Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi


Mühazirə -20 Çin və Koreya mətbəxinin özünəməxsus xüsusiyyətləri



Yüklə 355,6 Kb.
səhifə60/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Mühazirə -20 Çin və Koreya mətbəxinin özünəməxsus xüsusiyyətləri.
Çin mətbəxi — Çin Xalq Respublikasının mətbəxi.
Çin mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Vyetnam, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Bundan başqa tərəvəzlər və soya da Çin mətbəxinin əsas inqrediyentlərini təşkil edir. Ət və balıqdan isə başqa mətbəxlərlə müqayisədə nisbətən az istifadə olunur.
Çin mətbəxində ətli və ya tərəvəzli yeməklər arasında dəqiq ayırma yoxdur. Əksinə olaraq müxtəlif inqrediyentlər vahid bir xörək hazırlamaq üçün birləşdirilir. Qidanın ahəngdarlığı Çin mətbəxin səciyyəvi xüsusiyyətidir. Məsələn, süfrəyə heç vaxt tərkibi eyni ətdən ibarət olan və yaxud oxşar dadlı və ya tərkibli iki xörəyi heç vaxt qoymazlar. Bu ənənə Çinlilərin qədim Çin filosofu Yi Yinın nəzəriyyəsinə inandıqlarından irəli gəlir. Bu nəzəriyyəyə əsasən, hər bir dad insan orqanizmindəki müəyyən daxili orqana aiddir ki, buna görə xörəkdə dadların tarazlaşdırılması insan sağlamlığını qorumağa kömək edir.
Çin mətbəxində tərəvəzlər vacib rola malikdir. Burada minlərlə müxtəlif tərəvəz növlərindən istifadə olunur. Onların çoxu Çində bitir. Lakin əksər hallarda onlar Avropada yayılmış növlərdən fərqlənir.
Çin mətbəxinin müxtəlifliyi ölkənin böyüklüyü ilə izah oluna bilər. Çində dörd reqional mətbəx mövcuddur

  • şımali (Pekin, Şantunq, Honan);

  • sahilboyu (Fukyen, Şanxay);

  • kontinental (Siçuan, Yunnan);

  • cənubi (Kanton).

Çin mətbəxin səciyyəvi elementi göbələkdir. Burada bir az parlaq və xırcıldayan pişik qulağı deyilən qara göbələklər və həmçinin zərif dadlı və ətirli göbələklərdən olduqca çox istifadə olunur.
Başqa tez-tez istifadə olunan inqrediyentlər: zəncəfil, çox yüksək qida dəyəri olan soya zoğları, ət və balıq xörəklərinə əlavə olan Çin kələmi, tərəvəzlər, souslar və kekslər üçün istifadə olunan bir az şirin və maraqlı dadı olan cirə. Əriştə həmçinin çox populyardır, və Çin mətbəxində onun dörd növü var: yumurta və buğda unundan hazırlanan əriştə, spaqettiya oxşar buğda unundan hazırlanan əriştə, maş lobyadan hazırlanan əriştə (şəffaf) və düyü unundan hazırlanan əriştə.
Mətbəxin müxtəlifliyi ölkənin böyüklüyü ilə izah oluna bilər. Çində dörd reqional mətbəx mövcuddur: şımali (Pekin, Şantunq, Honan), sahilboyu (Fukyen, Şanxay), kontinental (Siçuan, Yunnan) və cənubi (Kanton). Daha soyuq şimali reqionda yeməyin əsasını düyü deyil, buğda təşkil edir. Makaron, əriştə və ravioli burada səciyyəvi xörəklərdir. Ətlərin çoxusu yungül və yumşaqdır. Ən çox soğan və sarımsaqdan istifadə olunur, tünd ədviyyatlardan istifadə olunmur. Sahilboyu reqionda qidanı əsasən balıq və dəniz məhsulları, və həmçinin yüngül şorbalar təşkil edir. Tez-tez burada tərəvəzlərlə qızardılmış ət, quş əti və balıq verilir. Belə xörəyin içinə çoxlu miqdarda soya sousu əlavə olunur. Kontinental reqionda çox acı və ədviyyatlı xörəklər sevilir. Xörəklərdə daha çox hətta qara istiotdan acı olan Siçuan istiotundan istifadə olunur.   Bütün dünyada məşhur olan Çin xörəklərin əksəriyyəti cənubi reqiondan, Kanton ərazisindən gəlib.Bu xörəklər yungül, orta ədviyyatlıdır və ölkənin başqa reqionlarında yeyilən xörəklərlə müqaisədə daha az yağlıdırlar. Ən populyar ədviyyatlar soya sousu, təzə zəncəfil, xeres və toyuq bulyonudur. Xörəyin orijinal dadını öldürməmək üçün tünd ədviyyatlardan çox istifadə olunmur. Kanton mətbəxində xörəklərin çoxusu cəld hazırlama üsülla hazırlanır. Bü üsul coxdan bəri mətbəxdə kifayət qədər odun olmayanda tətbiq olunmağa başlayıb. Bu üsül eyni ölcüdə olan balaca yemək tikələri bir neçə dəqiqə ərzində isti yağda qızardılmasını nəzərfə tutur. Qızardılarkan yemək daimi qarışdırılmalıdır. of spice which is hotter than hot pepper.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə