Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə58/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Kulinariya



Karri - Hindistan mətbəxinin əsas yeməklərindən biri
Zirə ("jeera") - hind mətbəxində vacib komponentlərdəndir. İmmun sistemini möhkəmləndirən  sarıkök Hindistanda balıq, ət, tərəvəz yeməklərinin, şorbaların və içkilərin hazırlanmasında istifadə olunur. "Koriandr" ("dhania") - keşniş toxumları qızardılır, döyülür və süd və  qatıqdan hazırlanan yeməklərə, meyvədən hazırlanan salatlara əlavə edilir. Sitrus ətirli hil ("elaichi") - şirin desert, çay,  kofe kimi içkilərə, ət yeməklərinə xüsusi ətir verir. Darçın ("dalchini") hind  mətbəxində layiqincə yer tutur. "Karri" həm sous, həm ədviyyat, pörtlədilmiş tərəvəz yeməyinin adıdır. "Karrı" bütün düyü yeməklərinin yanında yеyilir, eyni zamanda quş, balıq və tərəvəz yeməklərinin ayrılmaz hissəsidir. Hindistanda geniş yayılmış "dal" adlanan, müxtəlif paxlalı bitkilərdən və "dhayd"an hazırlanmış, süfrəyə "karri" və qatıqla verilən şorbaya bənzər, çox ləzzətli yemək vardır.
"Tıkka masala" (toyuq ətinin soğan, pomidor sousu içərisində bişirilməsi), "korma" (hind qozu südü, kişniş, kremli-yağlı yemək),"madras" (Cənubi Hindistanın acılı yeməyi), "manqo chutney" (manqo, şəkər və ədviyyatların qaynadılmasımdan əldə edilən yemək), "pappadum" (yaşıl mərci unundan bişirilən yuxaya bənzər çörək) kimi yeməklərin yanında çoxlu çərəzlər, tərəvəzlərdən istifadə olunur.
Hind mətbəxi "qustab" (ət paştetindən hazırlanmış, ədviyyatlarla dolu kürələr), "idlis" (buxarda qaynadılmış düyü kökələri, kokos pastasından ibarət), "sambhar" (çili sousu ilə mərci supu), "biryani" (keçi və toyuq əti ilə birgə düyü, əlavələr, mindal və quru meyvələrlə birgə verilir), "çapati" (çox nazik çörək), "nan" (südlü kökə), "batter nan" (yağlı kökə), "patatha" (küncütlə bəzədilmiş və yaşıl noxud, kök və kartofdan ibarət kökə), "kulça bhatura" (yumşaq, domba çörək), "dosa" (düyü unundan hazırlanmış, kartof dilimləri və ədviyyatlarla və ya "sambha" ilə birgə verilir), "masala dosa" (müxtəlif ədviyyatla doldurulan kökə) və s. ilə zəngindir.
Gözəl düzülən xörəklər göz oxşayır, ekzotik ətirlər iştahanı açır və dadların müxtəlifliyi insanı heyran edir. Hər yemək qəlyanaltı, (əsasın salatlardan), əsas yemək, pastalar, turşular və həmçinin olduqca ləzzətli olan düyü və tərəvəzlər ilə yeyilən ćapati çörəkdən ibarətdir. Hindlilər hesab edir ki, qida Allah tərəfindən verilən bir hədiyyədir, və bu səbəbdən xörəyin hazırlanması və yeyilməsinə ciddi və ehtiramlı yanaşırlar.
Əvvəlcə, müstəmləkəçilik dövründən əvvəl, İndiyada ət yalnız cıngavər kastası tərəfindən yeyilirdi. İndiki zamanda, Hindlilərin əksəriyyəri məcburi veqetarianlardır.... Bu səbəbdən tərəvəzlər Hind mətbəxində xüsusi yer tutur. Mərcimək, paxlalar, sukkini, badımcan və həmçinin pomidor, gül kələmi və ya ispanaqdan çoxlu maraqlı xörəklər hazırlanır.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə