvəlki illərdə aldıqları nəzəri biliklərin dərinləşdiril-
m
əsinə və zənginləşdirilməsinə xidmət edir. 
Ali pedaqoji t
əhsil müəssisələrinin tədris planlarında peda-
qoji t
əcrübə  mühüm ixtisas fənləri,  onların  tədrisi metodikası, 
pedaqogika v
ə  psixologiya fənlərinin tədrisindən sonra özünə 
yer alır. Bu isə o deməkdir ki, tələbələr orta məktəbə və ya mək-
t
əbəqədər təhsil müəssisələrinə  minimum  standartları  mənim-
s
əməklə  gedirlər.Onlar  artıq  müəllim və  təcrübəçi kimi ixtisas 
v
ə  peşə  sahəsində  müəyyən biliklərə  malikdirlər. Təbii ki, 
onların nəzəri biliklərində çatışmazlıqlar, kəsirlər, praktik baca-
rıqlarında isə səriştəsizliközünü hələ çox göstərəcəkdir. Pedaqoji 
t
əcrübənin  başlıca  vəzifəsi  bu  çatışmazlıqlarımümkün  qədər 
azaltmaqdan ibar
ətdir.  

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə