II f
əsil. Müəllimin pedaqoji peşə
m
ədəniyyətinin formalaşması
2.1. Mü
əllimin pedaqoji peşə mədəniyyətinin
mahiyy
əti və məzmunu
Mü
əllimin peşə səriştəliliyinə və peşəkarlığına malik ol-
ma
sının əsas atributlarından biri onun peşə mədəniyyətinə yiyə-
l
ənməsidir. Pedaqoji peşə mədəniyyəti müəllimin ümumi mədə-
niyy
ətinin tərkib hissəsi olub, onun şəxsi keyfiyyətlərini, nüfu-
zunu, peşəkarlığını, pedaqoji ustalığını və s. özündə birləşdirən
keyfiyy
ətlərin məcmusundan ibarətdir.Ümumi mədəniyyət ol-
ma
dan peşə mədəniyyəti mümkün olmadığı kimi, peşə mədəniy-
y
ətinin də olmaması ümumi mədəniyyətdə müəyyən boşluqların
n
əticəsi kimi meydana çıxır.
H
ər bir peşənin daxil olduğu peşə qrupları, əmək obyekti
v
ə əmək predmeti, onların özünəməxsus spesifik xüsusiyyətləri
olduğundan peşə mədəniyyəti bu peşələrin reallaşması şəraitində
özünü göst
ərə bilir. Peşənin qarşısında duran vəzifələr həm də
h
əmin peşənin mədəniyyətini özündə ehtiva etdirir. Başqa sözlə
des
ək, peşə mədəniyyəti müəyyən bir peşənin və ya peşə qru-
60
punın qarşısında duran əsas vəzifələrin yüksək səviyyədə yerinə
yetirilm
əsi kimi özünü göstərir. Peşə sahibi, ixtisasçı öz üzərinə
düşən peşə vəzifələrini peşəkarlıqla, ləyaqətlə və vicdanla yerinə
yetirirs
ə, icra etdiyi işin məsuliyyətini və bu işdə həm də özünü
t
əcəssüm etdirdiyini dərk edərək işinə yanaşırsabu, peşə mədə-
niyy
ətininyüksək səviyyədə olduğunu göstərir.
Mü
əllimin pedaqoji peşə mədəniyyəti onun peşəkar key-
fiyy
ətləri sırasında mühüm yer tutur. Müəllimin didaktik, təşki-
lat
çılıq, kommunikativ, konstruktiv, perseptiv, suqqestiv və
dig
ər bacarıq və qabiliyyətləri kimi, onun pedaqoji peşə mədə-
niyy
əti də peşəkarlıq, səriştəlilik və pedaqoji ustalıq sferasında
xüsusi rola malikdir.
Mü
əllimin pedaqoji peşə mədəniyyəti humanizmə əsasla-
nan, humanist münasib
ətlərdən qaynaqlanan bir mədəniyyətdir.
Mü
əllimin uşaqlara humanist münasibəti, onların gələcəyinə
ümidl
ə baxması, gələcək cəmiyyətin məhz onların əli ilə qurula-
ca
ğını dərindən dərk etməsipedaqoji peşə mədəniyyətini istiqa-
m
ətləndirən amillər kimi əhəmiyyətlidir, təsirlidir. Bu baxımdan
mü
əllimin pedaqoji peşə mədəniyyəti həm də onun bir vətəndaş
kimi V
ətən, xalq, millət qarşısında öz borcunu və vəzifəsini lə-
yaq
ətlə yerinə yetirməli olduğuna inamlı olması və onu yerinə
yetirm
əsidir.
Mü
əllim peşəkarlığının əsas komponentlərindən biri kimi
pedaqoji peşə mədəniyyəti müəllimin yeniliklərə can atması,
onları öyrənməsi, öz işinə və fəaliyyətinə yaradıcılıqla yanaşma-
sı ilə sıx bağlı olan bir keyfiyyətdir. Bundan məhrum olan tərbi-
y
əçi və müəllimin pedaqoji prosesdə uğur qazana bilməsi çətin-
dir. Çünki, son ill
ər təhsilimizdə baş verən yeniliklər, sürətli
inki
şaf tendensiyaları, dünyanın qabaqcıl ölkələrinin yaxşı təcrü-
b
əsinin pedaqoji prosesə gətirilməsi müəllimin bu yeniliklərlə
ayaqlaşa bilməsini sürətləndirir. Hazırda müəllimdən öz fənnini
t
əkcə yaxşı bilib - öyrətmək deyil, həm də pedaqoji prosesə ya-
ra
dıcılıqla yanaşmaq, novator olmaq, yeniliklərlə işləyə bilmək,
t
əhsilalanların təfəkkürünü inkişaf etdirmək, onları bir şəxsiyyət
61
kimi formalaşdıra bilmək və s. tələb olunur. Müəllim uşaqları
t
əkcə biliklərlə silahlandırmaq deyil, həmdə onları bacarıqlara
yiy
ələndirməli və inkişaf etdirməlidir.
Kütl
əvi informasiya vasitələrinin sürətlə artması, sürətli
infor
masiya texnologiyalarının həyat və məişətimizə geniş daxil
olması, məktəblilərin maraq dairəsinin qlobal xarakter alması və
s. m
əsələlər bu prosesə müəyyən müsbət çalarlar gətirsə də,
onun şagirdlərin təlim marağının digər maraqlar hesabına zəiflə-
m
əsinə də təsiri yox deyildir. Bu isə müəllimdən öz işinə daha
s
əriştəli yanaşmaq, uşaqların artan tələbat və maraqlarına cavab
ver
ə biləcək səviyyədə peşəkar olmaq bacarığı və vərdişləri
t
ələb edir. Müəllim pedaqoji peşəkarlığın texnoloji tərəflərinə
yiy
ələnməklə, öz fəaliyyətinə yeniliklər gətirməklə, yeni peda-
qoji texnologiyalardan istifad
ə etmək bacarığına malik olmaqla
bu prosesd
ə müvəffəqiyyət qazana bilər. Bunlardan çıxış edərək
mü
əllimin pedaqoji peşə mədəniyyətini şərtləndirən amillər sıra-
sında aşağıdakıları xüsusi olaraq qeyd etmək olar:
1) ümumi m
ədəniyyətə, kulturoloji səriştəyə malik olmaq;
2) yaradıcı pedaqoji təfəkkürə yiyələnmək;
3) yeni pedaqoji texnologiyalara yiy
ələnmək və onlardan
istifad
ə bacarıqlarına malik olmaq.
Ümumi m
ədəniyyətin tərkib hissəsi olan müəllimin peşə
m
ədəniyyəti müəllimin hərəkət və davranışının, sözünün, müna-
sib
ətinin mənəvi normalar daxilində olması deməkdir.Müəllim
harada, hansı şəraitdə - sinifdə, məktəbdə, məktəbdən kənarda,
c
əmiyyət içərisində olursa - olsun müəllim olduğunu, müəllim
kimi yüks
ək ad daşıdığını yaddan çıxarmamalı və mədəni hərə-
k
ət etməlidir. Bu həm müəllim peşəsinin, həm də bu adın daşı-
yıcısı kimi müəllimin özünün nüfuzunu artıran amillər kimi də
mühüm
əhəmiyyət kəsb edir.
Pedaqoji peşə mədəniyyəti müəllimin pedaqoji bacarıqları
il
ə birbaşa bağlı, onunla əlaqəli bir mədəniyyətdir. Müəllimin
mü
əyyən pedaqoji bacarıqlara malik olması onun özünüreallaş-
dırması, pedaqoji özünütəsdiqi, həmçinin pedaqoji prosesdəki
62
müv
əffəqiyyəti üçün zəruri olduğu kimi, onun pedaqoji mədə-
niyy
əti üçün də əhəmiyyətlidir.
Pedaqoji peşə mədəniyyəti mücərrəd bir məfhum deyildir.
Bu, mü
əllimin pedaqoji fəaliyyəti zamanı üzə çıxan, görünən,
əks olunan mədəniyyətidir. Bu, müəllimin davranışında, nitqin-
d
ə, uşaqlarla, valideynlərlə, özünün həmkarları ilə ünsiyyətdə
olduğu zaman özünü gostərən mədəniyyətdir. Müəllim onlarla
nec
ə rəftar edir, necə danışır, onlara necə müraciət edir və şa-
girdl
ərə tələbləri necə verir, məktəbdə və məktəbdənkənarda
h
ərəkət və davranışı necədir və s. bütün bunlar onun pedaqoji
peşə mədəniyyətinin konkret ifadəsi kimi özünü göstərir.
Bel
əliklə, müəllimin pedaqoji peşə mədəniyyətinin məz-
mu
nunun konkret olaraq aşağıdakılardan ibarət olduğunu göstər-
m
ək olar:
1) mü
əllimin pedaqoji fəaliyyəti prosesində özünü göstə-
r
ən mədəniyyəti;
2) şagirdlər, həmkarlarvə valideynlər ilə olan pedaqoji
ünsiyy
ət mədəniyyəti;
3)mü
əllimin şəxsi, özünəməxsus mədəniyyəti;
4) mü
əllimindərsdənkənar vaxtlarda uşaqlara olan müna-
sib
əti;
5) mü
əllimin konkret milli və ümumbəşəri dəyərlərə söy-
k
ənən mədəniyyəti.
Mü
əllimin pedaqoji peşə mədəniyyətinin göstərilən bu
komponentl
əri vahidbir məcrada birləşərək müəllimin ümumi
peşə mədəniyyətini formalaşdırır ki, bunların da bir qisminin
olmaması və ya zəif olması müəllimin peşəkar pedaqoji mədə-
niyy
ətində müəyyən çatışmazlıqlara gətirib çıxarır.
Mü
əllimin pedaqoji fəaliyyəti onun peşəkarlıq səviyyəsi-
nin yüks
əlməsində əsas baza rolunda çıxış edir. Pedaqoji fəaliy-
y
ət genişləndikcə və yeniliklərlə zənginləşdikcə peşəkarlıq üçün
z
əruri olan keyfiyyətlər də yaranır və getdikcə dolğunlaşır.
Mü
əllimin fəaliyyət sferasının genişlənməsi yeni-yeni keyfiyyət-
l
ərin yaranmasına, dəyərlər iyerarxiyasının bir pillədən digərinə,
63
daha yüks
ək pilləyə keçməsinə səbəb olur. Müəllim peşəkar
pedaqoji f
əaliyyət sistemində özünü daha yaxşı hiss etməklə
yeni-yeni keyfiyy
ətlər əldə etməyə çalışır ki, bunlar da onun
peşəkarlığının daha da dərinləşməsinə stimullar yaradır.
Dostları ilə paylaş: |