Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə62/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Pendirin zənginliyi
Fransanın ağlasığmaz regional müxtəlifliyi, misilsiz hava şərtləri və landşaft, həmçinin ev heyvanı növlərinin çoxluğu 370-ə yaxın pendir növünün sayında əks olunub. İstehsal yolundan asılı olaraq, aşağıdakı pendir növləri olur: təzə pendirlər, ağ kiflə örtülmüş yumşaq pendirlər, qabığı soyulan pendirlər, mavi pendirlər, keçi pendiri, yetişmiş və yetişməmiş preslənmiş pendirlər. Pendir fransız yeməklərinin ayrılmaz hissəsidir və səhər yeməyi və nahar zamanı kəsmə taxtasında süfrəyə verilir[11].
Şərab
Fransızlar şərabı su, süd, çay və ya pivə əvəzinə içirlər. Onlar üçün zərif yeməklər yeyəndə azı bir stəkan şərab içməmək çətin olardı. Adətən, daha az tanınmış şərab markaları istehlak olunur, çox vaxt bu, kiçik yerli üzüm bağından olan şərabdır. Daha çox tanınmış şərab markaları bayram günlərində içilir. Rəylərə əsasən, orta fransız hər il bu nəcib içkinin 100 litri içir[12].
Gündəlik menyu
Fransızlar hər xörək üçün ərzaqları böyük diqqətlə seçirlər, onların menyusu bayramdan, onun əhəmiyyətindən, günün vaxtından və ya sadəcə aşpazın şıltaqlığından ya da təsəvvüründən asılıdır. Yemək vaxtı regiondan-regiona olaraq fərqlənir. Adətən, qəhvə, çay və ya isti şokoladla cemli kruassandan ibarət olan səhər yeməyi səhər saat 7 ilə 9 arasında süfrəyə verilir. Lanç günorta yeyilir, şorba ilə başlanan nahar isə axşam təqribən saat 8-də süfrəyə verilir[13][14].
Fransa təamı
Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştah açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir. Əsas yemək qrildə hazırlanmış ətdir – adətən, mal əti, dana əti, qoyun əti, quşçuluq məhsulları və ya maral əti, onlar nadir hallarda donuz əti yeyirlər – kərə yağı, kəklikotu, tərxun, kervel, reyhan, cəfəri, dəfnə yarpağı, darçın, mixək, zəfəran, cövüz, zəncəfil, cirə və ya digər ekzotik ədviyyatlar ilə dad qatılır və qrildə hazırlana bilən tərəvəz qarnirləri ilə süfrəyə verilir. Onlar ətin, tərəvəzlərin və ədviyyatların mükəmməl kombinasiya və proporsiyasına nail olmağa diqqət yetirirlər. Fransızlar yaxşı yeməyi necə hazırlamağı və yeməyi bilirlər, onların mətbəxi sağlam pəhriz üçün güclü əsasdır, çoxlu meyvələrdən və sağlam şəkildə hazırlanmış tərəvəzlərdən ibarətdir. Onlar yaxşı qidanı yeməyi və yaxşı görünməyin sirrini tapa biliblər: Onlar tələsmədən yeyir, qidanın tamından həzz alırlar[15].
Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə