MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə143/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   139   140   141   142   143   144   145   146   ...   149
2018-1050-5

3. Pedaqoji t
əcrübənin inkişafetdirici funksiyası.
 Peda-
qoji t
əcrübə tələbələrin elmi-nəzəri, psixoloji-pedaqoji və idrak 
qabiliyy
ətlərinin inkişaf etdirilməsi baxımından da mühüm əhə-
miyy
ətə malikdir. Təcrübə müddətində tələbələr hər gün məktə-
b
ə gəlir, şagirdlərlə görüşür, onların müxtəlif sualları ilə qarşıla-
şır və onları cavablandırmalı olurlar. Bu da onlarda öz üzərində 


197 
çalışmaq, bilik və bacarıqlarını artırmaq məsuliy-yətini daha da 
gücl
əndirir. Tələbələrartıq  dərk edirlər  ki,  yaxşı  müəllim kimi 
yüks
ək nüfuza və  hörmətə  malik  olmağın  ilkin və  əsas  şərti 

əllimin öz ixtisas fənnini dərindən, hərtərəfli bilməsi və onu 
yaxşı öyrətmək bacarığına malik olmasıdır. 
T
əcrübə  təsdiq  edir  ki,  şagirdlər fənnini dərindən bilmə-
y
ən, ixtisasının incəliklərindən xəbərsiz olan müəllimlərə heç də 
yaxşı  münasibət bəsləmirlər.Belə  müəllimlərin öz həmkarları 
arasında  olduğu  kimi,  şagirdlər  arasında  da  nüfuzu  yüksək 
olmur. Bu is
ə  uşaqlarda  müəllimə, müəllimliyə  inamı  azaldır 
v
əonların  pedaqoji  sahədəpeşə, ixtisas seçiminə  də  mənfi təsir 
göst
ərir. 
T
əcrübəçi tələbələrin öz üzərlərində  işləmələri, bilik və 
bacarıqlarını  artırmaq  üçün  çalışmaları  təcrübə  müddətində 
onların təkcə biliklərini sınaqdan keçirməyə deyil, həmçinin bəzi 
peşəkarlıq və səriştəlilik bacarıqlarının da qazanılmasına səbəb 
olur.Onların məktəbdə qabaqcıl müəllimlərin dərslərində iştirak 
etm
ələri,  onların  fəaliyyətini  müşahidə  etmələri, həmçinin, 
metodistl
ərin, pedaqoq və  psixoloqların  verdikləri məsləhətlər 
onların  müəllim üçün zəruri  peşə  keyfiyyətləri,  peşəkarlıq  və 
s
əriştəlilikhaqqqında təsəvvürlərini genişləndirir, dərinləşdirir və 
t
əkmilləşdirir.  Pedaqoji  prosesin  iştirakçısı  olmaq,  məşğələlər 
aparmaq, şagirdlərlə işləmək bu təsəvvürlərin reallığa çevrilmə-
sin
ə  əlverişli  şərait  yaradır  və  mövcud  imkanları  genişləndirir. 
M
əktəbdə  yiyələndikləri  əlavə  biliklər  onların  dünyagörüşünü, 
g
ələcək müəllim kimi ümümi səviyyələrini  artırmaqla  onların 
bir şəxsiyyət kimi də inkişaflarına səbəb olur. 
M
əlum  olduğu  kimi,  inkişaf  o  zaman  mümkündür  ki, 
qarşıda duran və həlli vacib olan problemlə onu həll etmək üçün 
z
əruri  olan  imkanlar  arasındakı  ziddiyyət  aradan  qaldırılmış 
olsun. Y
əni, potensial imkanlar artırılaraq həmin problemi həll 
ed
ə biləcək səviyyəyə çatdırılsın. Tələbələr təcrübə zamanı təlim 
prosesind
ə və dərsdənkənar tədbirlərdə demək olar ki, hər vaxt 
bel
ə problemlərlə qarşılaşırlar. Onlar bu problemləri həll etmə-


198 
y
ə, onların həllinə nail olmağa çalışırlar. Bu isəpedaqoji axtarış 
yollarında olan gələcək müəllimləri yeni biliklərə yiyələnməyə
yaranmış  vəziyyətlərdən  çıxış  yolu  axtarmağa  sövq edir ki, 
bunun da n
əticəsində müəyyən inkişaf prosesləri baş verir.  
Geniş təfəkkür, diqqətlilik, hafizə, görmə, eşitmə duyğusu 
v
ə yaddaşın möhkəmliyi, pedaqoji situasiyaların həllində səbrli-
lik,  dözümlülük,  soyuqqanlılıq,  təmkinlilik  nümayiş  etdirmək, 
pe
şə  borcuvə  məsuliyyətini dərk etmək,  əxlaqi  saflığa,  ümumi 
v
ə  peşə  mədəniyyətinə  malik  olmaq,uşaqlara,peşəsinə  sevgi və 
s. kimi psixoloji-pedaqoji keyfiyy
ətlər müəllimlik  peşəsi ilə 
birbaşa  bağlı  olduğundan  pedaqoji  təcrübə  dövründə  onların 
inkişaf  etdirilməsi diqqətdən  yayınmamalıdır.  Pedaqoji  təcrübə 
r
əhbərləri buna diqqətlə  yanaşmalı,  tələbələrlə  bu istiqamətdə 

əyyən tapşırıqlarıyerinə yetirməlidirlər.  
T
əcrübə göstərir ki, müəllimin, o cümlədən təcrübəçi tələ-
b
ənin yalnız öz fənnini və ixtisasını yaxşı bilməsi azdır. Elmlə-
rin inteqrasiyası, tədris fənlərinin yaxınlığı, şagirdlərin hər şeyi 
bilm
əyə  can  atması,  bəzən də  təcrübəçi tələbələri yoxlamaq, 
sınamaq istəmələri və ya maraq göstərdikləri bir sahə haqqında 
daha 
ətraflı  məlumat  almağa  maraqgöstərmələri  onların  müəl-
liml
ərə  dərsdən, fənnən  əlavə  suallarla müraciət etmələrinə 
s
əbəb olur. Təcrübəçi tələbələrin və gənc müəllimlərin qarşılaş-
dıqları belə situasiyalarda bəzən səriştəsizlik etmələri və düzgün 
q
ərar verə bilməmələri müəllim şagird münasibətlərində neqativ 
hallara g
ətirib  çıxarır.  Buna  görə  də  təcrübəçilər həm də  geniş 
elmi  dünyagörüşə  malik  olmalı,  ixtisaslarının  əlaqədar  olduğu 
dig
ər elmələrdən də  müəyyən məlumatlar  əldə  etməyə  çalış-
malıdırlar. 
Pedaqoji t
əcrübə  müddətində  tələbələr bir daha yəqin 
edirl
ər ki, müəllimlik heç də şagirdlər üçün yazılan dərsliklərdə-
ki m
ətnləri bilib, onları şagirdlərə çatdırmaqdan ibarət deyildir. 

əllimlik başqa peşələrlə, sənətlərlə müqayisə edilə bilməyə-
c
ək dərəcədə mürəkkəb və çətin işdir. Burada şablon, hazır gös-
t
əriş və reseptlər yoxdur. Müəllimlik yaradıcılıq tələb edən peşə-


199 
dir.Yaxşı  müəllim  olmaq  üçün  çox  çalışmaq,  öz  üzərində  çox 
işləmək, yenilikləri izləmək, yaxşı nə varsa onları götürmək və 
onlardan faydalanmaq lazımdır.  
Pedaqoji t
əcrübənin məzmunu yuxarıda şərh edilən funksi-
ya
ların reallaşması ilə məhdudlaşmır. Pedaqoji təcrübədə nəzə-
riyy
ə  ilə  təcrübənin  əlaqəsi, nəzarət, korreksiyaedicilik, ünsiy-
y
ət, pedaqoji əməkdaşlıq və s. proseslər də mövcud olduğundan 
bunlar onun dig
ər bir sıra funksiyalarının da meydana çıxmasına 
s
əbəb olur. Bu funksiyalar həm də sistem yaradan komponentlər 
kimi pedaqoji t
əcrübənin  qarşısında  duran  vəzifələrin yerinə 
yetirilm
əsində  mühüm  yer  tutur.  Onların  bəzilərini nəzərdən 
keçir
ək: 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə